Məzmuna keç

Sındırmaq



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Doğru və ya yanlış olmasından asılı olmayaraq bəzən nəsə bir şey sındırmaq insanı çox məmnun edir. Fyodor Dostoyevski
  • Əgər qanun tətbiq etmək mümkündürsə, o zaman cinayətkar vətəndaşı, daha doğrusu, daxili düşməni məhkəmə ilə sındırmaq lazımdır. Əgər zorakılıq məhkəməyə mane olur, yaxud onu məhv edirsə, o zaman sırtıqlığa şücaətlə, quduzluğa cəsurluqla, kobudluğa ağılla, quldur dəstəsinə qoşunla, gücə güclə qalib gəlmək lazımdır. Mark Tulli Siseron
  • Xanımlar vaxtaşırı öz qəlblərini sındırmağı xoşlayırlar – demək olar, ərə getmək kimi. Ceyn Ostin
  • İnsanı dörd üsulla yoxlamaq olar: nəslinə, davranışına, gördüyü işin keyfiyyətinə və əməllərinə görə.Qızılı da bu cür yoxlayırlar: cızmaqla, sındırmaqla, qızdırmaqla və zərbə endirməklə. Çanakya
  • Mən diktator deyiləm. Deyirlər ki, mən böyük hakimiyyətə malikəm... Bəli, belədir. Mən istədiyim hər şeyi edə bilərdim. Çünki, mən alçaqlıq, qəddarlıq bilmirəm. Mən ürəkləri sındırmaqla yox, fəth etməklə idarə etmək istəyirəm. Mustafa Kamal Atatürk
  • Şüşə, farfor və reputasiya - bunları sındırmaq çox asan, yenidən əvvəlki vəziyyətinə qaytarmaq isə çox çətindir! Bencamin Franklin

İstinadlar

[redaktə]