İdarəetmə
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Ç[redaktə]
- Çox şeylər insanları idarə edir: iqlim, din, qanunlar, idarəetmə prinsipləri, keçmişin nümunələri, adət və ənənələr, vərdişlər: bütün bunların məcmuusu olaraq xalqın ruhu yaranır. Şarl Lui Monteskyö
Ə[redaktə]
- Ən az idarə olunan dövlət, ən yaxşı dövlətdir. Tomas Cefferson
H[redaktə]
- Heç bir prinsip yoxdur, lakin hadisələr var; heç bir qanun yoxdur – hallar var; hadisələri və halları idarə etmək üçün yüksək səviyyəli insanın özü bu hadisələrə və hallara qoşulur. Onore de Balzak
- Hər bir millətin içində əlli, ya altmış şöhrət düşgünü, təhlükəli adamlar olur. İdarə etmək bacarığı bu adamları tanımaqdan, onları ya məhv etmək, ya da satın almaqdan asılıdır. Onore de Balzak
- Hökmdar üç şeyi yadında saxlamalıdır: birincisi - o, insanları idarə edir, ikincisi - qanunlar ona Allah tərəfindən verilib, üçüncüsü hakimiyyət əbədi deyil. Aqafon
İ[redaktə]
- İdarə etmək, deməli pis qərarlar içindən daima seçmək deməkdir. Şarl de Qoll
- İdarə etmək ilk növbədə başqalarını işə həvəsləndirmək deməkdir. Li Jakkoka
- İdarə etmək məharəti namuslu olmaq məharətindən ibarətdir. Tomas Cefferson
- İdarəetmə sənəti insanlara öz vəzifələrində qocalmamaq imkanı verməməkdən ibarətdir. Napoleon Bonapart
- İdarəetmə məharəti iki şeydən: ədalətlə cəzalandırmaqdan və təltif etməkdən ibarətdir. Sultan Məhmət Fatih
- İdarəetmənin dörd üsvayçı üsulu: qabaqcadan xəbərdarlıq etmədən işdən qovmaq - bu, qəddarlıqdır; möhlət vermədən işçidən nəticə tələb etmək - bu, zorakılıqdır; işçi ilə ədavət aparmaq - bu, nadanlıqdır; işçinin əməkhaqqını kəsmək - bu, ədalətsizlikdir. Konfutsi