İntuisiya
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bizə hədəfi uzaqdan görməyə imkan verəcək qabiliyyətə ehtiyacımız var və bu qabiliyyət intuisiyadır. Anri Puankare
C
[redaktə]- Cavanlıqda intuisiya, qocalıqda – düşüncə üstünlük təşkil edir: buna görə də birincisi poeziya, ikincisi fəlsəfə üçün əlverişlidir. Artur Şopenhauer
H
[redaktə]- Həqiqətən dəyərli olan yeganə şey intuisiyadır. Albert Eynşteyn
İ
[redaktə]- İntuisiya dəqiq biliyi üstələyən bir şeydir. Şübhəsiz ki, beynimiz çox həssas sinir hüceyrələrinə malikdir və bu, məntiqi nəticələrin və ya zehni səylərin müəyyən edə bilmədiyi həqiqətləri hiss etməyə imkan verir. Nikola Tesla
- İntuisiya- qəribə şeydi. Onu inkar da etmək olmur, başa salmaq da. Aqata Kristi
- İntuisiya təsəvvürün zehnidir. Rene Dekart
- İntuisiyanı dinləyin. Sizin fikirləriniz çox vacibdir, lakin intuisiya supergücdür. O, sizin təcrübənizə və həyatınızın modelinə əsaslanır. Bəzən intuisiya spontan yaranır, onu dinləyin. Barie Davenport
Q
[redaktə]- Qadın intuisiyası milyonlarla il düşünməməyin nəticəsidir. Rupert Hughes
M
[redaktə]- Məntiq sübut alətidir, intuisiya – kəşf aləti. Anri Puankare
- Mövzu əvvəlcədən məlum olanlara və intuisiyaya əsaslanaraq öyrənilməlidir. Çanakya Pandit