Məzmuna keç

Şöhrətpərəstlik



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Böyük ağılın şöhrətpərəstliyi ən yaxşı halda neqativdir. O mübarizə aparır, çalışır, yaradır ona görə yox ki, üstünlüyə cəhd edir, ona görə ki, özünü üstün hiss edir, üstələnməsinə isə dözə bilmir. Edqar Allan Po
  • Böyük və çətin işi yerinə yetirmək üçün özünü seçmək – bu, ya şöhrətpərəstliyin ağılsızlığı, ya da öz dahiliyinin dərk edilməsidir. Pyer Büast
  • Hansısa tamah və ya şöhrətpərəstlik naminə deyilmiş həqiqi lütfkarlığı yaltaq lütfkarlıqdan seçmək üçün insanlarla müraciətdə müəyyən təcrübəyə malik olmaq lazımdır. Pyer Büast
  • Qürurun nəcib bir comərdliyi ola bilər, şöhrətpərəstliyin isət paxıllıqdan başqa heç nəyi olmur. Pyer Büast
  • Şöhrətpərəst nə qədər yüksək mövqe tutsa da, daha da yüksəklərə qalxmaq istəyir. Pyer Büast
  • Şöhrətpərəstlik başqalarının üstünlüklərini azaltmağa və özlərinin üstünlüklərini isə şişirtməyə meyllidir. Pyer Büast
  • Şöhrətpərəstlik bütün dövrlərdə insanları aldatmaq üçün ictimai rifah və ya din donu geyinib. Pyer Büast
  • Şöhrətpərəstlik qəzəb qədər cinayətlər etməyə məcbur edir. Pyer Büast
  • Şöhrətpərəstlik mürgüləyir, amma heç vaxt yatmır. Pyer Büast
  • Şöhrətpərəstlik sevgiyə layiq olmayan insanları lütfkar edir. Pyer Büast
  • Şöhrətpərəstlik sükutu böhtandan üstün tutur, amma unutma bu sükutu boğur. Pyer Büast
  • Şöhrətpərəstliyə və həzz almağa həris olanları idarə etmək çörək istəyənləri idarə etməkdən çətindir. Pyer Büast
  • Şöhrətpərəstliyin məruz qala biləcəyi ən həssas cəza nifrətli diqqətsizlikdir. Pyer Büast
  • Vüqar sanki adamın boyunu ucaldır, şöhrətpərəstlik isə üfürüb şişirdir. Samuel Smayls