Məzmuna keç

Şücaət



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağılla göstərilən şücaət qüvvətlə, güclə, zorla göstərilən şücaətdən qat-qat üstündür. Məhəmməd Dəvvani
  • Layla ilə vücuda yerləşən, hafizəyə yazılan, məndə mənim olub bütövləşən, mərhəmət dilim, şəfqət dilim, qeyrət dilim, şücaət dilim - Ana dilim! Milli varlığımın tərənnüm dili, vətən dilim - Ana dilim. Füyuzat jurnalı
  • Şərabda və araqda nə xeyir, nə ağıl, nə şücaət, nə xeyirxah davranış, nə də xeyirxah xasiyyət var. Çingiz xan
  • “Şücaət” cinsinə daxil olan növlərin miqdarı on birdir: birinci, nəfsin ağayanalığı, ikinci, qoçaqlıq, üçüncü, alicənablıq, dördüncü, mətanət, beşinci, helm, altıncı, nəfsin sakitliyi (təmkin), yeddinci, hünər, səkkizinci, dözümlülük, doqquzuncu, təvazökarlıq, onuncu, qeyrət, on birinci, riqqət. Nəsirəddin Tusi
  • Şücaət və cəsarət baxımından Türklərdən üstün, böyük hədəflərə çatmaq baxımından da onlardan inadkar heç bir qövm yoxdur. Cənabi Haqq onları aslan sifətində yaratmışdır. İbn Hassul

İstinadlar

[redaktə]