Şadlıq
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Allah aşağıdan gələn heç bir musiqidən, dul qadınların, dayaq olan yetimlərin, şadlıq, təsəlli və şükür edənlərin şükür nəğmələrində olduğu qədər razı deyil. Ceremi Teylor
B
[redaktə]- Bir evdə şadlıq, bir evdə şivən. Azərbaycan atalar sözləri/B
- Bir yerdə yeyəndə dadlı olar, bir yerdə işləyəndə şadlıq olar. Adıgey atalar sözləri
- Bizim düşmənlərimiz, azadlıq və istiqlaliyyətimizi gözləri götürməyən rəqiblərimiz deyirlər ki, Azərbaycan istiqlalını xanlar, bəylər elan etmişlər. Xalq onu istəmir. Budur camaat, bugünkü izdiham, bügünkü şadlıq istiqlaliyyətin xanlar deyil, bəylər deyil, xalq tərəfindən elan edildiyini düşmənlərimiz artıq görsünlər. Məhəmməd Əmin Rəsulzadə
H
[redaktə]- Hər kəs nəfsini sevdiyindən öz eyiblərini görə bilməz, bu eybin əlamətləri aşkar olduqda da onu dərk etməz. Bunun müalicəsi üçün deyilibdir: O adam fazil və kamil bir dost tapmalı, uzun müddət onunla oturub-durduqdan, ünsiyyət saxladıqdan sonra ixtiyar verməlidir ki, onun səhvlərini desin, o da bu səhvləri islah etsin, dostun köməyi və sədaqəti də bundadır. Bu barədə onunla möhkəm əhd-peyman bağlaya, heç bir şeyi gizlətməyə, deməyə ki, səndə heç bir eyib yoxdur, belə desə, bununla razılaşmaya, təkid edib onu doğru danışmağa məcbur edə, deməsə, dostluğa xəyanətdə təqsirləndirə, yenə əvvəlki sualına qayıda, daha da yalvar-yaxar edə, inad göstərib sussa, kədərlənə, ondan tamamilə üz döndərəcəyini, dostluğu qıracağını deyə, əl çəkməyə, nəhayət, dilə gətirməyə müvəffəq ola, eyiblərini söylədə; əlbəttə, bu vaxt onun dediklərinə etiraz etməməli, belə olmadığına sübut-dəlil gətirməməli, qaş-qabağını salıb narazılığını bildirməməlidir; əksinə, ona sevinc və şadlıqla qulaq asmalı, təşəkkürünü bildirməli, xəlvət yerə çəkilib ünsiyyəti möhkəmlətməli, səmimiyyəti artırmalı, eyiblərindən mümkünsə yaxa qurtarmağa, onları aradan qaldırmağa çalışmalı, dostunun etibarını daha çox qazanmalı, nəfsinin islahı xatirinə dönə-dönə belə etməli və dostunun sözlərindən inciməməlidir. Nəsirəddin Tusi
İ
[redaktə]- İndi sən şərqlilərin çaya olan həvəsini başa düşürsən" dedi Jafi. "Sizə danışdığım kitabı xatırlayın; birinci qurtum sevinc, ikincisi şadlıq, üçüncüsü sakitlik, dördüncüsü dəlilik, beşincisi vəcddir." Cek Keruak
K
[redaktə]- Keşiş üçün şadlıqdır: istər toy olsun, istər dəfn. Rus atalar sözləri
Q
[redaktə]- Qabağımıza gələn ilk mühəndisi tutub da “al bizə bir bina yаp” — deyiriz. O da götürür bir az “qotik”dən, bir az “renesans”dan, bilməm nədən, cüziyyətcə də “mavr” (ərəb) tərzi-memarisindən qarışıq bir kompazisiyon yapar. Daşı-daş üstə qalar, müdhiş bir bina, ali bir imarət vücuda gətirir. Bu əzəmət, bu böyüklük əlbəttə ki, bizi fərəhləndirir, qəlblərimizə bir şadlıq gətirir, fəqət bir çox xərclərlə hasil olan təzyinat bizə türklüyün, müsəlmanlığın keçmişdəki əzəmət və ehtişamını andıra bilsəydi, bizim də özümüzə məxsus memarlıqda bir üsula, həm də gözəl, ali təqlidaşayan bir üsula malik olduğumuzu bütün tamaşakaranə bildirsəydi; əlbəttə ki, binanın maddi əzəmətilə mütənasib mənəvi bir böyüklüyü də olardı və həqiqətən də bu böyük əməlin möhtəşəm bir abidəsi kəsilərdi.[1] Məhəmməd Əmin Rəsulzadə
L
[redaktə]- Lap çox şadlıq - kədər doğurar. Vyetnam atalar sözləri
İstinadlar
[redaktə]- ↑ Məhəmməd Əmin Rəsulzadə Milli Dirilik; Azərbaycan Davası; Məqalələr, Nitqlər 1914-1954"