Məzmuna keç

Əmanət



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Qurani-Kərim
  • Allaha əmanət ol, dedi və getdi. Güldüm.. Onsuz da başqa kimim var ki? İlhan Bərk
  • Aşiq odur ki, Allahdan aldığı eşqi əmanətini Allaha verər. Eşq məzhəbində hər şey uca Eşqə qurbandır. Şəms Təbrizi
  • Bu həyat aldığın nəfəs qədər qısadır. Bu can sənə verilmiş bir əmanətdir. Onunla əmanətə layiq kimi rəftar elə. Ömər Xəyyam
  • Əgər siz əmanət qəbul edib sonra on faiz ödəyirsinizsə, aydındır ki, siz xərcləri çıxmaqla balıq qarmağa ilişənə qədər doxsan faiz həcmində qanuni xalis mənfəət əldə edirsiniz. O.Henri
  • Əmanəti heç bir üzrə qəbul etmə, çünki əgər tələf olsa, pis ad və xainlikdə məşhur olarsan. Mir Möhsün Nəvvab
  • İnsanlar öz həmnövlərinin hüquqlarını qorumalı, böyüklərə hörmətlə yanaşmalı, əmanətə xəyanət etməməli, müamilədə insaflı olmalıdırlar. Nəsirəddin Tusi
  • Mənə güvənilən bir sirri müqəddəs bir əmanət kimi saxlayaram, amma sirləri əlimdən gəldiyi qədər bilməməyə çalışaram. Albert Eynşteyn
  • Oğlum, ağlama, müdrik ol, həyatı dərk et... “Öz Yaradanının yanına qayıt” hökmü verilib... İlk andan dönə-dönə yoğrulmuş, diqqətlə düzəldilmiş və əmanət verilmiş maddi insan libası geri alınan gün yetişib... Əcəl çatdıqda onun bir an belə geci-tezi ola bilməz... Bu gün hökm hamıdan qüdrətli və tək olan Allahın hökmüdür... Nəsirəddin Tusi
  • Sirr insanda əmanət olduqdan can kimi gizlətmək lazımdır. Bir sirrə iki adamdan artıq xəbərdar olsa, tamam aləmə faş olmuş kimidir.[1] Məhəmməd Tağı Sidqi
  • Tarixi yaşadığımız kimi yazdıq, lakin gələcəyi respublikaya inananlara, onu qoruyanlara və yaşadacaqlara əmanət etmək lazımdır. Mustafa Kamal Atatürk
  • Yenidən doğulmaq nə deməkdir? Bu artıq mənim həyatım deyil. Bu artıq başqasının həyatıdır. Hər kəsin yaşamaq üçün ancaq bir həyatı olur (əlini sinəsinə qoyur) və o, burdadır. Onu cəmi bir dəfə əldə etdim. Bu mənim həyatımdır. Başqasına əmanət edə bilmərəm, yenisini oğurlaya bilmərəm, başqası üzərində zorlaya bilmərəm, unuda və silə bilmərəm. Qəzəblənə bilmərəm, gülə bilmərəm, gözəlləşdirə bilmərəm! Heç nə edə bilmərəm! Mən həyatımdakı tək şansı qəbul etməliydim, mənası yoxdur necə qəddar, necə amansız, necə haqsız idi! Cənab, məni başa düşmürsüz? Buna görə də döyüşməliyəm. Döyüşməyə davam etməliyəm! Çünki... çünki mən heç vaxt (əlini partaya çırpır) bu cür həyatı qəbul edə bilmərəm! Angel Beats!

İstinadlar

[redaktə]
  1. Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX-XX əsrlər). Üç cilddə. II cild. Bakı: Nasir, 2002. - səh. 522.