ABŞ atalar sözləri
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağac əkən özündən başqasını da sevdiyini sübut edir.
- Ağacın xatırladıqlarını balta unudur.
- Ağıl və dəlilik arasında yalnız incə qırmızı bir xətt var.
- Atı suya gətirə bilərsən, amma onu su içməyə məcbur edə bilməzsən.
B
[redaktə]- Balıq və qonaq üç gündə iylənir.
- Başqalarının danışıqlarına qulaq asan şəxs heç vaxt özü haqqında yaxşı bir şey eşitmir.
- Bəxt özünə kömək edənlərə kömək edir.
- Bir adamın zibili başqasının xəzinəsidir.
- Bir axmaqla mübahisə edirsənsə, əslində iki axmaq mübahisə edir.
- Bir çox şəxslər qaçmaqdan qorxduğu üçün cəsur sayılmışdır.
- Bir insan sənə eşşək desə, diqqətə alma, amma, 5 nəfər sənə eşşək desə, get özünə yəhər al.
- Birləşmək başlanğıcdır, birliyi davam etdirmək inkişafdır; birlikdə işləmək müvəffəqiyyətdir.
- Bu günki yaxşı bir plan, sabahkı mükəmməl bir plandan daha yaxşıdır.
C
[redaktə]- Cəsur bir adamın baxışı düşməni qorxaq adamın qılıncından daha çox titrədir.
Ç
[redaktə]- Çaydan baxmaqla qaynamaz.
D
[redaktə]- Dostlar dostdur. İş tamamilə başqa bir şeydir.
- Düşmənlərimin düşməni mənim dostumdur.
Ə
[redaktə]- Əgər sənə yüz dollar borcum varsa - bu mənim problemimdir, amma sənə min dollar borcum olsam, bu sənin problemindir.
- Əvvəllər gənc qız utananda qızarırdı, indi gənc qız qızaranda utanır.
G
[redaktə]- Gündə bir alma həkimi uzaqlaşdırır.
- Günəş altında bir yer istəyirsinizsə, ailə ağacının kölgəsini tərk etməlisiniz.
H
[redaktə]- Heç vaxt bir kitabı üz qabığına görə mühakimə etməyin.
- Həqiqi bir dostu ikiəlli tutun.
- Həyat bir səyahətdir, hədəf deyil.
İ
[redaktə]- İlk uçan quş qurdu tutur.
- İtlə yatan, bitlə qalxar.
K
[redaktə]- Kiçik bir insanın kölgəsi uzun olarsa, günəşin batdığını anlayın.
Q
[redaktə]- Qadının yeri mətbəxdir.
- Qırılan yumurtaları qabıqlarına geri qoya bilməzsiniz.
- Qızıl odla, qadın qızılla, kişi qadınla sınanılar.
- Qonşunu sev, amma bağça divarını uçurma.
M
[redaktə]- Məntiq sizi A-dan B-yə aparacaq. Təsəvvür sizi hər yerə aparacaq.
N
[redaktə]- Nə etdiyimi deyil, dediklərimi et.
O
[redaktə]- Odununu özü kəsən iki dəfə isinər.
P
[redaktə]- Pul bizi xoşbəxt etmir, fəqət nisbətən xoş bir şəkildə bədbəxt olmağımıza imkan verir.
S
[redaktə]- Sakit bir vicdan yaxşı bir yastıqdır.
- Səbr uğurların anasıdır.
- Sınıq deyilsə, onu təmir etmə.
Ş
[redaktə]- Şans doğru zamanda lazımi yerdə olmaqdır.
T
[redaktə]- Tanqo üçün iki nəfər lazımdır.
- Tez mühakimə edən, sonra uzun müddət peşman olur.
- Tərəqqi pilləsinə qalxmaq üçün boyalı əllərinizi cibinizdən çıxartmalısınız.
- Toz qaldırmasan, toz içində batacaqsan.