Axirət
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bu dünyada ağlayan axirətdə gülər. Əhməd Yəsəvi
D[redaktə]
- Doğrudan da var-dövlət və övlad dünya əkinidir, dünya qazancıdır. Yaxşı əməllər isə axirət əkini, axirət qazancıdır. Allah bəzi insanlara hər ikisini verir. Əli
- Dünya bir birliyə, axirət bir birliyə sahib, Allah da bütün birliklərin sahibidir. Əbdülqədir Geylani
- Dünya hikmətdir, axirət isə qüdrət. Hikmət alət və səbəblərə ehtiyacı vardır, qüdrətin isə ehtiyacı yoxdur. Əbdülqədir Geylani
- Dində məcburiyyət yoxdur. Əlbəttə ki, hər kəs azaddır. İstəyən dünyada bişər, istəyən axirətdə. Nəcib Fazil Qısakürək
H[redaktə]
- Heç ölməyəcəkmiş kimi dünya üçün, sabah öləcəkmiş kimi isə axirət üçün çalışın. Məhəmməd
Q[redaktə]
- Qəzəb xəstəliyinin nəticəsi yeddi növdür: birinci, “peşmançılıq”, ikinci, “dünya və axirət cəzası”, üçüncü, “dostların inciməsi”, dördüncü, “rəzillərin tənəsi”, beşinci, “düşmənlərin tənbehi”, altıncı, “məzacın pozulması”, yeddinci, “bədənin birdən sarsılması”, çünki “dəlinin tutması bir saatlıq olar” (deyiblər). Nəsirəddin Tusi
- Qonşunun haqqı axirət haqqıdır. Azərbaycan atalar sözləri/Birlik və dostluq
M[redaktə]
- Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. Qurani-Kərim
- Mömin dünyada, zahid axirətdə qəribədir. Arif isə Allahın xaricindəki hər yerdə qəribədir. Əbdülqədir Geylani
S[redaktə]
- Sufilər axirətə görə ağıllı, dünyaya görə dəlidirlər. Əbdülqədir Geylani