Məzmuna keç

Axirət



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Doğrudan da var-dövlət və övlad dünya əkinidir, dünya qazancıdır. Yaxşı əməllər isə axirət əkini, axirət qazancıdır. Allah bəzi insanlara hər ikisini verir. Əli
  • Dünya bir birliyə, axirət bir birliyə sahib, Allah da bütün birliklərin sahibidir. Əbdülqədir Geylani
  • Dünya hikmətdir, axirət isə qüdrət. Hikmət alət və səbəblərə ehtiyacı vardır, qüdrətin isə ehtiyacı yoxdur. Əbdülqədir Geylani
  • Dində məcburiyyət yoxdur. Əlbəttə ki, hər kəs azaddır. İstəyən dünyada bişər, istəyən axirətdə. Nəcib Fazil Qısakürək
  • Elə bir insan yoxdur ki, o, həzzdən imtina etsin. Hətta dinin özü axirət dünyasında müqayisəedilməz dərəcədə böyük və daha qiymətli sevinclər vəd etməklə, yaxın vaxtlarda həzzdən imtina etmək tələbini əsaslandırır. Ziqmund Freyd
  • Heç ölməyəcəkmiş kimi dünya üçün, sabah öləcəkmiş kimi isə axirət üçün çalışın. Məhəmməd
  • Qəzəb xəstəliyinin nəticəsi yeddi növdür: birinci, “peşmançılıq”, ikinci, “dünya və axirət cəzası”, üçüncü, “dostların inciməsi”, dördüncü, “rəzillərin tənəsi”, beşinci, “düşmənlərin tənbehi”, altıncı, “məzacın pozulması”, yeddinci, “bədənin birdən sarsılması”, çünki “dəlinin tutması bir saatlıq olar” (deyiblər). Nəsirəddin Tusi
  • Qonşunun haqqı axirət haqqıdır. Azərbaycan atalar sözləri/Birlik və dostluq
  • Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. Qurani-Kərim
  • Mömin dünyada, zahid axirətdə qəribədir. Arif isə Allahın xaricindəki hər yerdə qəribədir. Əbdülqədir Geylani
  • Öz-özümüzə deyirik ki, əgər bütün kainatı yaradan, onu bizim üçün min cür naz-nemətlə dolduran Tanrı olsaydı və əgər yer üzündə əxlaqi nizamla axirət mövcud olsaydı, nə gözəl olardı. Halbuki bütün bunların reallıqda əksini tapmaması və sadəcə, məsum arzulardan ibarət olması məlumdur. Əgər yazıq cahil ulu babalarımız bütün bu qəliz kosmik suallara cavab tapsaydılar, onda hər şey çox gözəl olacaqdır. Ziqmund Freyd

İstinadlar

[redaktə]
  1. "Məhəmməd Əmin Rəsulzadə Milli Dirilik; Azərbaycan Davası; Məqalələr, Nitqlər 1914-1954". 18 sentyabr 2021 tarixində arxivləşdirilib.