Bənövşə
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
G
[redaktə]- Gül kimi yumşaqlıq göstərmə, gerçək,
Olma ikiüzlü, bənövşələr tək.
Ömrü başa vurar şir ürəklilər,
Öküz ürəklidə olmaz bir hünər. Leyli və Məcnun (Nizami)
K
[redaktə]- Kolların dibində tək bitdiyindən,
Boynu bükük olur bənövşənin də. Bəxtiyar Vahabzadə
N
[redaktə]- Novruzgülü ilə bənövşə bir-birini görməzlər. Azərbaycan atalar sözləri/N
S
[redaktə]- Soysuz gözəllik qoxusuz bənövşə kimidir. Seneka
Y
[redaktə]- Yaxın əyil! Sevginin zanbaq qoxusunu, şəhvət qoxusunu, indi bənövşələrin ruhu kimi zərif qoxuları, indi isə sözlərin izah edə bilməyəcəyi ürəkbulandırıcı iyrənclikləri duyacaqsınız. Frank Kreyn
Bənövşə haqqında bayatılar
[redaktə]- Araz qırağı meşə,
Gəti dəsmalın döşə.
Arasına gül düzüm,
Dövrəsinə bənövşə. - Bənövşə güllər xası,
Nərgiz onun bahası.
Qızılgüldən don biçdim,
Tər qönçədən yaxası - Bənövşəyəm, mən tərəm,
Kol dibində bitərəm.
Gözləyərəm, gəlməzsən,
Boynu əyri bitərəm - Qardaş gəlir enişə,
Yükü dönüb gümüşə.
Qardaşa qız tapmışıq,
Üzdə xalı bənövşə.
Bənövşə qoxulu laylalar
[redaktə]- Laylay dedim həmişə,
Karvan ensin enişə.
Döşəyində gül bitsin,
Yastığında bənövşə. - Laylay dedim həmişə,
Karvan ensin enişə.
Döşəyinə gül düzüm,
Yastığına bənövşə.