Dərrakə
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıl və dərrakə arasında düşündüyümüzdə də böyük məsafə var. [1] Napoleon Bonapart
- Ağıldan dərrakəyə qədər olan yol hamının düşündüyündən daha uzun olur. Napoleon Bonapart
B[redaktə]
- Bir az gözüaçıqlılıq, bir az dərrakə, bir az uğur - zaman və təsadüf- məsələni əsasən həll edən budur. Teodor Drayzer
- Bütün ömrü boyu ancaq bir neçə əməliyyatla məşğul olan adamın öz əqli istedadını inkişaf etdirməyə və ya öz dərrakəsini işlətməyə fürsət və ehtiyacı olmur… Belə bir şəxs o qədər kütləşir, cahilləşir ki, insanlar arasında ondan küt və cahilinə rast gəlmək olmaz. Karl Marks
D[redaktə]
- Dərrakə çox vaxt yatır, onu oyatmasan, həmişə yuxulu olur. Uilyam Şekspir
H[redaktə]
- Hökmdarın əsas xüsusiyyəti müdriklikdir, əgər insanda böyük hakimiyyət dərrakə və idrakla birləşirsə, ən yaxşı dövlət quruluşu meydana gəlir. Platon
S[redaktə]
- Saysız-hesabsız canlı varlıqlar içərisində insan adlanan varlıqdan başqa heç bir canlı varlığa nə dərrakə, nə də düşünmək qabiliyyəti verilib. Mark Tulli Siseron
T[redaktə]
- Tənhalıq dərrakə üçün təhlükə yaradır, həmçinin məziyyətlər üçün əlverişli şərait deyil... Tənhalığa can atan fani insan, şübhəsiz, mövhumatı inanclarla yaşayır və çox güman ki, havalanmış adamdır.[2] Samuel Conson