Görünmək

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Axmaq insanların arasında ağıllı insanlar həmişə qəribə görünürlər. Vissarion Belinski
  • Axmaqlıq, axmaqlığın edilməsindən yox, onu ört-basdır edə bilməməkdən ibarətdir. İnsanların hamısı səhvə yol verir, amma axmaqlar onu hamıya nümayış etdirdikləri halda, müdriklər öz nöqsanlarını gizlədirlər. Reputasiya gözə nə göründüyündən çox, nələrin ört-basdır olunduğundan asılıdır. Əgər xoşməramlı ola bilmirsənsə, onda heç olmasa ehtiyatlı ol. Baltazar Qrasian
  • Allahın xəzinəsi yoxluqdur. Yəni Allah varlıqları yoxluqdan yaratmışdır. Sən isə görünən varlıqlara aldandığın üçün yoxluğun nə olduğunu haradan biləcəksən? Mövlana Cəlaləddin Rumi

B[redaktə]

  • Başqalarının ağlı ilə cümlə qura bilməzsiniz; amma başqalarının cümlələri ilə ağıllı görünə bilərsiniz.. Oldos Haksli

H[redaktə]

  • Həddindən artıq heyrətlənmə. Mahiyyəti təhrif etməmək və ağılsız kimi görünməmək üçün ifratçılıqdan qaç. Həddən artıq tərifləmək və heyranlığını büruzə vermək zövq və dərrakənin məhdudluğunu bildirir. Baltazar Qrasian
  • Həssas ürəklərin coşğunluğunu öz üzərində hiss etməyən hər kəs üçün bu coşqunluq bir fantaziya kimi görünür. Sevgiliyə olan sevgidən yüz dəfə qızğın, şirin olan vətən sevgisini də öz üzərinizdə hiss etməsiniz, onu dərk edə bilməzsiniz. Jan Jak Russo

N[redaktə]

  • Nə üçün mən onu geyindirməliyəm? Geyindirməliyəm ki, o dövrünün gülünc kişi dəbində görünsün? Son yenilikləri özündə daşıyan bu heykəllərdən daha bayağı heç nə yoxdur. Avropanın istənilən böyük şəhərində əcaib dövrün dərzisinin modelləri kimi maskalanmış belə heykəlləri görmək olar. Digər tərəfdən çılpaq insan forması tarixdə hər hansı xüsusi ana sahib olmamışdır; o əbədidir və hər yaş kateqoriyasına aid insanda bu sevinclə qarşılanır. Oqust Rodin
  • Nəyisə gerçək ölçülərinə bərabər böyük çəkin. Kiçik şəkillərdə bütün böyük zəifliklər asan gizlənər. Böyüklərdə isə ən kiçik zəifliklər belə asan görünər. Leon Battista Alberti

Y[redaktə]

  • Yaxşı görünmək istəyirsənsə, bəxtinin gətirməsi ilə yox, yaxşı əməllərinlə öyün. Baltazar Qrasian
  • Yetkinlikdən yan keçib qocalığa keçən gənclər gənc kimi görünmək istəyən qocalar kimi iyrəncdirlər. Vissarion Belinski
  • Yoxluğundan istifadə et, özünə hörmət edilməsinə və və qiymət verilməsinə nail ol. Əgər göz önündə olmaq məşhurluğu azaldırsa, olmamaq onu çoxaldır. Olmadığı vaxt timsalında şir gördükləri kəs, bir də görürsən, peyda olanda adi və gülünc bir adama çevrilir. Əgər biz onunla həddən artıq yaxından tanış oluruqsa, talantlar parlaqlığını itirir. Hətta görkəmli dahi də işlərdən getməsindən elə yararlanır ki, insanlar onu şərəflə yola salmaq imkanı əldə edirlər və gedişi ətrafında qalxan səs-küy onu düzgün qiymətləndirməyə kömək edir. Baltazar Qrasian

Z[redaktə]

  • Zahiri gözəllik və paklıq, əslində, daxili gözəlliyin və paklığın gözlə görünən ifadəsidir. Vissarion Belinski

İstinadlar[redaktə]