Hürriyyət
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- A hürriyyət! A münfərid əməlim,
İştə sənsən səadəti bəşərin. Abbas Səhhət
- Allah hürriyyəti ancaq onu sevənlərə, onu mühafizə və müdafiəyə hazır olanlara verir. Daniel Vebster
D[redaktə]
- Dövlət idarəsi işləməzsə, insanların hürriyyətini qoruyacaq heç bir qüvvət qalmaz. Mustafa Kamal Atatürk
E[redaktə]
- Eşq uğrunda həyatımı verərəm, hürriyyət uğrunda isə eşqimi də fəda edərəm. Viktor Hüqo
H[redaktə]
- Hürriyyət ancaq hürriyyətini hər gün yenidən qazanan insana layiqdir. Yohann Volfqanq Göte
- Hürriyyət elə nazlı bir afət ki, pək vüqar,
Qan axıtmadıqca kimsəyə gülməz o işvəkar. Məhəmməd Hadi
- Hürriyyət insana "haqq düşüncəsinə bağlı qalaraq başqalarına zərər vermədikdən sonra istədiyini edə bilərsən" deməkdir. Əbdülfəttah Şahin
- Hürriyyət qanunların qadağa qoymadığı hər şeyi etmək haqqıdır. [1] Şarl Lui Monteskyö
- Hürriyyət qəlbin hürr olmasından başqa bir şey deyildir. Şibli
- Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!.. Əli bəy Hüseynzadə
- Hürriyyət ona deyilir ki, nəfs düz, namuslu yollarla mal toplayıb xeyirxah və faydalı yerlərə xərcləsin; əliəyrilik, qeyri-qanuni yollarla mal toplamağa imkan verməsin. Nəsirəddin Tusi
İ[redaktə]
- İnsan vətənini sevir, çünki hürriyyəti, firavanlığı, haqqı vətən sayəsində mövcuddur. Namiq Kamal
K[redaktə]
- Kim əgər Azərbaycanı, onun hürriyyətini, azadlığını, ayağa qalxmasını istəmirsə, o zaman qoy torpaqlarımızdan çıxıb getsin. Üzeyir Hacıbəyli
- Kim ki, insanı sevir, aşiqi-hürriyyət olur,
Bəli, hürriyyət olan yerdə də insanlıq olur.[2] Mirzə Ələkbər Sabir
U[redaktə]
- Uçma alçaqlara, sən tairi - ülviyyətsən,
Qaç əsarətdən, əgər aşiqi-hürriyyətsən. Abbas Səhhət
İstinadlar[redaktə]
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014. səh.36
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.