Məzmuna keç

Mömin



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Qardaşının sənə etdiyi nəsihəti qəbul et. Ona müxalif çıxma. Çünki o, sənin özündə görə bilmədiyin şeyləri görər. Bunun üçün Rəsulu əkrəm: "Mömin, möminin aynasıdır" buyurmuşdur. Mömin, din qardaşına etmiş olduğu nəsihətlərdə səmimidir. Onun görə bilmədiyi şeyləri bildirər. Ona, yaxşılıqlar və pisliklər arasındakı fərqi göstərər. Ona, lehində və ya əleyhində olan şeyləri izah edər. Əbdülqədir Geylani
  • Mömin dünyada, zahid axirətdə qəribədir. Arif isə Allahın xaricindəki hər yerdə qəribədir. Əbdülqədir Geylani
  • Mömin, insanlara qarşı üzündən sevincli olduğunu göstərər. Lakin özü qəmlidir. Peyğəmbər əfəndimiz; "Möminin sevinci üzündədir. Halbuki ürəyi qəmlidir" buyurmaqdadır. Möminin təfəkkürü, düşünməsi, ağlaması çox, gülməsi azdır. Təbəssümü ilə ürəyindəki hüznü gizləyər. Çöldə dolanaşacağını təmin etməklə məşğul olur kimi görünər, ürəyi Rəbbini xatırlamaqla məşğuldur. Uşaq-muşağı ilə məşğul olur kimi görünər, ürəyi Rəbbi ilədir. Əbdülqədir Geylani
  • Mömin kimsə kiçik günahları da böyük görər. Peyğəmbər əfəndimiz: "Mömin kimsə, günahını dağ kimi görüb, öz üzərinə düşəcəyindən qorxar. Münafiq isə, günahını burnu üzərinə qonan və dərhal uçan ağcaqanad kimi görər" buyurdu. Əbdülqədir Geylani
  • Mömin salamat olmaq üçün sükut edir və faydalanmaq üçün danışır.[1] İmam Səccad
  • Mömin tərəzinin iki gözü kimidir ki, imanı nə qədər artsa, bəlası da çoxalar və nəhayət günahdan pak ətək ilə Allah-taala ilə görüşər.[2] İmam Kazım
  • Möminin adəti əvvəl düşünüb sonra danışmaqdır. Münafiq isə əvvəl danışar, sonra düşünər. Əbdülqədir Geylani
  • Möminin beş əlaməti var: xəlvət və təklikdə olanda pəhrizkar olmaq, yoxsulluq zamanı sədəqə vermək, bəlalar müqabilində səbrlilik, qəzəblənəndə həlimlik və qorxu olmasına baxmayaraq doğruçuluq.[3] İmam Səccad
  • Möminin şükrü əməlində görünər. Münafiqin şükrü isə dilindədir. Həzrəti Əli
  • Siz bəlanı nemət, asayiş və rifahı isə müsibət hesab etməyincə əsla mömin olmazsınız. Çünki bəla və çətinliyə səbr etmək asayiş və rahatlıq içərisində qəflətdə olmaqdan daha dəyərli və üstündür.[4] İmam Kazım
  • Yoxsulam, doğrudur. Amma pula məndən çox ehtiyacı olanlar var. 20 ildir, eyni şalvarı və ayaqqabıları geyinirəm. Məncə, mömin müsəlman belə davranmalıdır. Çünki din, dil, irq ayrı-seçkiliyi etmədən insanlara xidmət etmək ən böyük cihaddır. Əbdül Səttar Ədhi

İstinadlar

[redaktə]
  1. əl-Kafi, c.2, səh.231, hədis 3
  2. Biharul-Ənvar, c.67, səh.242, hədis 82
  3. Biharul-Ənvar, c.72, səh.336, hədis 24
  4. Camiul-Əxbar, səh.313, hədis 870