Mürəkkəb (rəng)
Görünüş
Mürəkkəb ilə səhv salmayın.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bir adama kitab satdığın zaman ona yalnız beş yüz qram kağız, mürəkkəb və yapışqan satmış olmursan. Ona tamamilə yeni bir həyat bəxş etmiş olursan - sevgi, dostluq və gələcəyin dənizində üzən gəmilər. Əgər bu kitab mənim anladığım mənada bir kitabdırsa... [1] Kristofer Morley
- Bir damla mürəkkəb milyonlarca insanı düşündürə bilir. Corc Bayron
D
[redaktə]- Dünyanı idarə edən qələm, mürəkkəb və kağızdır. Conatan Svift
H
[redaktə]- Heç bir ağıllı insan mürəkkəb ləkələrini mürəkkəblə, yağ ləkələrini yağla yumaq istəməz. Yalnız qan bir neçə dəfə qanla yuyulur. Berta fon Sutner
- ...hər gün davamlı olaraq Veraya ehtiraslı məktublar göndərir. Göz yaşlarının kağıza düşdüyü yerdə isə mürəkkəb ləkələrə çevrilir. Aleksandr Kuprin
O
[redaktə]- O, mürəkkəbi saxlaya bilmir və söz ona gələndə ən çox özünü çirkləndirir. Qeorq Kristof Lixtenberq
İstinadlar
[redaktə]- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.257.