Metr
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Arxa cibimdə 2 metr uzunluğunda kəfənim var, həmişə hazırdır və hər yerdədir. Ölsəm, həyatımda istədiyim tək bir şey var, bir şey. Heç vaxt deməsinlər bu ölkəni sevmirəm mən, bu ölkəni Ədirnədən Ərdahana qədər sevdim. Ahmet Kaya
B
[redaktə]- Bu dünya haqqında bütün düşündüklərini ifadə etmək cəsarətini göstərəcək adam ayağını basacaq yarım metr torpaq tapa bilməyəcək. Henri Miller
İ
[redaktə]- İnanıram ki, həyat bir çay kimidir və insanların çoxu əslində hara getmək istədiklərinə heç vaxt qərar vermədən o çaya tullanırlar. Beləliklə də çox qısa müddətdə axınla yaxalanırlar: hadisələrin axını qorxular, çətinliklər cərəyanına çevrilir. Çayın qollara bölündüyü yerə çatdıqda, şüurlu şəkildə hara getmək istədiklərinə və hansı istiqamətə uyğun gəldiklərinə qərar vermirlər. Sadəcə "suyun onları apardığı kimi gedirlər". Öz dəyərləri əvəzinə hadisələrin idarə etdiyi bir insan kütləsinin bir hissəsi olurlar. Bir gün qəzəblənmiş suyun səsi ilə oyanana qədər onlar həmin şüursuz vəziyyətdə qalırlar. Sonra, Niaqara şəlaləsindən iki metr aralıda, sükansız bir gəmidə olduqlarını kəşf edirlər. O anda deyirlər: "Vay, cəhənnəm!" Amma çox gecdir. Düşmək üzrədirlər. Bəzən emosional bir düşmədir. Bəzən düşmə fiziki olur. Çox güman ki, çaya atılmamışdan əvvəl hazırda həyatda sizə ağırlıq verən şeylərin baş verməməsi üçün daha yaxşı bir qərar qəbul edə bilərdiniz. Antoni Robins
- İnsan həyatını qırx və ya on mil metr müşahidə etməyinin nə faydası? Yeni nə isə görə biləcəksənizmi? Mark Avreli
Q
[redaktə]- Qıza göz qoymusunuzsa, ona yaxınlaşın (məsafə 2 metr). O bu məsafədən sizin hələ də xoşunuza gəlirsə, onunla danışın (məsafə 1 metr). Danışdığınız mənasız şeylərə gülürsə, onu ya rəqsə, ya da içkiyə dəvət edin (məsafə 50 santimetr). Bundan sonra yanında oturun (məsafə 30 santimetr). Gözləri parıldayan kimi saçını qulağının arxasına keçirin (məsafə 15 santimetr). Əgər saçına əl vurmağa icazə verirsə, ona bir az daha yaxın əyilərək danışın (məsafə 8 santimetr). Nəfəsi tezləşsə, dodaqlarınızı dodaqlarına sıxın (məsafə 0 santimetr). Əlbəttə, bütün bu strategiya bir məqsəd - məsafəni mənfiləşdirmək - güdür. Frederik Beqbeder
Ü
[redaktə]- Üç yüz ildən sonra bizə güləcəklər! Deyəcəklər ki, necə də qəribə insanlar yaşayırmış. Bəziləri deyəcəklər ki, onların pulu, pasportları varmış. Hansısa vətəndaşlıq vəziyyəti aktları, yaşayış sahəsinin kvadrat metri... Mixail Zoşşenko