Nəğmə
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ac qarına bir nəfər, nəğmə oxurmu məgər? Azərbaycan atalar sözləri/A
- Allah aşağıdan gələn heç bir musiqidən, dul qadınların, dayaq olan yetimlərin, şadlıq, təsəlli və şükür edənlərin şükür nəğmələrində olduğu qədər razı deyil. Ceremi Teylor
E
[redaktə]- Erməni aşıq yaradıcılığının yalnız kiçik, əhəmiyyətsiz bir hissəsi bizim ədəbiyyata aiddir. Aşıqlarımız həyat və məişət hadisələrini nağıllarda, öz nəğmələrində tərənnüm edərkən Azərbaycan dilinə üstünlük verirlər, çünki bu dil daha rəvan, ifadəli və zəngindir, nəinki erməni dili … erməni aşıq sənətinin kiçik, hətta əhəmiyyətsiz hissəsinin ədəbiyyatımıza aid olduğunu söyləmək olar. Böyük əsərlərin (dastanlar, qəhrəmanlıq nağılları) əksəriyyəti Azərbaycan dilində yaradılıb.
- Professor Leo, əsl adı Arakel Qriqoryeviç Babaxanyan (erməni tarixinə dair bir neçə böyük əsərin müəllifi, erməni kilsəsinin və erməni milyonçularının pulu ilə əmələ gələn mifik erməni tarixinin yaradıcılarından biri)
G
[redaktə]- Gözlərin qübbədə, ulduzlar sənin üzündə olsaydı! Gün işığı çırağı utandırdığı kimi, üzünün parlaqlığı da ulduzları utandıracaq. Əgər sənin gözlərin səmada olsaydı, efir bölgələrindən elə əzəmətli şüalar saçardı ki, quşlar gecə olduğunu unudaraq nəğmə oxuyardılar. Görün başını əllərinin üstünə necə qoyur! Ah, kaş o əlin əlcəyi olaydım ki, sənin üzünə toxuna bildim! Romeo və Cülyetta
İ
[redaktə]- İndi olduğu kimi keçmişdə də qədim hayların ağızlardan-ağızlara keçən nəğmələrə həvəsləri olmayıb. Ona görə də kəmağıl, nadan və vəhşi adamlar haqqında danışmaq artıqdır. Musa Xorenatsi
- İnsan qəlbi böyük yaşıl ağacdır və onun budaqlarında çoxlu qəribə quşlar gəlib nəğmə oxuyur; bir neçəsi yuva qurur, lakin əksəriyyəti şimaldan və cənubdan uzaq ölkələrdəndir və bir daha gəlmir. Frank Kreyn
Q
[redaktə]- Qürur və xəsislik dünyası idealistə, xəyalpərəstə çəpəki baxır. Xəyalpərəst uçub gedən buludlara baxanda onu avara hesab edirlər. O, ruhuna sevinc gətirən küləyin səsinə nəğmə kimi qulaq asanda ətrafındakılar onun əmlakını ələ keçirməyə tələsirlər. Əgər cansız aləm adlandırılan dünya onu son dərəcə incə və valehedici bir səslə səsləyib özünə cəlb edərsə, xəyalpərəst bu mühitdə məhv olur. Əsl dünya həmişə belə insanları özünün amansız pəncəsinə keçirir və onlara hakim olur. Həyat məhz bu cür adamları itaətkar kölələrə çevirir. Teodor Drayzer
S
[redaktə]- Sudzumusini nəğmə oxuduğuna görə qəfəsdə saxlayırlar. (Sudzumusi — quş civiltisinə oxşar səslə oxuyan bir həşəratdır). Yapon atalar sözləri
V
[redaktə]- Vətəni olmayan insan nəğmə oxuya bilməyən bülbül kimidir. Rus atalar sözləri