Natiq
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Başqa sözlə desək, öz natiqlik qabiliyyətlərinizi inkişaf etdirin. Öz ideyalarını effektiv şəkildə təqdim etmək, elə təkmilləşmə və peşəkarlıq səviyyəsi qədər vacib nüansdır. Öz nitqiniz üzərində işləyin, onun aydın, səlis və ifadəli olmasına diqqət yetirin. İctimai, açıq çıxışlarda məşq edin – bunu o qədər davam etdirin ki, auditoriya qarşısında olarkən özünüzü öz doğma evinizdə olduğu qədər sərbəst, təbii və rahat hiss edəsiniz. Auditoriyanın idarə etmək qabiliyyəti, əla təqdimat bacarığı – liderin xarizma və özünə əminlik qədər başlıca və ayrılmaz keyfiyyətləridir. Napoleon Bonapart
- Bəzən təhqir edənə kəskin cavab verməyin müəyyən bir faydası var. Bu cavab qısa olmalı və qıcıq, qəzəb yaratmamalı, bərk əşya oxun zərbəsini dəf edib onu atana qaytardığı kimi, təhqir də ağıllı, özünə hakim olan natiqdən təhqir edənə sakitcə, hətta azacıq bir təbəssümlə çatdırılmalıdır. Platon
Ə
[redaktə]- Əgər natiq danışmaq istədiyi şeylər barəsində mükəmməl məlumata malik deyilsə, o zaman onun natiqliyindən danışmaq olmaz. Mark Tulli Siseron
- Əgər natiqin gözəl tərtib etdiyi sözlərin yerini dəyişsən, bütün cümlənin mənası pozulacaq. Sözlər eyni qalmaq şərtilə sözlərin yerini azacıq da olsa dəyişsəniz, bütün fikir məna bildirməyən lazımsız söz yığınından ibarət olur. Mark Tulli Siseron
G
[redaktə]- Gözəl danışan natiqin çox danışdığı heç vaxt hiss olunmur. Jül Renar
- Gözəl natiq o adamdır ki, adi şeyləri sadə, böyük şeyləri yüksək, orta şeyləri isə orta tərzdə ifadə edir. Mark Tulli Siseron
X
[redaktə]- Xalq yalnız onun hisslərini coşdurmağı bacaranları gözəl natiq zənn edir. Alfons de Lamartin
N
[redaktə]- Natiq dinləyicinin ölçüsü deyil, dinləyici natiqin ölçüsüdür. Antisfen
- Natiqin ən böyük üstünlüyü- yalnız lazım olan şeyi demək yox, eyni zamanda lazım olmayan şeyi deməməkdir. Mark Tulli Siseron
- Natiqlik çox güclü, lakin çox az bir müddətdə təsir edir. Asanlıqla coşan insanlar asanlıqla da sakitləşirlər. Jan Jak Russo
- Nitq, əşya haqqında bilikdən irəli gəlməli və inkişaf etdirilməlidir. Əgər natiq onu bağrına basmasa, öyrənməsə, onun bəlağətli danışmağı əbəsdir, uşaq səyidir. Mark Tulli Siseron
- Nitqin yaxşı, gözəl olması üçün natiq nə dediyinin mahiyyətini dərk etməli deyilmi? Platon
P
[redaktə]- Pis natiqlər pisi yaxşı kimi təqdim etməyə çalışırlar. Platon
S
[redaktə]- Saray müəlliminin elmin bütün sahələrindən məlumatı, inandırmaq bacarığı olmaqla bərabər, gözəl natiq, soyuqqanlı, daxilən və zahirən saf bir insan olmalıdır. Çanakya
- Söz və sehr mahiyyət etibarilə eynidir. Sözlərin sehrli gücləri vardır. Hətta bu gün də öz sehrli güclərinin çoxunu qoruyub saxlayırlar. Məsələn, çox böyük xoşbəxtliyə səbəb olduqları kimi, dərin qəm-qüssəyə də yol açırlar. Həmçinin biliyin müəllimdən tələbəyə ötürülməsini də sözlər həyata keçirir. Hətta bir natiqin öz dinləyicilərini təsiri altına salaraq onlara öz istədiyini etdirməsi də sözlərin qüdrətindəndir. Sözlər insanın ən coşqun hisslərini oyadan və hər cür fəaliyyəti həyata keçirən qüvvəyə malikdir. Bir sözlə, sözlərin insanlar üstündəki nüfuzu çox böyükdür. Daha doğrusu, sözlər adamlara təsir göstərməyin universal üsuludur.[1] Ziqmund Freyd
Y
[redaktə]- Yorulmadan danışmaq və heç nə deməmək- bu həmişə natiqlərin ən böyük istedadı olub. Platon