Məzmuna keç

Nifaq



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bаşçı hökmən ruhən qələbəyə cаn аtmаlıdır. Hеç də məcburi dеyil ki, hər dəfə qalib gələsən, аmmа ən vаcib döyüşləri udmаq lаzımdır. Rəhbər bаşа düşməlidir ki, rəqаbət həm bizim xаlqın аrаsındа, həm də оndаn xаricdə çоx qüvvətlidir, оnu nəzərə аlmаmаq оlmаz. Məhz аzğın rəqаbət ruhu döyüş mеydаnındа, dаnışıqlаr mаsаsı аrxаsındа və dаxili nifаqlаr dövründə qаlib gələnləri hərəkətə gətirir. Rəqаbət ruhu оlmаyаn rəhbər zəifdir, xırdа çətinliklər qаrşısındа gеri çəkilir. Atilla
  • Bil ki, bəndə on şeydən özünü qorumalıdır: nifaqdan, nifaqdan, çaşqınlıqdan, müsibətdən, zərərdən, peşmançılıqdan, nəfs, ürək bulanmasından, özündən razılıqdan, insanların məzəmmətindən qorxmaqdan. Əbu Hamid əl-Qəzali
  • Dövlətin içərisində nifaq yaradanda sədaqətli nökərlər peyda olur. Men-Tszı
  • Gələcək nəsillərə demək istəyirəm ki, öz sıralarındakı nifaq nifrət edənin qılıncından daha güclü zərbə vurur və daxili nifaqlar kənardan gələn düşmənə qapıları geniş açır. Karl Qustav Emil Mannerheym
  • Kəmhövsələ adam nifaqı qızışdırar, qeybətçi can dostlarını ayırar. Tövrat
  • Liberalizm inqilabi kollektivdə son dərəcə zərərlidir. Bu, birliyi yeyən, birliyi pozan, laqeydliyə səbəb olan və nifaq yaradan aşındırıcıdır. O, inqilabi sıraları yığcam təşkilatlanma və ciddi nizam-intizamdan məhrum edir, siyasətin həyata keçirilməsinə mane olur və partiya təşkilatını partiyanın rəhbərlik etdiyi kütlədən uzaqlaşdırır. Bu, çox pis tendensiyadır. Mao Tszedun
  • Məclisdə bir-birinin qulağına söz demək könüllərdə nifaq toxumu əkməkdir. Saib Təbrizi
  • Paxıllıq insanlar arasında nifaq üçün zəmin yaradır. Demokrit
  • Sənin dilin gözəl və şirin; üzün isə pisliklərdən xilas olmuş kimi gülür, ya ürəyinin halı necədir? Camaat içində yaxşı görünürsən, ya tək ikən, yanında kimsə yox ikən necəsən? Göründüyün kimi deyilsən. Sən namaz qıldığın, oruc tutduğun, xeyr işləri etdiyin zaman, əgər bunları sırf Allahu təalanın razılığını güdərək etməzsənsə, nifaq üzrə və Allahu təaladan uzaq olacağını bilmirsənmi? İndi Allah üçün etmədiyin bütün işlərin, bütün sözlərin, adi və xeyli niyyətlərin üçün tövbə et. Əbdülqədir Geylani
  • Sözlər - nifaq toxumudur. Nepal atalar sözləri

İstinadlar

[redaktə]