Məzmuna keç

Nikbin



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Əgər nikbin olmaq və həyatı başa düşmək istəyirsənsə, o zaman deyilənlərə və yazılanlara inanma, özün müşahidə et və özün dərk et. Anton Çexov
  • Hər bir addımında diqqətli, ehtiyatlı olan Şah İsmayıl ağıllı məsləhətlərə də qulaq asır, əqidə, məslək yolunda sədaqətlə hərəkət edirdi. Döyüşə nikbin əhval-ruhiyyə ilə gedərdi. O, böyüklə-böyük, kiçiklə-kiçik olmağı bacarırdı.[1] Əzizə Cəfərzadə
  • Həyatda qarşınıza çıxan yolları bir insan olaraq qəbul edib,özünüzə bu sualı verin: Görəsən bu yolun yaxşı bir qəlbi varmı? Əgər bu suala nikbin hisslərlə cava verə bilmirsinizsə,deməli həmin yol sizə uyğun deyil. Karlos Kastanyeda
  • Kamil insan bu dəyişkən dünyaya nikbin nəzərlərlə baxır və onu olduğu kimi qəbul edir. Hətta köhnə adət və ənənələrin müasirliyə uyğun gəlmədiyini görsə belə, onlara hörmətlə yanaşır. Nikola Şamfor
  • "Molla Pənah Vaqifin yaradıcılığı Azərbaycan poeziyası tarixində mühüm mərhələlərdən biridir. Onun yaradıcılığı ilə Azərbaycan şeir tarixində yeni bir dövr başlanır. Vaqif lirikası ilə poeziyada yeni bir səhifə açılır, poeziyamızda nikbin bir əhvali-ruhiyyə, həyati və dünyəvi gözəlliyə pərəstiş hissləri qüvvətlənir." - Fazil Qaraoğlu
  • Nikbin olmayan şəxs hamıdan qaçar və tənha qalar. Əli
  • Yarıya qədər dolu olan su bardağı haqqında nikbin adam "yarısı doludur", bədbin adam isə "yarısı boşdur" deyir. Corc Bernard Şou

İstinadlar

[redaktə]