Pəhriz
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Aclıq, dərmanların Padşahı. Həkimlər niyə pəhriz verər, düşünsənə. Mövlana Cəlaləddin Rumi
C
[redaktə]- Cəmiyyətimizə baxın. Hər kəs arıq olmaq istəyir, amma heç kim pəhriz saxlamaq istəmir. Hər kəs uzun yaşamaq istəyir, amma çox az adam idman edəcək. Hər kəs pul istəyir, lakin nadir hallarda kimsə büdcəsini tərtib edir və ya xərclərinə nəzarət edir. Con Maksvell
D
[redaktə]- Dünyanın ən yaxşı həkimləri: pəhriz, səbir və sevincdir. Conatan Svift
İ
[redaktə]- “İffət”ə daxil olan növlərin sayı on ikidir: birinci, həya, ikinci, həlimlik, üçüncü, səmimiyyət, dördüncü, dinclik, beşinci, pəhriz, altıncı, səbir, yeddinci, qənaət, səkkizinci, vüqar, doqquzuncu, ehtiyat, onuncu, nizam, on birinci, hürriyət, on ikinci, səxavət. Nəsirəddin Tusi
M
[redaktə]- Mədə - dərdin, pəhriz - dərmanın başıdır. Türk atalar sözləri
P
[redaktə]- Pəhriz vasitələrinin təsiri uzunsürən, dərman vasitələrinin təsiri isə tezkeçəndir. Hippokrat
- Pəhriz və əmək insanın iki həqiqi həkimidir. Əmək onun iştahını artırır, pəhriz isə ondan sui-istifadə hallarının qarşısını alır. Jan Jak Russo
- Pəhrizin ilk qaydası: dadlı olarsa, sizin üçün pisdir. Ayzek Əzimov
Ü
[redaktə]- Ürək, mədə kimi, müxtəlif pəhriz istəyir. Qüstav Flober
Y
[redaktə]- Yeganə yaxşı xəbər: dərddən arıqlayırlar. Heç kim bu pəhrizi reklam eləmir, ancaq o ən təsirlisidir. Arıqlamaq üçün depressiya. Frederik Beqbeder