Məzmuna keç

Perikl

Perikl
Doğum tarixi e.ə. 494
Doğum yeri Afina
Vəfat tarixi e.ə. 429
Vəfat yeri Afina
Vikipediya məqaləsi

Perikl (yun. Περικλῆς, περί + κλέος — "şöhrətlə əhatələnmiş"; təxminən E.ə. 495 və ya E.ə. 494 — E.ə. 429) — Afinalı dövlət xadimi, Afina demokratiyasının banilərindən biri, məşhur natiq və sərkərdə.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Artıq sizin bu imperiyadan əl çəkməyiniz də mümkün deyil... Sizin imperiyanız indi tiranlıq kimidir: onu almaq səhv ola bilər; onu buraxmaq, şübhəsiz ki, təhlükəlidir.
  • Azadlıq olmadan xoşbəxtlik, cəsarət olmadan azadlıq yoxdur.
  • Azadlığın sirri cəsarətdir.
  • Biz demirik ki, siyasətlə maraqlanmayan adam öz işi ilə məşğul olan adamdır; Onun burada ümumiyyətlə işi olmadığını deyirik.
  • Biz dövlətlə maraqlanmayan insanı zərərsiz deyil, faydasız hesab edirik; və çox az adam siyasətə həyat verə bilsə də, Afinada hər kəs onu mühakimə edə bilir.
  • Gözəl olanı sevməyimiz israfçılığa səbəb olmur; ağıl şeylərinə olan sevgimiz bizi yumşaq etmir. Biz sərvətə öyünmək üçün deyil, düzgün istifadə edilməli bir şey kimi baxırıq. Yoxsulluğa gəlincə, heç kimin bunu etiraf etməkdən utanması lazım deyil, əsl biabırçılıq ondan xilas olmaq üçün əməli tədbirlər görməməkdədir.
  • İndiki dövr bizi heyran etdiyi kimi gələcək əsrlər də bizi təəccübləndirəcək. Bizə Homerin və ya sözləri ilə bizi sevindirə bilən başqa birinin təriflərinə ehtiyacımız yoxdur, lakin faktların qiymətləndirilməsi həqiqətən doğru olandan geri qalacaq.
  • Konstitusiyamız xarici qurumları təqlid etmir; biz özümüz başqalarını təqlid etməkdənsə, bəzilərinə örnək oluruq. Bu sistem demokratik adlanır, çünki o, azlığa deyil, çoxluğa (demosa) əsaslanır.
  • Maddi vəziyyəti yaxşı olan və seçim imkanı olanlar üçün müharibə ən böyük dəlilikdir..
  • Mənim qorxduğum düşmənin strategiyası deyil, bizim səhvlərimizdir
  • Siyasətin yaradıcıları yalnız bir neçə nəfər olsa da, hamımız bunu mühakimə edə bilərik.
  • Siyasi sistemimiz xarici qanunların imitasiyası deyil və başqaları bizə seyil, biz özümüz başqalarına nümunəyik. Azlıq üzərində deyil, vətəndaşların əksəriyyəti üzərində qurulduğu üçün ona demokratiya deyirlər.
  • Şərəf hissindən ilham aalan, vətəndaşlıq borcunun nə olduğunu bilən və onu vicdanla yerinə yetirən, dərdin də, sevincin də nə olduğunu yaxşı anlayan və məhz buna görə də təhlükələrdən qorxub çəkinməyənlər güçlü vətəndaşlardır.
  • Yaxşı işlər görən və seçimi olanlar üçün müharibə ən böyük axmaqlıqdır.

Haqqında sitatlar

[redaktə]
  • ...Dövlətə xidmət üçün Perikli ən çox ləyaqətlililərdən hesab edirdilər. Sülh dövründə şəhərə başçılıq edən Perikl o həmişə sülh və ədalət içində qərarlar verir, onun təhlükəsizliyini mökəmləndiridi və onun vaxtında şəhər öz qüdrətinin zirvəsinə qalxdı. Müharibə başlayan zaman aydın oldu ki, o, həmçinin müharibəyə də düzgün qymət vermiş və onu anlamışdı… Onun ölümündən sonra afinalılar əmin oldu ki, onun müharibənin gedişinə dair verdiyi hesablama və müdrikliyi necə də düz imiş... Perikl, öz müdrik ağlı və şübhə doğurmayan satılmazlığı ilə həmşəhərliləri tərəfindən yüksək hörmətə layiq bir insan kimi, insanların azadlıqlarını məhdudlaşdırmadan idarə edir və xalq kütlələrinin ehtirasına tabe omur, əksinə onları idarə edirdi. Hakimiyyətə ləyaqətsiz üsullarla can atmırdı, bununla da vətəndaşlarına yaltaqlanmır, əksinə öz nüfuzuna söykənərəq onlara qəti etiraz da edə bilirdi. O, afinalıların zamansız və həddindən artıq cəsarətli planlar quduğunu görəndə onda, onlara öz nitqləri ilə ehtiyatlılığa çağırırdı, onlar ümidsizliyə qapılanda da cəsarətə gətirə bilirdi. Ada görə bu xalqın, əslində isə birinci vətəndaşın hakimiyyəti idi. Periklin xələfləri içərisindən heç biri digərlərinə nisbətən dövlət xadimi kimi seçilmirdi, amma hamısı birinci olmaq istəyirdi və buna görə də xalqa yaltaqlanaraq hətta dövlət maraqlarını da qurban verməyə hazır idi. Fukidid
  • Perikl bütün həyat tərzini dəyişdirdi. Bütün şəhərdə onu yalnız bir yolda – Meydan və Şuraya gedən yolda görmək olurdu. O ziyafətlərə dəvətlərdən və bu üsulla olan qısa dostluq münasibətlərindən imtina etmişdi. Belə ki, o öz uzun siyasi karyerası ərzində heç bir dostunun yanına nahar etməyə yollanmadı. Yalnız qohumu Evriptolemin toyu zamanında keçirilən ziyafətdə yerə şərab tökülənə kimi qatılmışdı, şərab tökülən kimi də dərhal stol ətrafından qalxdı. Plutarx
  • Fukdidin devrilməsi və onun ostrakizm ilə qovulmasından sonra, Perikl on beş il müddətində mütləq, davamlı hakimiyyətə sahib oldu, baxmayaraq ki, strateq vəzifəsi yalnız bir illik verilir. Plutarx
  • "Perikl ölüm yatağında olanda, onun ətrafında ən yaxşı vətəndaşlar və sağ qalmış dostları toplaşmışdılar. Onlar onun yüksək keyfiyyətləri və siyasi nüfuzu barədə fikir yürüdürdülər, onun rəşadətləri və trofeylərini sayırdılar: onun rəhbərliyi altında vətənin şöhrəti naminə qazanılmış qələbələrin xatirəsinə doqquz trofey ucaldılmışdı. Onlar öz aralarında belə danışır və güman edirdilər ki, Perikl onları eşitmir. Lakin Perikl bütün bunları diqqətlə dinlədi və dedi ki, onun qələbələrinin bu qədər ucaldılmasından təəccüblənir. Çünki, bu qələləbələrdə bəxtin də payı var və ondan əvvəl çox sərkərdə qələbə qazanmışdır. Lakin onun ən əsas xidməti barədə heç kəs danışmır: "Heç bir afinalı mənim üçün qara plaş geyinməyib" dedi. Plutarx

İstinadlar

[redaktə]