Məzmuna keç

Qaçqınlar



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bəhruz Kəngərli əsərlərində xalqımızın tarixini və dövrün ictimai-siyasi hadisələrini dolğun əks etdirən bir sənətkar kimi yüksək qiymətə layiqdir. Xalqımızın başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin, xalqımızın dəyərli nümunələridir. Vasif Talıbov
  • Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. İlham Əliyev
    • 31 oktyabr 2003, andiçmə mərasimində nitqindən.
  • Bu gün sizə bir daha bəyan etmək istəyirəm ki, bu, Azərbaycan dövlətinin, hökumətinin və şəxsən Azərbaycanın dövlət başçısı, Prezidenti kimi mənim qarşımda duran ən əsas vəzifədir və daim - hər gün, hər saat mənim diqqət mərkəzimdədir... Mən xarici ölkələrdən gələn dövlət başçılarını, hökumət üzvlərini, elm, mədəniyyət xadimlərini çalışıram ki, qaçqınların yaşadıqları yerlərə, çadır şəhərciklərinə göndərim. Nə üçün? Bəzən onların vaxtı olmur. Ancaq mən xahiş edirəm və buna nail oluram. Ona görə ki, görsünlər. Görməyəndə təsəvvür edə bilmirlər ki, insan altı il çadırda, vaqonun içində, vaqonun altında yaşaya bilər, - bunu təsəvvür edə bilmirlər. Heydər Əliyev
  • Dünyanın elə bir ölkəsi yoxdur ki, qaçqınları sonsuza qədər qəbul etsin . Hətta Almaniya uzunmüddətli perspektivdə bunu edə bilməz. Horst Sihofer
  • Gəlin bu gün günahı qatillərin üzərinə atmayaq. Biz kimik ki, onların bizə olan güclü nifrətinə qarşı çıxaq? Səkkiz ildir ki, onlar Qəzzada qaçqın düşərgələrində oturublar və onların gözləri qarşısında onların və atalarının yaşadıqları torpaqları, kəndləri öz mirasımıza çeviririk... Biz məskunlaşma nəsliyik, poladsız dəbilqələr və topun ağzı ilə nə ağac əkə, nə də ev tikə bilməyəcəyik. Sığınacaqlar qazmasaq, uşaqlarımız yaşamayacaq, tikanlı məftillər, pulemyotlar olmasa nə yollar çəkə, nə də su üçün qazma işləri apara bilməyəcəyik. Ölkələri olmadığı üçün məhv edilmiş milyonlarla yəhudi yəhudi tarixinin tozundan bizə baxır və bizə məskunlaşmağı və xalqımız üçün bir torpaq yaratmağı əmr edir. Moşe Dayan
  • Hökmdar o insandır ki, o, yetimləri qoruyur, qaçqınlara sığınacaq verir, bədbəxtliyə düçar olanlara kömək durur, qorxu içində olanları qoruyur, özünə inamı olmayanlara kömək edir, hamının dostu, qohumu, himayədarı, xeyirxahı, müəllimi, atası, anası və qardaşı olur. Çanakya/Hökmdar
  • ... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir. Heydər Əliyev
  • Qaçqınlar və məcburi köçkünlər Azərbaycanda ən ağır vəziyyətdə yaşayan insanlardır. Bizim hamımızın vəzifəsi ondan ibarətdir ki, həm dövlət tərəfindən, eyni zamanda qeyri-hökumət təşkilatları tərəfindən, özəl sektor tərəfindən onlara öz köməyimizi göstərək. İlham Əliyev
    • 21 iyun 2005, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı müşavirədə Prezidentin nitqindən.
  • Qarnı tox olan qaçqın üçün bir dilim çörək heç bir şey ifadə etmir, lakin ac olan üçünsə çox şeyi ifadə edir. Con Vatson
  • Mən Avstriyada qaçqın düşərgəsində anadan olmuşam. Yəhudi valideynlərim Holokostdan sağ çıxmışdılar. Mən Hitlerin planına görə Üçüncü Reyxin paytaxtının yerləşməli olduğu Linz şəhərində anadan olmuşam. İlk il yarımı Avstriya və Almaniyadakı qaçqın düşərgələrində keçirdim. 1948-ci ildə valideynlərim repatriasiya dediklərini etdilər - İsrailə mühacirət etdilər. Sionizm heç də onların ideologiyası olmadığı üçün “mühacirət etdilər”. Sadəcə, onların gedəcəkləri yer yox idi. Mən Yaffada böyümüşəm. Mən 16 yaşımda qiymətləri pis olduğu üçün qovulduğum məktəbdə oxumuşam. Bir neçə il radio zavodunda işləmişəm. Mən də hamı kimi orduya qatıldım, Altı günlük müharibədə vuruşdum, Qüds uğrunda döyüşlərdə iştirak etdim. Şərqi Qüdsü tutanlardan biri də mən idim. Bundan utandım, yaşadım. Müharibədən sonra İsraildə solçu radikal hərəkatın fəaliyyətində iştirak etdim. İnqilabdan məyus oldum və tarixi dəyişdirmək iqtidarında olmadığımı anlayanda onu öyrənməyə qərar verdim. Əvvəlcə film çəkmək istəyirdim, amma oxumağa başladığım illərdə hələ kino fakültəsi yox idi, nə teatra, nə də ədəbiyyat fakültəsinə girmədiyim üçün fəlsəfə və tarix fakültəsində ilişib qaldım. Mən beləcə tarixçi oldum. Baxmayaraq ki, 24 yaşımda bakalavr dərəcəsi almışam, o zaman karyeramın uzun illərini həsr etdiyim sahələrdə - Fransa tarixi, fransız fəlsəfəsi, kino və tarix arasındakı əlaqədə fərqlənmişəm. Avropa fənləri üzrə doktorluq müdafiə etmişəm. Mən uzun illər xaricdə yaşamışam. 1985-ci ildə Tel-Əviv Universitetində işləmək təklifi aldım və İsrailə qayıtdım. O vaxtdan bəri Tel-Əvivdə Ümumi tarix kafedrasında dərs deyirəm. Sonra tam professor oldum və daha məni işdən çıxara bilməyəcəklərini başa düşdükdə, o vaxta qədər etdiklərimdən daha maraqlı şeylər etməyə qərar verdim. Şlomo Zand

İstinadlar

[redaktə]