Qarabağ
Görünüş
Qarabağ – Cənubi Qafqazda tarixi vilayət.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Azərbaycan torpaqlarını qaytarmaları hər şeydən əvvəl ermənilər üçün yaxşı olar. Mübariz Mənsimov
B
[redaktə]- Biz bilirik ki, Qarabağ bizim torpaqlarımızdır. Hansı ki, hələlik işğal altındadır. Biz işğal altında olan torpaqlarımızı qürurla təmsil edirik. Qurban Qurbanov
D
[redaktə]- Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu azərbaycanlılar bu diyarda yaşayıblar, ermənilər oraya qonaq kimi gəliblər. Dağlıq Qarabağın əvvəlki, yəni real coğrafi məntəqələrinin adlarına baxmaq kifayətdir. Xankəndi şəhəri əsrlər boyu bu adla mövcud olub. Köhnə xəritələrə baxanda hər kəs bunu görə bilir: Xankəndi. Stepanakert adı orada yoxdur. Stepanakert bolşevik, quldur Stepan Şaumyanın adından götürülüb. Bu ad Sovet İttifaqı zamanında verilib. Dağlıq Qarabağ - Qarabağ Azərbaycan sözüdür. Erməni dilində bunun heç bir mənası yoxdur. Bütün başqa coğrafi məntəqələrin adlarının - hamısı Azərbaycan xalqı, Azərbaycan tarixi ilə bağlıdır. Sadəcə olaraq XIX əsrdə digər bölgələrdən ermənilərin Dağlıq Qarabağa köçürülməsi orada demoqrafik vəziyyətin dəyişdirilməsinə gətirib çıxarıb və Sovet İttifaqı dağılan zaman orada ermənilər əksəriyyət təşkil etmişlər. Amma bu heç kimə əsas vermir ki, orada azlıq təşkil edən azərbaycanlıların haqları pozulsun. Azərbaycanlıların o torpağa qayıtmağa haqqı var və biz oraya qayıdacağıq. Biz istəyirik ki, bunu sülh yolu ilə edək. Ancaq biz bütün başqa variantlara da hazır olmalıyıq və hazırıq. İlham Əliyev
- 24 iyun 2010, Silahlı Qüvvələrin yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunların birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimini izləyən prezidentin hərbçilər qarşısında çıxışından.[1]
E
[redaktə]- Ermənilər bizimlə kişilikdən danışa bilməz. Dəfələrlə bizə xəyanət ediblər. Qarabağı onların işğalından azad edəndən sonra bütün məsələlər həllini tapacaq. Böyükağa Hacıyev
- Ermənilərin ortaya atdıqları Qarabağ məsələsi 5 ya 10 kənd məsələsi deyil, mübahisə bütöv 4 sancaq – Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur üstündədir. Bu elə bir xanlığın ərazisidir, burada erməni və müsəlmanların sayı bərabər olmasa da, hər halda ermənilərin mütləq çoxluğu barədə danışmağa əsas yoxdur, özü də onlar buranın yerli əhalisi deyildirlər. Rusiya ilə müharibədən sonra Türkiyədən buraya köçənlərdir... Nəhayət, Qarabağın özündə ermənilər yığcam halda yaşamırlar, müsəlmanlarla qarışıq məskundurlar. Bununla belə, biz məsələnin sülh yolu ilə həlli tərəfdarıyıq.[2] Əlimərdan bəy Topçubaşov
H
[redaktə]- Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır.[3]
- Amerika Birləşmiş Ştatlarının 43-cü Prezidenti Corc Uoker Buş
- Hər yerdə deyirəm ki, ermənilər Azərbaycan torpaqlarını işğal edib. Berti Foqts
Q
[redaktə]- Qarabağ Azərbaycandır! İlham Əliyev
- Qarabağ İslam torpağıdır və hər kəs oranın azadlığı uğrunda və qeyri-müsəlmanların ora hökmran olmağına qarşı hərəkətdə canını itirsə, şəhid hesab olunur.[4] Seyyid Əli Xameneyi
- "Qarabağ" restoranı, parkı, kafesi, küçəsi. Nə gözəl ki, Bakı hər cür Qarabağnan doludur. Baba Pünhan
- Qarabağ taleyini Bermuda oxşar eləyən,
O səbəbdir ki, onun keçmişi üç nöqtə olub. Baba Pünhan
M
[redaktə]- Mənə danışma Azərbaycanın gözəlliyindən, Laçın, Kəlbəcər, Şuşa, Zəngilan görməmisənsə... [5] Fuad Ələkbərov
O
[redaktə]- Oynasaq erməninin işvə-nazıynan yenə biz, qoyacaq çox yerə barmaq, Qarabağ getsə əgər. Baba Pünhan
R
[redaktə]- Ruslar erməni adı altında Azərbaycanın 20 faizini işğal ediblərsə, dostluq adı ilə Ermənistanın 100 faiz torpağını işğal ediblər. Vəfa Quluzadə
Y
[redaktə]- Ya Qarabağ, ya ölüm başqa yolu yox artıq! Ozan Arif
Bayatılardan sitatlar
[redaktə]Ə
[redaktə]Əzizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!
Q
[redaktə]Qarabağı,
Günümün qara bağı.
Gorbagor olsun cəllad,
Kor qoydu Qarabağı.
İstinadlar
[redaktə]- ↑ İLHAM ƏLİYEV: “STEPANAKERT BOLŞEVİK, QULDUR STEPAN ŞAUMYANIN ADINDAN GÖTÜRÜLÜB”
- ↑ Dağlıq Qarabağ münaqişəsi. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitabxanası. 2005. səh. 113.
- ↑ Corc Buş, Amerika Birləşmiş Ştatlarının Prezidenti (2000-2008)
- ↑ Xamnei “Qarabağ fətva"sı verib
- ↑ Fuad Alakbarov's quotes