Rəzalət
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Biz həm sevinc mənbəyi, həm də kədər yatağıyıq. Biz rəzalət yuvası və şəffaf bulağıq. İnsan sanki güzgüdəki çoxüzlülər dünyasıdır. O, həm cılız, həm də dünyaya sığmayacaq qədər əzəmətlidir. Ömər Xəyyam
D
[redaktə]- Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət
Yer üzünün fatehi ədalətdir, ədalət! Nizami Gəncəvi
F
[redaktə]- Fələklərə yüksəldər, hünər cəsarət səni,
Hünərsiz alçalarsan, tapar rəzalət səni. Sirlər xəzinəsi (Nizami)
H
[redaktə]- Hünər və ləyaqəti olmadan yüksək dərəcələrə çatmaq heç də şərafət deyil, bəlkə rəzalət və həqarətdir. Mirzə Fətəli Axundov