Məzmuna keç

Roza Otunbayeva

Roza Otunbayeva
Doğum tarixi 23 avqust 1950
Doğum yeri Bişkek
Vikipediya məqaləsi

Roza OtunbayevaQırğızıstanda baş verən 7 aprel 2010-cu ildə qarşıdurmalardan sonra yaradılan müvəqqəti hökumətin rəhbəri.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Qırğızıstanda demokratiya ilə məşğul olmaq üçün unikal imkan açılıb. Biz demokratiyaya doğru getməyə başladıq və o, kəsildi. İndi demokratiyaya qayıtmaq şansı var və yarım ildən sonra mənim müvəqqəti hökumətim seçkilər — açıq və şəffaf seçkilər hazırlamalıdır və biz partiyalar arasında siyasi razılaşma əsasında konstitusiya qəbul etməliyik. Bizim kifayət qədər vəzifəmiz var.
  • Mən döyüşçüyəm. Mən ölkəmin parlaq gələcəyinə inanıram. Mən inanıram ki, ölkəmin insanları layiqli həyata layiqdirlər və bilirəm ki, xalqım azadlıqda yaşamaq istəyir.
  • Mən xoşbəxtəm, qəlbimi böyük qürur hissi doldurur ki, Gəncədəyəm. Bura Nizaminin Vətənidir, bura Heydər Əliyevin Vətənidir. Məni çox sevindirdi ki, Nizaminin yurdu belə inkişaf edir, belə yüksək səviyyəli mədəniyyətiniz var. Belə xorunuz, belə səviyyəli kamera orkestriniz var. Şəhərdə filarmoniya fəaliyyət göstərir. Təəssüratlarım zəngindir. Belə yüksək əhval-ruhiyyəyə görə Sizə, dahi şairin həmyerlilərinə minnətdarlığımı bildirirəm.[1]

İstinadlar

[redaktə]
  1. ganjanews.az (20/06/2018). "Gəncə haqqında dünya liderlərinin fikirləri" (azərb.). İstifadə tarixi: 2020-03-16.