Hökumət
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Biz hamımız xalqıq, hökumət də həmçinin. Otto fon Bismark
- Bu döyüş başqa cür bir döyüşdür . Hər kəs sistemini ordularının çata bildiyi yerə qədər təlqin edər. Bu başqa cür də ola bilməz. Əgər bu anda Parisdə kommunist bir hökumət yoxdursa, bunun səbəbi 1945-ci ildə Sovet ordusunun oraya çatacaq qədər güclü olmamasıdır.
- İkinci Dünya müharibəsi'ndən bəhs edir. İosif Stalin
C[redaktə]
- Cəmiyyət üçün üsyan, təbiət üçün ildırımdan daha az faydalı deyil. Bu, hökumətin sağlamlığı üçün lazım olan dərmandır. Tomas Cefferson
Ə[redaktə]
- Əgər xalq üçün ədalət yoxdursa, o zaman hökumət üçün də dinçlik olmayacaq. Emiliano Zapata
- Əgər qəzetsiz hökumət, yaxud hökumətsiz qəzet seçməli olsaydım, tərəddüd etmədən ikincini seçərdim. Tomas Cefferson
- Əgər seçmək lazım gəlsəydi ki qəzetlərsiz hökumət olsun, ya hökumətsiz qəzetlər olsun, mən tərəddüd etmədən ikincini seçərdim. Tomas Cefferson
- Əkinçi varlı olanda hökumət də varlı olur. Tamil atalar sözləri
H[redaktə]
- Hökumət səhv edəndə haqlı olmaq təhlükəlidir. Volter
- Hökumət təklif yox, sərəncam verməlidir. Şarl de Qoll
- Hökumət suverenliyi qəsb edəndə, ictimai razılaşmanı dağıdanda və bütün sadə vətəndaşlar haqlı olaraq öz təbii azadlığına qayıdarkən itaət etməyə məcbur edilsələr də, itaət etməyə məcbur deyillər. Jan Jak Russo
- Hökumət tərəddüd etməməlidir. Bir yol seçdikdən sonra o, sağa və sola baxmadan sona qədər getməlidir. Otto fon Bismark
İ[redaktə]
- İnsan həyatını və xoşbəxtliyini məhv etmək yox, qayğı göstərmək yaxşı bir hökumətin ilk və yeganə qanuni vəzifəsidir. Tomas Cefferson
O[redaktə]
- Oğurluq etməyin, hökumət rəqabətdən xoşlanmaz. Cem Yılmaz
T[redaktə]
- Təcrübələrim mənə göstərdi ki, hüquqa bağlı olmayan bir hökumət uzun müddət ayaqda qala bilməz. Belə hökumətlər çılpaq olub, özünü görən hər kəsə qarşı gözlərini yerə dikən və kimsənin yanında hörmət və etibarı olmayan birinə bənzərlər. Hətta belə bir hökumət, tavanı, qapısı, həyət divarları olmayan və hər önünə gələnin içəriyə girdiyi bir evə də bənzədilə bilər. Teymurləng
Y[redaktə]
- Yalnız baş verənlərdən daim xəbərdar olan xalq öz hökumətini seçmək hüququna malikdir. Tomas Cefferson
- Yalnız səhv hökumətin dəstəyinə ehtiyac duyur. Həqiqət özü özünü müdafiə edəcək. Tomas Cefferson