Təbəssüm
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Ç
[redaktə]- Çöhrəsində təbəssüm olmayan adam dükan açmamalıdır. Çin atalar sözləri
Ə
[redaktə]- Əslində davamlı təbəssüm edənlər, içdən içə acı çəkənlərdir.. Bob Marli
H
[redaktə]- Hər kəsin səni sevməsinin ikinci şərti: təbəssüm. Yalnız şəkil çəkdirərkən deyil, şəkil çəkərkən də gülümsəyin. Elbert Habbard
İ
[redaktə]- İman əhlinin üzündə təbəssüm, qəlbində hüzn vardır. Onun könlü hər şeydən geniş, nəfsi hər şeydən azdır. Təkəbbürə nifrət edər, şöhrətə düşməndir, qəm-qüssəsi çox, düşüncəsi isə dərindir. Çox zaman susar; vaxtı yoxdur. Çox şükr edər, çox səbrlidir. Daim düşüncəlidir; ehtiyacı olanı görərkən öz ehtiyacını belə unudar. Xasiyyəti gözəl, rəftarı xoş və yumyaşaqdır. Şərəf və din baxımından sərtdir, xasiyyət baxımından qul kimidir. Həzrəti Əli
- İnsan, təbəssüm ilə göz yaşı arasında qərarsız qalan bir varlıqdır. Corc Bayron
- İnsanlara nümayiş üçün əməl edib, sonra da bunu Allahu təalanın qəbul etməsini istəmək yaraşarmı? Ehtirası, ərköyünlüyü, azğınlığı və dünyaya düşkünlüyü burax. Sevincini və sevinci bir az azalt. Bir az hüznlü ol. Peyğəmbər əfəndimiz başqasının ürəyini fərəhlandırmaq üçün təbəssüm buyurardılar. Əbdülqədir Geylani
M
[redaktə]- Mömin, insanlara qarşı üzündən sevincli olduğunu göstərər. Lakin özü qəmlidir. Peyğəmbər əfəndimiz; "Möminin sevinci üzündədir. Halbuki ürəyi qəmlidir" buyurmaqdadır. Möminin təfəkkürü, düşünməsi, ağlaması çox, gülməsi azdır. Təbəssümü ilə ürəyindəki hüznü gizləyər. Çöldə dolanaşacağını təmin etməklə məşğul olur kimi görünər, ürəyi Rəbbini xatırlamaqla məşğuldur. Uşaq-muşağı ilə məşğul olur kimi görünər, ürəyi Rəbbi ilədir. Əbdülqədir Geylani
T
[redaktə]- Tam unutduğunu sanarsan, qarşına çıxar təbəssüm edər və yenə bağlar səni özünə.. Yenə inanarsan yalan olduğunu bilsən belə. Camal Sürəya
- Təbəssüm heç kəsə zərər verməz. Yapon atalar sözləri