Məzmuna keç

Təriqət



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axmaqların arasında ikiüzlü, riyakar adlanan müəyyən bir təriqət var və onlar daim özlərini və başqalarını, daha çox isə başqalarını aldatmağı öyrənirlər. Əslində isə, onlar özlərini başqalarından daha çox aldadırlar. Leonardo da Vinçi
  • Biz hamımız razıyıq ki, nə Hökumət, nə də siyasi partiyalar dini təriqətlərə müdaxilə etməməlidir. Eyni dərəcədə doğrudur ki, dini təriqətlər hökumətə və siyasi partiyalara qarışmamalıdırlar. Biz inanırıq ki, yaxşı hökumət və din davası bütün bu cür müdaxilələrdən əziyyət çəkir. Raterford Heys
  • Cadular sübh şəfəqin ilk əlamətlərindən dəhşətə gəldikləri kimi, müxtəlif təriqətlərin kahinləri də elmin nailiyyətlərindən, onları bəsləyən hiyləgər fəndlərin əldən çıxmasından qorxurlar. Tomas Cefferson
  • Əfəndilər və ey millət! Yaxşı bilin ki, Türkiyə Respublikası şeyxlər, dərvişlər, müridlər, mənsublar ölkəsi ola bilməz. Ən düzgün və ən gerçək təriqət sivilizasiya təriqətidir.[1][2] Mustafa Kamal Atatürk
  • Farslar İslamın ürəyini gəmirmiş, hər il yeni təriqət yaratmışlar; nəzakət xatirinə və rahat olduğu üçün bu təriqətlərə dini don geyindirmiş, amma (bu təriqətlərin) mahiyyəti tamamilə siyasi olaraq qalmışdır; beləcə Zeydilər, İsmaililər, Bəttanilər, Qərmətilər və saysız başqa təriqətlər yaranmışdır. Əhməd bəy Ağaoğlu
  • İslam bizimkindən tamamilə fərqli bir həyat quruluşuna malikdir; sadəcə olaraq hər şeyi əhatə edir. Qadının kişiyə çox nəzərə çarpan tabeliyi var; çox sıx birləşmiş cinayət qanunu, doğrudan da, həyatın bütün sahələrini tənzimləyən, cəmiyyət haqqında müasir təsəvvürlərimizə zidd olan qanun var. İnsan aydın başa düşməlidir ki, bu, plüralist cəmiyyətin azad sahəsinə daxil edilə bilən sadəcə bir təriqət deyil. XVI Benedikt
  • Kilsə insanlar üzərində nəzarəti itirməkdən qorxduğu üçün təriqətləri pisləyir. Yadda saxlamalıyıq ki, bəşəriyyət tarixindəki bütün dinlər və məzhəblər arasında Papa Kilsəsi ən cinayətkar təşkilatdır. Hubertus Mynarek
  • Yeni təriqətlər kataloquna əlavə etmək fikrim yoxdur. Mən çalışıram ki, məzhəb ayrı-seçkiliyi ləğv edilsin və bütün xristianlar apostol kilsəsinin qurulduğu bir təməl üzərində birləşsinlər. Aleksandr Kembell

İstinadlar

[redaktə]
  1. Atatürk'ün Kastamonu'ya Gelişi-Şapka ve Kıyafet Devrimi
  2. "Türkiye Cumhuriyeti şeyhler, dervişler, müritler, mensuplar memleketi olamaz. En doğru ve en gerçek tarikat, uygarlık tarikatıdır." (Atatürk'ün Söylev ve Demeçleri, Cilt II, s. 215)