Tamaşa
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Arxada oturub kiminsə öldüyünə tamaşa edə bilməm. Heç nə etməməkdənsə, onlarla birlikdə ölməyə üstünlük verirəm. Sword Art Online
B
[redaktə]- Bax, yerin təkindən göylərə ucalan bu ecazkar rəqsə tamaşa et. Mövlana Cəlaləddin Rumi
D
[redaktə]- Daş daşa, dırnaq daşa, siz savaşa, biz tamaşa. Azərbaycan atalar sözləri/D
Ə
[redaktə]- Əslində sənət həyatı deyil, tamaşanı əks etdirir. Oskar Uayld
H
[redaktə]- Həyat nə tamaşa, nə də bayramdır; həyat çətin bir imtahandır. Corc Santayana
- Həyat oyun meydanına bənzəyir: bəziləri gəlirlər yarışmağa, bəziləri alverə, ən xoşbəxtləri isə tamaşa etməyə.[1] Pifaqor
- Həyatda ölümdən maraqlı tamaşa yoxdur. Aleksandr Düma (ata)
- Həyatın tamaşa, insanların aktyor olduğu iddia olunan böyük dünyamızda sevilmək nifrət sahibi olmaq qədər asan deyil. Andrea Boçelli
İ
[redaktə]- İki daşı çaxaram, tamaşaya baxaram. Azərbaycan atalar sözləri/İ
K
[redaktə]- Kobud zorakılığın fayda verib-verməməsi məsələsi hələ heç kim tərəfindən həll olunmayıb. Zorakılıq bizim fani varlığımızla elə bir tərzdə bağlıdır ki, hətta qanunauyğunluq xarakterini alır. Bundan əlavə, bəlkə də, həyat adlanan tamaşaya görə ona borcluyuq. Teodor Drayzer
T
[redaktə]- Teatr ictimai həyatın güzgüsü, sənət məbədi olduğundan teatrda tamaşaya qoyulan əsərlər həyatımızın təkcə əxlaqi cəhətlərini tərbiyə etməməli, həm də insan təbiətinə xas olan estetik hisslər aşılamalıdır; deməli, hər bir səhnə əsərində əxlaqi ünsürdən başqa, bədii ünsür də olmalıdır; musiqi əsərində bədiilik ünsürü musiqi ilə ifadə olunur, dram əsərlərində isə poeziya və nəsrlə; səhnə sənətinin hər iki sahəsinin kütlə üçün zəruri olduğu burdan irəli gəlir. Üzeyir Hacıbəyli
İstinadlar
[redaktə]- ↑ Xəzinə. Bakı, 1997, səh.107.