Var-dövlət
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bir insanı xoşbəxt etmək istəyirsənsə, onun var-dövlətini artırma, nəfslərindən uzaqlaşdır. Epikür
- Bütün fəzilətlər sərvətdən asılıdır, zənginlik zövq verir. Hər şey var-dövlətə bağlıdır. Var-dövlət həyatımızı bəzəyir və inkişaf etdirir. Çanakya
Ç
[redaktə]- Çünki var-dövlətini aşaraq Ədalətin böyük qurbangahını gözdən salan adamın müdafiəsi yoxdur.Esxil
E
[redaktə]- Elm insanın tacı, var-dövlət isə boğazdan sallanan boyunbağıdır. Covanni Viko
F
[redaktə]- Fəzilət və var-dövlətə qarşı çıxan insan özünü əzablara düçar edir. Çanakya
Q
[redaktə]- Qəlbində var-dövlətini itirməyə hazır olmayan insana bu var-dövlət heç vaxt sevinc gətirməyəcəkdir. Seneka
O
[redaktə]- Ona görə oğrulara oxşatmışlar ki, ərinin malına xəyanət edər, ehtiyac olmadan pul istər, var-dövlətini dağıdar, ona lazım olan şeyləri kənara paylar, zahirdə dostcasına göz yaşı axıdar, batində öz mənafeyini ərindən yüksək tutar. Nəsirəddin Tusi
S
[redaktə]- Sanki ölüm bizim üçün yox, başqaları üçün yazılmışdır. Sanki gördüyümüz bu ölülər elə bir yerə gedirlər ki, tezliklə dönüb qayıdacaqlar. Onları qəbirlərə qoyuruq; miraslarını yeyirik. Bütün öyüdləri unutmuşuq, hər bir bəlanı arxaya atmışıq. Bizi kökümüzdən qoparacaq bəlalara göz yummuşuq. Xoş o şəxsin halına ki, təkəbbürdən uzaqdır, qazancını tər-təmiz bir hala gətirmişdir, xasiyyətini gözəlləşdirmişdir, var-dövlətinin artığını yoxsullara paylamışdır, bihudə sözlər danışmaqdan uzaqdır, şərini insanlardan uzaqlaşdırır; sünnət ona ağır gəlmir, bidətə mənsub deyildir. Əli
V
[redaktə]- Var-dövlət dəfedilməz gözəllik, yaxşı ailə, sevincli gənclik, uzun ömürdür. Çanakya
- Var-dövlət keyfiyyətlərin köməyi ilə deyil, keyfiyyətlər sərvətin köməyi ilə əldə edilir. Əla keyfiyyətlərə malik zənginə xidmət edir, əksinə yox. Çanakya
- Var-dövlət qazandıqdan sonra da düşmənlərin cəmiyyətindən uzaq dur. Çanakya
- Var-dövlət qazanmaq fəallıqla bağlıdır. Çanakya
- Var - dövlət, sərvət, həzz, nəcib mənşə, saflıq, savad, uzun həyat və sağlamlıq - bütün bunlar saleh həyatın meyvələridir. Çanakya
- Var-dövlət tamahı azaltmır. Qay Krisp Sallyusti
- Var-dövlət toplamaq üçün hər cür üsul yaxşıdır. Çanakya
- Var-dövlətə baxmayaraq, güclü ruha malik olmayan insan məğlubiyyətə məhkumdur. Çanakya
- Var-dövləti olmayan insan yüzlərlə cəhddən sonra da qarşısına qoyduğu məqsədinə çata bilmir. Vəhşi fil yalnız əhilləşdirilmiş fillərin köməyi ilə əhilləşdirildiyi kimi, yalnız var-dövlətin sayəsində də istədiyinə nail olmaq olar. Çanakya
- Və burada paradoks var: müsbətə - ən yaxşıya, əlaya diqqət yetirmək - sadəcə olaraq nəyə çevrilmədiyimizi təkrar-təkrar xatırladır; çatışmayan şeylər haqqında; gerçəkləşməyən xəyallar haqqında. Axı heç bir həqiqi xoşbəxt insan güzgü qarşısında dayanıb xoşbəxt olduğunu özünə təbli etməyəcək. Niyə eləsin? Texasda belə bir deyim var: “Ən kiçik it ən ucadan hürər”. Özünə güvənən kişinin, varlı qadının isə var-dövlətini sübut etməyə ehtiyacı yoxdur. Hər şey görünür. Və hər zaman bir şey haqqında xəyal edirsinizsə, düşüncə şüuraltından çıxmır: arzu olunan orada deyil. Mark Manson