Məzmuna keç

Azərbaycan atalar sözləri/Ə: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Yeni atalar sözü
Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə
Sətir 77: Sətir 77:
* Əvvəl yumruğunu düyünlə, sonra qanmaza söz çatdır.
* Əvvəl yumruğunu düyünlə, sonra qanmaza söz çatdır.
* Əvvəl zəhmət çəkən sonra rahat olar.
* Əvvəl zəhmət çəkən sonra rahat olar.
* Əzizə məni Ləmanı Xədicəni Ramini gözlə
* Əzizim əziz, tərbiyəsi ondan əziz.


== İstinadlar ==
== İstinadlar ==

17:50, 23 dekabr 2022 tarixinə olan versiya

E Azərbaycan atalar sözləri
Müəllif: Şifahi xalq ədəbiyyatı
F
Sister Projects. Həmçinin baxın: Haqqında •
  • Əbləh ilə yüyürən yolda qalar.
  • Əbləh odur dünya üçün qəm çəkər, tanrı bilir, kim qazanar, kim yeyər.
  • Əcəl gəldi, baş ağrısı bəhanə.
  • Əcəl gələndə soruşmaz ki, oğul-uşağın neçədir.
  • Əcələ çarə yoxdur.
  • Ədəbi kimdən öyrəndin? - Ədəbsizdən.
  • Əgər varındı, aləm yarındı, əgər yoxundu - elnən aran toxundu.
  • Əkdiyin noxud, biçdiyin noxud, bazara çıxıb ləbləbi.
  • Əkən biçər, əkməyən nə biçər?!
  • Əkən biçər, qonan köçər.
  • Əkəndə əkməyən xırmanda ağlar.
  • Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.
  • Əkiblər yemişik, əkirik yeyərlər!
  • Əkinçi ol, biçinçi olma.
  • Əkinçi yağış istər, yolçu quraqlıq.
  • Əkinini göyikən yeyən xırman vaxtı ac qalar.[1]
  • Əkinini sütül yiyən xırman vaxtı sülənər.[2]
  • Əqli kəm canana bax, küsübdür mən dəlidən.
  • Əqrəb etməz əqrabaya əqrabanın etdiyini.
  • Əl ağızdan çox görüb.
  • Əl beş barmaqdı, hərəsi bir boyda.
  • Əl əldən hökm elər.
  • Əl əli yuyar, əl də üzü.
  • Əl məndən, ətək səndən.
  • Əl mərd olar, göz namərd.
  • Əl uzadılan yerə ayaq uzadılmaz.
  • Əl üstə çox əllər var.
  • Əldən gedən ələ gəlməz.
  • Əldən qalan əlli il qalar.
  • Ələdin-ələdin, kəpəyinə nə qatdın?
  • Ələkçinin qıl verəni yanında olar.
  • Ələyi ələnib, xəlbiri göydə fırlanır.
  • Əli açıq olanın üzü ağ olar.
  • Əli aşından da olduq, Vəli aşından da.
  • Əli boşa "ağa uyur" deyərlər, əli doluya "ağa buyur" deyərlər.
  • Əli xəmirliyə çörək borc verməzlər.
  • Əli kəsiyin əli kəsikdən xəbəri var.
  • Əli kösöylü sən, otu yanan mən!
  • Əli yanan ağzına təpər.
  • Əliaçığa Allah özü yetirər.
  • Əliəyri hey düzlükdən danışar.
  • Əlim çatmayan armud, babamın xeyratına.
  • Əlimdən tutan olmaz, dalımdan itələyən var.
  • Əlin çatmayan aş, ya qarın ağrıdar, ya baş.
  • Əlin yağlıdır? Çək öz başına.
  • Əlindən gəlməyəni dilinə də gətirmə.
  • Əlindən iş gəlməyən uzun danışan olar.
  • Əlini qatdın harama, kəşkülü doldur qalama.
  • Əlini qısa eylə, dilin uzun olsun.
  • Əmanət kitab verənin bir əli kəsilməlidir, qaytarıb geri verənin iki əli.
  • Əmək insanı ucaldır.
  • Əmək qızıl bilərzikdir.
  • Əməksiz yemək olmaz.
  • Ən böyük zalım məzlumun özüdür.
  • Ən yaxşısını düşün, ən pisinə hazır ol.
  • Əncir yemədin getdin, dərdin demədin getdin.
  • Əppək ələkdən keçər, insan çiləkdən.
  • Əslində olan nəslində olar.
  • Əvvəl öyrən, sonra düşün.
  • Əvvəl yoldaş, sonra yol.
  • Əvvəl yumruğunu düyünlə, sonra qanmaza söz çatdır.
  • Əvvəl zəhmət çəkən sonra rahat olar.
  • Əzizə məni Ləmanı Xədicəni Ramini gözlə

İstinadlar

  1. Atalar sözü. Tərtib еdəni: Məmmədvəli Qəmərli. Bakı - “Səda” - 2003
  2. Güney Azərbaycan folkloru. I kitab (Təbriz, Yekanat və Həmədan ərazilərindən toplanmış folklor örnəkləri). Toplayan: Məmmədəli Fərzanə. Bakı – “Elm və təhsil” - 2013