Məzmuna keç

Azərbaycan atalar sözləri/Birlik və dostluq: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Restored revision 156643 by Atakhanli (talk) (TwinkleGlobal)
Teq: Geri qaytarma
Redaktənin izahı yoxdur
Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə
Sətir 16: Sətir 16:
}}
}}
*Ağıllı düşmən nadan dostdan yaxşıdır.
*Ağıllı düşmən nadan dostdan yaxşıdır.
*Baş-başa verməyincə daş yerindən qalxmaz.
*Baş-başa verməyince daş yerindən qalxmaz.
*Birisi minə bağlıdır, mini də birə.
*Birisi minə bağlıdır, mini də birə.
*Bir gün duz yediyin yerə, qırx gün salam ver.
*Bir gün duz yediyin yerə, qırx gün salam ver.

17:53, 25 dekabr 2023 tarixinə olan versiya

Azərbaycan atalar sözləri
Müəllif: Şifahi xalq ədəbiyyatı
Sister Projects. Həmçinin baxın: Haqqında •
  • Ağıllı düşmən nadan dostdan yaxşıdır.
  • Baş-başa verməyince daş yerindən qalxmaz.
  • Birisi minə bağlıdır, mini də birə.
  • Bir gün duz yediyin yerə, qırx gün salam ver.
  • Dostsuz insan qanadsız quş kimidir.
  • Birlik harada, dirilik orada.
  • Bir su ki, girdi qaba, oldu içməli
  • Vəfalı dost yad olmaz, görməsə yüz il səni.
  • Qarı düşmən dost olmaz.
  • Qoyun quzusunun ayağını basmaz.
  • Qonşu qonşuya baxar, Canını oda yaxar.
  • Qonşu qonşunun itini bayatı çağıra-çağıra tapar.
  • Qonşu iti qonşuya hürməz.
  • Qonşu qonşu olsa kor qız ərə gedər.
  • Qonşu muncuğunu götürən, onu ancaq gorda taxar.
  • Qonşum sağ olsun, ocağından od verməsin.
  • Qonşunu iki inəkli istə ki, özün bir inəkli olasan.
  • Qonşunun haqqı axirət haqqıdır.
  • Qonşu payı dolu gələr, dolu gedər.
  • Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!
  • Dağ dağa qovuşmaz, insan insana qovuşar.
  • Doğru dostluq qərəzsiz olmaz.
  • Dost başa baxar, düşmən ayağa.
  • Dost dost tən gərək, tən olsa gen gərək.
  • Dost dosta yaman gündə gərəkdir.
  • Dost dar gündə tanınar.
  • Dost ziyankar olmaz, ziyankar da dost olar.
  • Dost yaman gündə tanınar.
  • Dost yolunda boran olar, qar olar.
  • Dost yolunda can qurban.
  • Dostluqla tutub, düşmənliklə yıxma.
  • Dost min isə azdır, düşmən bir isə çoxdur.
  • Dostun versə qum, Al ovcunda yum!
  • Əli ələ vurarsan, səs çıxmaz
  • Ət ilə dırnaq arasına girən iyiyər, çıxar.
  • Yaxşı dostu yaman gündə sına.
  • Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın.
  • Yeməklə dost olan illərlə küsülü qalmaz.
  • Yoldaşını nişan ver, özünü tanıt.
  • Sidq ilə dost olan ürəkdən də bir gərək.
  • Tək əldən səs çıxmaz.
  • Hər şeyin təzəsi, dostun köhnəsi.
  • Çox qarışqa bir şiri öldürər.
  • Çörək itirən, çörək tapmaz.