Qonşu
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Adəm və Həvva tarixin ən gözəl cütlüyü idi: Adəm Həvvanın qonşunun ərinin necə bacarıqlı olduğu barədə, Həvva da Adəmin anasının necə gözəl yeməklər bişirdiyi barədə narazılığını eşitmirdi. Vanda Blonskaya
B[redaktə]
- Başqalarının qüsurları asanca görülər amma öz qüsurumuz görülməz; adam qonşusunun qüsurlarını ayırd edər, öz qüsurlarını isə qumarda hiylə ilə pərdə saxlayar kimi saxlayar. Qautama Budda
E[redaktə]
- Ev alma, qonşu al. Azərbaycan atalar sözləri/E
- Evdə bişməyib, qonşudan gəlməyib. Azərbaycan atalar sözləri/E
G[redaktə]
- Gülmə qonşuna, gələr başına. Azərbaycan atalar sözləri/G
X[redaktə]
- Xeyirxah tənha qalmaz, həmişə qonşusu olar. Yapon atalar sözləri
İ[redaktə]
- İşini möhkəm tut, qonşunu oğru tutma. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
Q[redaktə]
- Qonşu aşı dadlı olar. Azərbaycan atalar sözləri/Q
- Qonşu çırağı qonşuya işıq salmaz. Azərbaycan atalar sözləri/Q
- Qonşu həmişə bərk xoruldar. Koreya atalar sözləri
- Qonşu iti qonşuya hürməz. Azərbaycan atalar sözləri/Q
- Qonşu, qonşu, gəl savaşaq. Azərbaycan atalar sözləri/Q
- Qonşu qonşu olsa kor qız ərə gedər. Azərbaycan atalar sözləri/Q
- Qonşu qonşudan tez durmaq öyrənər. Azərbaycan atalar sözləri/Q
- Qonşu qonşunun itini bayatı çağıra-çağıra tapar. Azərbaycan atalar sözləri/Q
- Qonşu qonşuya baxar, çanını oda yaxar. Azərbaycan atalar sözləri/Q
- Qonşu qonşuynan boğuşdu, qaraçıya fürsət düşdü. Azərbaycan atalar sözləri/Q
- Qonşu muncuğunu götürən, onu ancaq gorda taxar. Azərbaycan atalar sözləri/Q
- Qonşu paxıl olmasa, bağ çəpəri neylər?! Azərbaycan atalar sözləri/Q
- Qonşu payı dolu gələr, dolu gedər. Azərbaycan atalar sözləri/Q
- Qonşu payı qarın doyurmaz. Azərbaycan atalar sözləri/Q
- Qonşu üzü güzgü. Benqal atalar sözləri
- Qonşuda bişər, bizə də düşər. Azərbaycan atalar sözləri/Q
- Qonşuda qız sevənin ürəyində yağ olmaz. Azərbaycan atalar sözləri/Q
- Qonşu ilə mehriban davranmaq istəyirsənsə - ondan borc alma. Ləzgi atalar sözləri
- Qonşum sağ olsun, ocağından od verməsin. Azərbaycan atalar sözləri/Q
- Qonşum şah, mən də şah. Azərbaycan atalar sözləri/Q
- Qonşun tox, sən də tox. Azərbaycan atalar sözləri/Q
- Qonşun yoxdursa, gərək özünkiməsə qonşu olasan. Abxaz atalar sözləri
- Qonşuna genəş, bildiyini əldən vermə. Azərbaycan atalar sözləri/Q
- Qonşunu iki inəkli istə ki, özün bir inəkli olasan. Azərbaycan atalar sözləri/Q
- Qonşunun haqqı axirət haqqıdır. Azərbaycan atalar sözləri/Q
- Qonşunun iyirmi dənə Tanrı var deməsi ya da heç bir tanrı yoxdur deməsi mənə bir zərər verməz. Nə mənim cibimə toxunar nə də qıçımı qırar. Tomas Cefferson
- Qonşunun quzusu qonşuya qoç gorünər. Azərbaycan atalar sözləri/Q
- Qonşunun şamından işıq düşməz. Azərbaycan atalar sözləri/Q
- Qonşunun toyuğu, qonşunun gözünə qaz görünər. Azərbaycan atalar sözləri/Q
- Qonşusunun bir gözünün kor olması üçün razıdır ki, özü iki gözdən ola. Tamil atalar sözləri
- Qonşuya ümid olan şamsız qalar. Azərbaycan atalar sözləri/Q
Ö[redaktə]
- Öz xalqının tarixini, qonşu ölkələrin tarixini bilmək hər kəs üçün, lakin böyüməkdə olan gənc nəsil üçün daha vacibdir. Onlar qəhrəmanlıq səhifələri vətənpərvərlik və Vətənlə bağlı hər şeyə məhəbbət hissləri tərbiyə edən Azərbaycan tarixi ilə bağlı dərin bilgilərə sahib olmalıdırlar. Ziya Bünyadov
P[redaktə]
- Paxıl adam elə bilər ki, qonşusunun ayağı sınsa, o daha yaxşı yeriyər. Danimarka atalar sözləri
Y[redaktə]
- Yaxşı qonşu pis qardaşdan yaxşıdır. Ləzgi atalar sözləri
- Yaxşı qonşuluq, qonşuya əziyyət verməmək deyil. Əslində, yaxşı qonşuluq qonşunun verdiyi əziyyətin müqabilində səbr etməkdir.[1] İmam Kazım
- Yalnız özünü düşünən insan, yumurtasını bişirmək üçün qonşusunun evini yandırar. Frensis Bekon
İstinadlar[redaktə]
- ↑ Tuhəful-Uqul, səh. 409