Azərbaycan atalar sözləri/T: Redaktələr arasındakı fərq
Görünüş
Silinən məzmun Əlavə edilmiş məzmun
Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə |
|||
Sətir 102: | Sətir 102: | ||
* Ticarətin əvvəli də - insaf, sonrası da insafdır. |
* Ticarətin əvvəli də - insaf, sonrası da insafdır. |
||
* Tikan əkən gül dərməz. |
* Tikan əkən gül dərməz. |
||
* Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl. |
* Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl. 0776435443 |
||
* Tikə qarın doyurmaz, məhəbbət artırar. |
* Tikə qarın doyurmaz, məhəbbət artırar. |
||
== To == |
== To == |
||
* Tox it ac bəydən yaxşıdır. |
* Tox it ac bəydən yaxşıdır. |
12:19, 27 dekabr 2023 tarixinə olan versiya
←Ş | Azərbaycan atalar sözləri Müəllif: Şifahi xalq ədəbiyyatı |
U→ |
Həmçinin baxın: Haqqında • |
Ta
- Taxçadakı qarnında, boxçadakı əynində.
- Taxt mənimdir, üstündə yatmıram, altında yatıram.
- Taxtına nə baxırsan, baxtına bax.
- Tale insanla oynayır.
- Tamahkar öz nəfsinin quludur.
- Tamah ağlı zay edər.
- Tamahkardan dost olmaz, namərddən köməkçi.
- Tamahkarı yalanşı aldadar.
- Tamahkarın gözü kor olar.
- Tamahkarın gözünü torpaq doydurar.
- Tamarzıdan al, öyrənmişə ver.
- Tanımadığın adamı evinə buraxma.
- Tanrı ac istəyəni bəndə doyura bilməz.
- Tanrı bir yandan bağlasa, bir yandan açar.
- Tanrı dadına çatsın.
- Tanrı dəvəyə qanad versəydi, yıxmadığı dam qalmazdı.
- Tanrı qoruyanı qurd yeməz.
- Tanrı verən dövləti bəndə ala bilməz.
- Tanrı verən dövlətin zavalı olmaz.
- Tanrıdan gəlməsə, bəndədən nə gələr?!
- Tanrısını tanımayandan nə umursan?
- Tapan tapanın olsa, çöldə çoban bəy olardı.
- Tar çalan simi gözlər.
- Tarlada izi olmayanın süfrədə üzü olmaz.
- Tat ata mindi, Tanrısını tanımadı.
- Taylı tayın tapmasa, günü ah-vayla keçər.
- Tazının topal olduğu dovşanın qulağına yetişib.
- Tazının yiyəsi varsa, dovşanın da Allahı var.
- Tazısız ova gedən, dovşansız evə qayıdar.
Te
- Tez duran, tez evlənən peşiman olmaz.
- Tez qaçan, tez yorular.
Tə
- Təcrübə biliyin anasıdır.
- Təcrübə yüksəlişin qanadıdır.
- Təəssüf,tənbəl yatıb.
- Təqsir oldu lələdə, saqqalı verdi ələ.
- Tək ağacdan bağ olmaz.
- Tək daşdan divar olmaz.
- Tək əldən səs çıxmaz.
- Tək gəzən dananı qurd yeyər.
- Tək qoyundan sürü olmaz.
- Təkə sürüyə böyük olmazdı, qoyunlar qoyun olsaydı.
- Təkədə qoç hünəri olmaz.
- Təkədən qoç olmaz.
- Təkədən pendir tutmaq olmaz.
- Təklik Allaha yaraşır.
- Təkrar biliyin anasıdır.
- Tələsən gecəyə düşər.
- Tələsən yolda qalar.
- Tələsənin kündəsi küt gedər.
- Tələsik işə şeytan qarışar.
- Tələsirsən, yavaş get.
- Təmiz hava girməyən evə həkim girər.
- Təmizlik sağlamlığın rəhnidir.
- Tənbəl adam varlı olmaz.
- Tənbəl dağda qar gördü, yorğanına büründü.
- Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın.
- Tənbəl dilənçinin qardaşıdır.
- Tənbəl eşşək hoşu Allahdan istər.
- Tənbələ dedilər: qapını ört, dedi: yel əsir, örtər.
- Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın!
- Tənbəl günortayacan neyləyib ki, günortadan sonra neyləsin?!
- Tənbəl yatağan olar.
- Tənbələ həftənin hər günü cümədir.
- Tənbələ iş buyur, o sənə ağıl öyrətsin.
- Tənbələ iş buyur, o sənə nağıl danışsın.
- Tənbəllik azar artırar, işləmək canı saf eylər.
- Təpik atma, qısır qalarsan.
- Tərə yeyən də yaza çıxır, kərə yiyən də.
- Tərəkəmə pendirində qurd görməz.
- Tərəkəmə öz obasını Bağdaddan böyük bilər.
- Tərəzi gözü kimi iki tərəfə əyilmə.
- Tərlan oylağında sar ola bilməz.
- Tərlan yerin çalağan tutmaz.
- Təzə ay doğanda köhnə ayı doğrayıb ulduz elərlər.
- Təzə bardaq, təzə su.
- Təzə gəldi bazardan, köhnə düşdü nəzərdən.
- Təzə kuzə suyu sərin saxlar.
- Təzə süpürgə, təmiz süpürər.
- Təzəcə çıxıb təndirdən, minnəti yox pendirdən.
Ti
- Ticarət al-verdədir.
- Ticarət dostluq körpüsüdür.
- Ticarətin əvvəli də - insaf, sonrası da insafdır.
- Tikan əkən gül dərməz.
- Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl. 0776435443
- Tikə qarın doyurmaz, məhəbbət artırar.
To
- Tox it ac bəydən yaxşıdır.
- Tox nə bilir ki, ac nə çəkir?
- Toxun acdan xəbəri olmaz.
- Toxun acdan nə xəbəri?!
- Topal eşşəklə karvana qoşulma.
- Topal ilə gəzən axsamaq öyrənər.
- Tora düşən səbr eləməsə, özünü ölümə verər.
- Torbada pişik var.
- Torpaq deyər: "Öldür məni, dirildim səni!".
- Torpaq deyər:-Sən mənə tər ver, mən sənə zər verim.
- Torpaq - uğrunda ölən varsa vətəndir.
- Torpağın qarası - üz ağardar.
- Toy - bayram bizim küçədə də olar.
- Toy da olsa toyuğun vayıdır, vay da olsa.
- Toy xərci ilə ev almaq olmaz.
- Toy tulasıdır, arada gəzir.
- Toyda oynamaz, vayda ağlamaz.
- Toydan sonra nağara?!
- Toyuq anasından süd görməyib.
- Toyuq bir qıçlıdır ki, bir qıçlı.
- Toyuq bir içər, bir göyə baxar.
- Toyuq qaz yerişini yerisə, öz yerişini də itirər.
- Toyuq yumurtasına görə qaqqıldar.
- Toyuğun cəriməsi bir yumurtadır.
- Toyuğun gözü küllükdədir.
- Toyuğun uçuşu zibilliyə qədər olar.
- Toyun yaraşığı oynamaqdır.
- Toz ayrı - duman ayrı.
Tö
- Tövbəsini sındıran məlundur.
- Tövləyə buraxmırlar ki, quşqun oğurlayar.
Tu
- Tufan palıd ağacınıməcbur edir ki, daha dərinə kök atsın.
- Tula itdən də murdar.
- Tumanı çırıq kəndxuda, istəyir bizi qorxuda.
- Tut ağacı əkən ipək dərər.
- Tutmusan ucundan, gedirsən ucuzluğa.
- Tutulmamış oğru, xandan-bəydən doğru.
Tü
- Tülək tərlan yerinə sar bağlamaq olmaz.
- Tülkü çox bilmişliyindən tələyə düşər.
- Tülkü tülkülüyünü bildirincə, dərisini boğazından çıxararlar.
- Tülkü tülküyə, tülkü quyruğuna.
- Tülkünün gedib-gələcəyi kürkçü dükanıdır.
- Tülkünün meydanda nə işi var, dərisinə qiymət qoysunlar?!.
- Tülkünün şahidi quyruğudur.
- Türk söydükcə qızar, durduqca bezər.
- Türkü at yıxar, tatı ət.
- Türkün sonrakı ağlı.