Azərbaycan atalar sözləri/Ə: Redaktələr arasındakı fərq
Görünüş
Silinən məzmun Əlavə edilmiş məzmun
Yeni atalar sözü Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə |
Redaktənin izahı yoxdur Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə |
||
Sətir 1: | Sətir 1: | ||
{{Başlıq |
{{Başlıq |
||
| başlıq = [[Azərbaycan atalar sözləri]] |
| başlıq = [[Azərbaycan atalar sözləri]] |
||
| müəllif |
| müəllif məhəmməd Qurbanov |
||
| keçidsiz müəllif = [[Portal:Şifahi xalq ədəbiyyatı|Şifahi xalq ədəbiyyatı]] |
| keçidsiz müəllif = [[Portal:Şifahi xalq ədəbiyyatı|Şifahi xalq ədəbiyyatı]] |
||
| tərcüməçi = |
| tərcüməçi = |
14:58, 12 fevral 2024 tarixinə olan versiya
←E | Azərbaycan atalar sözləri Müəllif: Şifahi xalq ədəbiyyatı |
F→ |
Həmçinin baxın: Haqqında • |
- Əbləh ilə yüyürən yolda qalar.
- Əbləh odur dünya üçün qəm çəkər, tanrı bilir, kim qazanar, kim yeyər.
- Əcəl gəldi, baş ağrısı bəhanə.
- Əcəl gələndə soruşmaz ki, oğul-uşağın neçədir.
- Əcələ çarə yoxdur.
- Ədəbi kimdən öyrəndin? - Ədəbsizdən.
- Əgər varındı, aləm yarındı, əgər yoxundu - elnən aran toxundu.
- Əkdiyin noxud, biçdiyin noxud, bazara çıxıb ləbləbi.
- Əkən biçər, əkməyən nə biçər?!
- Əkən biçər, qonan köçər.
- Əkəndə əkməyən xırmanda ağlar.
- Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.
- Əkiblər yemişik, əkirik yeyərlər!
- Əkinçi ol, biçinçi olma.
- Əkinçi yağış istər, yolçu quraqlıq.
- Əkinini göyikən yeyən xırman vaxtı ac qalar.[1]
- Əkinini sütül yiyən xırman vaxtı sülənər.[2]
- Əqli kəm canana bax, küsübdür mən dəlidən.
- Əqrəb etməz əqrabaya əqrabanın etdiyini.
- Əl ağızdan çox görüb.
- Əl beş barmaqdı, hərəsi bir boyda.
- Əl əldən hökm elər.
- Əl əli yuyar, əl də üzü.
- Əl məndən, ətək səndən.
- Əl mərd olar, göz namərd.
- Əl uzadılan yerə ayaq uzadılmaz.
- Əl üstə çox əllər var.
- Əldən gedən ələ gəlməz.
- Əldən qalan əlli il qalar.
- Ələdin-ələdin, kəpəyinə nə qatdın?
- Ələkçinin qıl verəni yanında olar.
- Ələyi ələnib, xəlbiri göydə fırlanır.
- Əli açıq olanın üzü ağ olar.
- Əli aşından da olduq, Vəli aşından da.
- Əli boşa "ağa uyur" deyərlər, əli doluya "ağa buyur" deyərlər.
- Əli xəmirliyə çörək borc verməzlər.
- Əli kəsiyin əli kəsikdən xəbəri var.
- Əli kösöylü sən, otu yanan mən!
- Əli yanan ağzına təpər.
- Əliaçığa Allah özü yetirər.
- Əliəyri hey düzlükdən danışar.
- Əlim çatmayan armud, babamın xeyratına.
- Əlimdən tutan olmaz, dalımdan itələyən var.
- Əlin çatmayan aş, ya qarın ağrıdar, ya baş.
- Əlin yağlıdır? Çək öz başına.
- Əlindən gəlməyəni dilinə də gətirmə.
- Əlindən iş gəlməyən uzun danışan olar.
- Əlini qatdın harama, kəşkülü doldur qalama.
- Əlini qısa eylə, dilin uzun olsun.
- Əmanət kitab verənin bir əli kəsilməlidir, qaytarıb geri verənin iki əli.
- Əmək insanı ucaldır.
- Əmək qızıl bilərzikdir.
- Əməksiz yemək olmaz.
- Ən böyük zalım məzlumun özüdür.
- Ən yaxşısını düşün, ən pisinə hazır ol.
- Əncir yemədin getdin, dərdin demədin getdin.
- Əppək ələkdən keçər, insan çiləkdən.
- Əslində olan nəslində olar.
- Əvvəl öyrən, sonra düşün.
- Əvvəl yoldaş, sonra yol.
- Əvvəl yumruğunu düyünlə, sonra qanmaza söz çatdır.
- Əvvəl zəhmət çəkən sonra rahat olar.
- Əzizə məni Ləmanı Xədicəni Ramini gözlə