Məzmuna keç

Azərbaycan atalar sözləri/O: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
k 45.15.43.208 (müzakirə) tərəfindən edilmiş redaktələr geri qaytarılaraq Atakhanli tərəfindən yaradılan sonuncu versiya bərpa olundu
Teq: Geri qaytarma
Redaktənin izahı yoxdur
Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə
Sətir 83: Sətir 83:
* Ot öz kökü üstə bitər.
* Ot öz kökü üstə bitər.
* Ot yolun gah altında bitər, gah üstündə.
* Ot yolun gah altında bitər, gah üstündə.
* Osturan götə tövbə yoxdur.
* Ovçu ovda, yolçu yolda gərək.
* Osturanın qabağına sıçmasan deyir götü yoxdur.
* Ovu bərəsində vurarlar.
* Ovurdunda yaxşı yer eləyibsən, baqqal armud versə.
* Ovurdunda yaxşı yer eləyibsən, baqqal armud versə.
* Oynamaq bilməyən yerim dardır deyər.
* Oynamaq bilməyən yerim dardır deyər.

09:47, 24 fevral 2024 tarixinə olan versiya

N Azərbaycan atalar sözləri
Müəllif: Şifahi xalq ədəbiyyatı
Ö
Sister Projects. Həmçinin baxın: Haqqında •
  • O baş qorxsun ki, dost yolunda dayanmaz.
  • O dağa yağar, bu dağa yağar, axırda da bura yağar.
  • O gəlsə daşla, sən get aşla.
  • O hacı, bu hacı, kim olacaq boyaqçı?!
  • O haqverməzdi, bu haqbatırmaz.
  • O qardan bizim də qapıya yağar.
  • O qədər dövlətli deyiləm ki, ucuz şey alam.
  • O qədər küp yanında küpəçələr sınıb ki?!
  • O şahlıq dəvəsidir ki, yüklənməz.
  • O verdiyin and, bu da buyurduğun qulluq.
  • Oba bizə, biz obaya hayanıq.
  • Oba durdu köçməyə, qarı durdu gəzməyə.
  • Oba köçüb, yurd ağlayır.
  • Oba köçüb, yurdu qalıb.
  • Oba yiyəsiz qalanda donuz təpəyə çıxar.
  • Oba yox, qara yox, səndən başqa çara yox.
  • Obalar bizə, biz obalara.
  • Ocaq içindən tutuşar.
  • Ocaq közsüz qalmaz, gəlin sözsüz.
  • Ocaqdan kül əskik olmaz.
  • Ocağın altdan köz, adamın altdan söz.
  • Od düşdüyü yeri yandırar.
  • Od hər yana düşsə, özünə yer açar.
  • Oddan kül törər, küldən nə törər?
  • Oddan , sudan yenə qar amannıdı.
  • Odla pambığın nə aşnalığı?!
  • Odu söndürüb külü ilə oynamazlar.
  • Oduna gedər Daşdəmir, suya gedər Daşdəmir, üzüvü yusun mürdəşir.
  • Oxuduğunu demə, anladığını de.
  • Oxunu atıb, yayını gizlətmə.
  • Oğlan doğdum - oydu məni, qız doğdum - soydu məni.
  • Oğlan evlənər, bəy oldum sanar.
  • Oğlanı kamal ilə, qızı camal ilə.
  • Oğlum oğul olsun, kol dibi evim.
  • Oğru anası gah döş yeyər, gah döşünə vurar.
  • Oğru elə bağırdı, doğrunun bağrı yarıldı.
  • Oğru elə bilər, hamı oğrudur.
  • Oğru ev olmaz, ev yiyəsini evlilikdən salar.
  • Oğru əyri kolda gizlənər.
  • Oğru it xoflu olar.
  • Oğru it özünü bildirər.
  • Oğru qalana yanar, mal sahibi gedənə.
  • Oğru ol, xoşu ol, dilin olsun.
  • Oğrudan qalanı rəmmal aparar.
  • Oğrudan oğruya halaldır.
  • Oğrunu oğru əliylə tutarlar.
  • Oğruya and verdilər, evinə muştuluqçu getdi.
  • Oğul atadan görər, süfrə açar.
  • Oğul atanın kövşənin əkər.
  • Oğul düşmən qapısına aparar.
  • Oğul fərsiz olarsa, öldürər dərd atanı.
  • Oğul olmamış, adın qoyma.
  • Oğul yönlü olsa neynir ata malını, yönsüz olsa neynir ata malını?!
  • Oğulun əfəli qohum yerdən qız alar.
  • Oğurluq ilə çəngilik qırx gün çəkər.
  • Oğurluğa dayın evinə get, tutulanda döyülmə.
  • Oğurluğa getsən, insafı əldən qoyma.
  • Oğurluğun əvvəli, o da ay işığında.
  • Olan yerdən umarlar.
  • Olacağa çarə yoxdur.
  • Oldu ilə öldüyə çarə yoxdur.
  • Ortaqlı malı xalq yeyər.
  • Ortaqlı toyuqdan yalnız yumurta yaxşıdır.
  • Ortalıq qazanı qaynamaz.
  • Otuz iki dişdən çıxan, otuz iki məhləyə yayılar.
  • Oruc tutmayanın oğluna Ramazan adını qoyarlar.
  • Ot öz kökü üstə bitər.
  • Ot yolun gah altında bitər, gah üstündə.
  • Osturan götə tövbə yoxdur.
  • Osturanın qabağına sıçmasan deyir götü yoxdur.
  • Ovurdunda yaxşı yer eləyibsən, baqqal armud versə.
  • Oynamaq bilməyən yerim dardır deyər.
  • Oynamayın, gülməyin, kəndə təzə darğa gəlib.
  • Oynaş yanından gəlib ər başı yarır.
  • Oynaşa ümidli olan arvad ərdən olar.
  • Oynayıram, gülürəm, heç oynaş yadımdan çıxmır.

Mənbə

  • Atalar sözləri. Bakı, 2004