Məzmuna keç

Azərbaycan atalar sözləri/M: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
195.28.7.215 (müzakirə) tərəfindən edilmiş 156640 nömrəli redaktə geri qaytarıldı
Teq: Geri qaytarma
Redaktənin izahı yoxdur
Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə
Sətir 74: Sətir 74:
* Mollaya dedilər: qonşuda bir kasıb ölmüş, dedi: naxoşam.
* Mollaya dedilər: qonşuda bir kasıb ölmüş, dedi: naxoşam.
* Motala dadanan köpək bir də gələr.
* Motala dadanan köpək bir də gələr.
* Möhkəm qaçan atın poxu seyrək düşər.
* Murdar əsgiyə od düşməz.
* Murdarı murdar aparar.
* Murdarı murdar aparar.
* Muzdur, yerində düz dur.
* Muzdur, yerində düz dur.

10:20, 24 fevral 2024 tarixinə olan versiya

L Azərbaycan atalar sözləri
Müəllif: Şifahi xalq ədəbiyyatı
N
Sister Projects. Həmçinin baxın: Haqqında •
  • Mal gedər bir yana, iman gedər min yana.
  • Mal itdi, iman itdi.
  • Mal yiyəsinə oxşamasa haramdı.
  • Malı gedənin imanı da gedər.
  • Malı qırov öldürər, qışın adı bədnamdır.
  • Malı mal yanında tanıyarlar.
  • Malı yox - oğru apara, imanı yox - şeytan apara.
  • Malım budu, yarısı sudu, alsan da budu, almasan da.
  • Malın əziz tutan canın zəlil tutar.
  • Maşını sürdüm daşlığa soxaram belə qardaşlığa
  • Malın tapıldı, üzün qara oldu.
  • Malın yeməzin malını yeyərlər.
  • Malını bəylər apardı, camalına nə oldu?!
  • Malını itlər yeyər, canını bitlər.
  • Malını yaxşı saxla, qonşunu oğru tutma.
  • Mamaça çox olanda uşaq tərs gələr.
  • Matahın matah olunca, bazarın bazar olsun.
  • Maya doğar, nər doğmaz.
  • Mayasız fətir olar.
  • Mehtərin səsi uzaqdan xoş gələr.
  • Meşə çaqqalsız olmaz.
  • Meşədə ağacın düzün seçərlər.
  • Meşəyə gedən öz ağacın kəsər.
  • Meşəyə od düşəndə quru da yanar, yaş da.
  • Mazanın səsinə oxşuyur? Bu dal
  • Meyxanaçıdan şahid istədilər, sərxoşu göstərdi.
  • Meyxanaçının şahidi üzüm ayaqlayan olar.
  • Meymuna dedilər oyna, dabanını qovzadı.
  • Məkkə evin içidir. [1]
  • Məkkədən gələn mən, xəbər verən sən. [2]
  • Məkkəyə gedən dəvə hacı olmaz.
  • Məkkəyə gedir, sünni olur, geri qayıdır, şiə olur. [3]
  • Mərddən bir xəta, namərddən min.
  • Mərd əli kasad olmaz.
  • Mərd oğul zalıma baş əyməz.
  • Mərdi qova-qova namərd eləmə.
  • Mərdi qova-qova namərd edərlər.
  • Mərd igidlər süfrə açar, ad alar.
  • Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyabangərd olar.
  • Mərdin gözü tox olar, namərdin gözü ac.
  • Mərd gördüyün deməz.
  • Mərd mərdi qanar, Bərkdə oduna yanar.
  • Mərd özündən bilər,
  • Mərdə güllə kürəyindən dəyməz.
  • Məzlumun ahı, devirər şahı.
  • Minarə başında qoz dayanmaz. [4]
  • Miyançının kisəsi gen olar.
  • Milçək bir şey deyil, könül bulandırır.
  • Molla alacağın unutmaz.
  • Molla bəyə qoşuldu, xalqın evi yıxıldı.
  • Molla evindən aş çıxmaz, kor gözündən yaş.
  • Molla halvanı yedi, yasini unutdu.
  • Molla Qurandan kəsər, şeytan imandan.
  • Molla Nəsrəddin sağ ola, eşşəklərini qurd yeyə?!
  • Molla olmaq çox asan, adam olmaq çox çətin.
  • Molla tuluq zurnasıdı, qarnı dolmasa, səsi çıxmaz.
  • Mollanı iki yerə çağıranda bağrı çatlar.
  • Mollaya dedilər: qonşuda bir kasıb ölmüş, dedi: naxoşam.
  • Motala dadanan köpək bir də gələr.
  • Möhkəm qaçan atın poxu seyrək düşər.
  • Murdarı murdar aparar.
  • Muzdur, yerində düz dur.
  • Müftə sirkə baldan şirin olar.
  • Müxənnətlə ehsan yeməyə də getmə.
  • Müştəridə göz olsa, satan acından ölər.

Mənbə

  • Atalar sözü, Bakı,2004

İstinadlar

  1. Atalar sözü:/ B. Tahirbəyovun redaktəsi ilə. Bakı:Yazıçı, 1985, s.481.
  2. Atalar sözü:/ Ə. Ziyatayın redaktəsi ilə. Bakı: Azərnəşr, 1956, s.41
  3. El sözü, xalq lətifələri, atalar sözü, bayatılar, Bakı: Azərnəşr, 1965, s.51.
  4. Atalar sözü. Tоplayanı: Əməkdar mədəniyyət işçisi Əbülqasım Hüseynzadə. Bakı - “Yazıçı” – 1985