Azərbaycan atalar sözləri/O: Redaktələr arasındakı fərq
Görünüş
Silinən məzmun Əlavə edilmiş məzmun
k 37.61.123.230 (müzakirə) tərəfindən edilmiş 1 redaktə geri qaytarılaraq Atakhanli tərəfindən yaradılan sonuncu versiya bərpa olundu Teq: Geri qaytarma |
Redaktənin izahı yoxdur Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə |
||
Sətir 15: | Sətir 15: | ||
| commons_keçidi = |
| commons_keçidi = |
||
}} |
}} |
||
*Osturanın qabağında sıçmasan deyər götün yodu. |
|||
* O baş qorxsun ki, dost yolunda dayanmaz. |
* O baş qorxsun ki, dost yolunda dayanmaz. |
||
* O dağa yağar, bu dağa yağar, axırda da bura yağar. |
* O dağa yağar, bu dağa yağar, axırda da bura yağar. |
10:28, 3 avqust 2024 tarixinə olan versiya
←N | Azərbaycan atalar sözləri Müəllif: Şifahi xalq ədəbiyyatı |
Ö→ |
Həmçinin baxın: Haqqında • |
- Osturanın qabağında sıçmasan deyər götün yodu.
- O baş qorxsun ki, dost yolunda dayanmaz.
- O dağa yağar, bu dağa yağar, axırda da bura yağar.
- O gəlsə daşla, sən get aşla.
- O hacı, bu hacı, kim olacaq boyaqçı?!
- O haqverməzdi, bu haqbatırmaz.
- O qardan bizim də qapıya yağar.
- O qədər dövlətli deyiləm ki, ucuz şey alam.
- O qədər küp yanında küpəçələr sınıb ki?!
- O şahlıq dəvəsidir ki, yüklənməz.
- O verdiyin and, bu da buyurduğun qulluq.
- Oba bizə, biz obaya hayanıq.
- Oba durdu köçməyə, qarı durdu gəzməyə.
- Oba köçüb, yurd ağlayır.
- Oba köçüb, yurdu qalıb.
- Oba yiyəsiz qalanda donuz təpəyə çıxar.
- Oba yox, qara yox, səndən başqa çara yox.
- Obalar bizə, biz obalara.
- Ocaq içindən tutuşar.
- Ocaq közsüz qalmaz, gəlin sözsüz.
- Ocaqdan kül əskik olmaz.
- Ocağın altdan köz, adamın altdan söz.
- Od düşdüyü yeri yandırar.
- Od hər yana düşsə, özünə yer açar.
- Oddan kül törər, küldən nə törər?
- Oddan , sudan yenə qar amannıdı.
- Odla pambığın nə aşnalığı?!
- Odu söndürüb külü ilə oynamazlar.
- Oduna gedər Daşdəmir, suya gedər Daşdəmir, üzüvü yusun mürdəşir.
- Oxuduğunu demə, anladığını de.
- Oxunu atıb, yayını gizlətmə.
- Oğlan doğdum - oydu məni, qız doğdum - soydu məni.
- Oğlan evlənər, bəy oldum sanar.
- Oğlanı kamal ilə, qızı camal ilə.
- Oğlum oğul olsun, kol dibi evim.
- Oğru anası gah döş yeyər, gah döşünə vurar.
- Oğru elə bağırdı, doğrunun bağrı yarıldı.
- Oğru elə bilər, hamı oğrudur.
- Oğru ev olmaz, ev yiyəsini evlilikdən salar.
- Oğru əyri kolda gizlənər.
- Oğru it xoflu olar.
- Oğru it özünü bildirər.
- Oğru qalana yanar, mal sahibi gedənə.
- Oğru ol, xoşu ol, dilin olsun.
- Oğrudan qalanı rəmmal aparar.
- Oğrudan oğruya halaldır.
- Oğrunu oğru əliylə tutarlar.
- Oğruya and verdilər, evinə muştuluqçu getdi.
- Oğul atadan görər, süfrə açar.
- Oğul atanın kövşənin əkər.
- Oğul düşmən qapısına aparar.
- Oğul fərsiz olarsa, öldürər dərd atanı.
- Oğul olmamış, adın qoyma.
- Oğul yönlü olsa neynir ata malını, yönsüz olsa neynir ata malını?!
- Oğulun əfəli qohum yerdən qız alar.
- Oğurluq ilə çəngilik qırx gün çəkər.
- Oğurluğa dayın evinə get, tutulanda döyülmə.
- Oğurluğa getsən, insafı əldən qoyma.
- Oğurluğun əvvəli, o da ay işığında.
- Olan yerdən umarlar.
- Olacağa çarə yoxdur.
- Oldu ilə öldüyə çarə yoxdur.
- Ortaqlı malı xalq yeyər.
- Ortaqlı toyuqdan yalnız yumurta yaxşıdır.
- Ortalıq qazanı qaynamaz.
- Otuz iki dişdən çıxan, otuz iki məhləyə yayılar.
- Oruc tutmayanın oğluna Ramazan adını qoyarlar.
- Ot öz kökü üstə bitər.
- Ot yolun gah altında bitər, gah üstündə.
- Ovçu ovda, yolçu yolda gərək.
- Ovu bərəsində vurarlar.
- Ovurdunda yaxşı yer eləyibsən, baqqal armud versə.
- Oynamaq bilməyən yerim dardır deyər.
- Oynamayın, gülməyin, kəndə təzə darğa gəlib.
- Oynaş yanından gəlib ər başı yarır.
- Oynaşa ümidli olan arvad ərdən olar.
- Oynayıram, gülürəm, heç oynaş yadımdan çıxmır.
Mənbə
- Atalar sözləri. Bakı, 2004