Məzmuna keç

Azərbaycan atalar sözləri/U: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
k 185.233.35.166 (müzakirə) tərəfindən edilmiş 1 redaktə geri qaytarılaraq Atakhanli tərəfindən yaradılan sonuncu versiya bərpa olundu
Teqlər: Geri qaytarma SWViewer [1.6]
Redaktənin izahı yoxdur
Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə
Sətir 17: Sətir 17:
* Uca dağın başı qarlı olar.
* Uca dağın başı qarlı olar.
* Uca-uca dağlar başı qarlı da olur, qarsız da; igidlərin canı sağ olsun, varlı da olur, varsız da.
* Uca-uca dağlar başı qarlı da olur, qarsız da; igidlərin canı sağ olsun, varlı da olur, varsız da.
* Ucu itidirsə ruhinin götünə girsin.
* Ucuz aldın, quyruğunu düyünlə.
* Ucuz ətin şorbası olmaz.
* Ucuz ətin şorbası olmaz.
* Ucuz illətsiz, baha hikmətsiz deyil.
* Ucuz illətsiz, baha hikmətsiz deyil.

16:51, 25 oktyabr 2024 tarixinə olan versiya

T Azərbaycan atalar sözləri
Müəllif: Şifahi xalq ədəbiyyatı
Ü
Sister Projects. Həmçinin baxın: Haqqında •
  • Uca dağın başı qarlı olar.
  • Uca-uca dağlar başı qarlı da olur, qarsız da; igidlərin canı sağ olsun, varlı da olur, varsız da.
  • Ucu itidirsə ruhinin götünə girsin.
  • Ucuz ətin şorbası olmaz.
  • Ucuz illətsiz, baha hikmətsiz deyil.
  • Ucuz satan tez satar.
  • Ucuz verən tez satar.
  • Ucuzdan bahası olmaz.
  • Ucuzdur var illəti, bahadır var hikməti.
  • Ucuzluqda alanın üzün görmə, bahalıqda satanın.
  • Uçmaqda turac, qaçmaqda ceyran.
  • Ulağa gücü çatmır, acığını palanına tökür.
  • Ulamağını bilməyən köpək, sürüyə qurd gətirər.
  • Ulduzu barışmayanın salamı da savaşdır.
  • Ulu sözünə baxmayan ulaya-ulaya qalar.
  • Umac özün aş bilər, qarğa özün quş bilər.
  • Uman yerdən küsərlər.
  • Umud qaldı kosaya, kosa saqqalın daraya.
  • Umulmayan daş, yarar baş.
  • Unumu ələdim, ələyimi asdım.
  • Utanırsan-üzünə rübənd sal.
  • Usta əli dəyməyən iş haramdır.
  • Usta görməyən şagirdin gözü əllərdə qalar.
  • Usta meymun qaşçısız oynar.
  • Usta oğlundan şagird olmaz.
  • Ustadına kəm baxanın gözlərinə qan damar.
  • Uşaq adamı qanlı qapısına aparar.
  • Uşaq ağlaya-ağlaya böyüyər.
  • Uşaq arasına girməzlər.
  • Uşaq aşığı oynamaq üçün yığar.
  • Uşaq atasından güclüsün bilməz.
  • Uşaq böyüklərindən öyrənər.
  • Uşaq eldə böyüyər, balıq-göldə.
  • Uşaq gördüyünü götürər.
  • Uşaq ilə yoldaş olma, yıxılarsan gülər, yıxılanda ağlar.
  • Uşaq nədir, bıçaq nədir?
  • Uşaq olan evdə qeybət olmaz.
  • Uşaq olmamış donunu biçmə.
  • Uşaq sözü şah sözündən hökmlüdür.
  • Uşaq sözün düzünü deyər.
  • Uşaq yeməyini bilməz.
  • Uşaq yıxıla-yıxıla böyüyər.
  • Uşaq yıxıldığı yerə baxar.
  • Uşaqdan al xəbəri.
  • Uşaqlıq ömrün baharıdır.
  • Uşaqlıqda yalan deyənə böyüyəndə inanmazlar.
  • Uşağa işə buyur, dalınca yüyür.
  • Uşağa yoldaş olma, sən yıxılsan gülər, özü yıxılsa ağlar.
  • Uşağı sevərlər beşikdə, əri sevərlər döşəkdə.
  • Uşağı süpürgə ilə döyməzlər, boyu çıxmaz.
  • Uşağı yemək böyütməz, fərəh böyüdər.
  • Uşağın hökmü padşahın hökmündən artıq.
  • Utan utanmazdan, qorx qorxmazdan.
  • Utananın oğlu olmaz.
  • Utanmasan oynamağa nə var ki?!
  • Uzaq yerin arpasından, yaxın yerin samanı yaxşıdır.
  • Uzaq yerin bir parça kağızı, yaxın yerin bir kəlmə sözü.
  • Uzaqdan baxana döyüş asan gələr.
  • Uzaqdan baxırsan, sambalı xoşdu; yaxından baxırsan, quşqunu boşdu.
  • Uzaqdan zurna səsi xoş gələr.
  • Uzaqlaşmaq yaxınlaşmaq üçün vasitədir.
  • Uzun adamın ağlı dabanında olar.
  • Uzun axmaq olar, gödək fitnəkar.
  • Uzun danışanın ömrü az olar.
  • Uzun sözün qısası, gəlin, səni sevmişəm.
  • Uzun yaşın axırı yenə ölümdü.