Azərbaycan atalar sözləri/Q: Redaktələr arasındakı fərq
Görünüş
Silinən məzmun Əlavə edilmiş məzmun
k 185.40.158.214 (müzakirə) tərəfindən edilmiş 1 redaktə geri qaytarılaraq Turkmen tərəfindən yaradılan sonuncu versiya bərpa olundu Teq: Geri qaytarma |
Redaktənin izahı yoxdur Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə |
||
Sətir 14: | Sətir 14: | ||
| vikimənbə_keçidi = |
| vikimənbə_keçidi = |
||
| commons_keçidi = |
| commons_keçidi = |
||
}}Qəhbəliyin böyüyünü Ruhin eliyər |
|||
}} |
|||
=== Qa === |
=== Qa === |
16:53, 25 oktyabr 2024 tarixinə olan versiya
←K | Azərbaycan atalar sözləri Müəllif: Şifahi xalq ədəbiyyatı |
L→ |
Həmçinin baxın: Haqqında • |
Qəhbəliyin böyüyünü Ruhin eliyər
Qa
- Qabağa keçirsən, deyirlər bicdir, dala qalırsan, deyirlər gicdir.
- Qabağım qovurğa qovurur, dalım saman sovurur.
- Qabağına baxmayanın ayağına daş dəyər.
- Qabil şagird ustad olar ustada.
- Qaçağı el saxlar.
- Qaçan da Allahı çağırır, qovan da.
- Qaçanı qovmazlar, yıxılanı vurmazlar.
- Qaçırılan fürsət bir də düşməz ələ.
- Qaçmaq da hünərdəndir.
- Qaçmaq da hünərdir, qovmaq da.
- Qadın bənnadır, kişi fəhlə.
- Qafil başın ağrısını beyin bilər.
- Qafil quşun ovçusu çox olar.
- Qafil yaşamaqdan ölmək yaxşıdır.
- Qala içəridən alınar.
- Qalan işə qar yağar.
- Qamış bizim eldə bitər, sümsüyünü ləzgi çalar.
- Qamış ola, çamış ola, görməmiş ola...
- Qan eylə qanun ilə.
- Qan yol verməz.
- Qanacaqlı həm qanar, həm qandırar.
- Qanadı quşdan kirə istəməz.
- Qanan ilə daş daşı, qanmaz ilə yemə aşı.
- Qanan kim, qandıran kim?
- Qanana bir söz yetər, qanmayana yüz oxu.
- Qanana da can qurban, qanmayana da, dad yarımçıq əlindən.
- Qanı qan ilə yumayıblar.
- Qanı su ilə yuyarlar.
- Qanlıdan qada əskik olmaz.
- Qanlını qan tutar.
- Qanmaza hörmət edərsən, deyər:-Məndən qorxur.
- Qanmaza qoşulanı qanmaz çağırarlar.
- Qanmaza yumruğunu əvvəl düyünlə, sonra söz qandır.
- Qanun zora tabedir
- Qapan it dişin göstərməz.
- Qapıdan qovursan, bacadan gəlir.
- Qapılan qapanın, tapılan tapanındır.
- Qar dağa çıxar dadlanar.
- Qar gedəndən sonra qaranın üstü açılar.
- Qar ili - var ili
- Qar yağmağıynan qarğa ağarmaz.
- Qara gün adamı tez qocaldar.
- Qarlı qış barlı olar.
- Qara dolaşaya qırmızı papuş yaraşmaz.
- Qara eşşək, ağ palan?!
- Qara eşşəyin başına yüyən vuranda qatır olmaz.
- Qara günün ömrü az olar.
- Qara xəbər tez yayılar.
- Qara qız bəzənincə toy əldən gedər.
- Qara qız gəlin oldu, ürəyi sərin oldu.
- Qara qız gəlməsəydi, külbəni kim odlardı.
- Qara qızdan xatın olmaz, boz eşşəkdən qatır olmaz.
- Qara qızın baxtı olsaydı, anadan ağ doğulardı.
- Qara qul özünü öldürdü ki, ağasına zərəri olsun.
- Qara qula şahlıq versən, əvvəl nənəsinin əmcəyini kəsər.
- Qara məni basınca mən qaranı basım.
- Qarabaxt dağlara çıxanda dağları duman alar.
- Qaraca üzüm var, doğruca sözüm.
- Qaraçı bir ələk verib, elə bil evə dirək verib.
- Qaraçı qaraçıya öpüş verməz.
- Qaraçının koyxası qaraçı olar.
- Qaradan artıq boya olmaz.
- Qaraquş sümüyü ölçər udar.
- Qaraquşa xeyir öz dimdiyindən toxunar.
- Qaranlıqda halva yeyənin sirrini Xuda bilir.
- Qardaş qardaşı bıçaqlar, dönüb yenə qucaqlar.
- Qardaş qardaşın yoxluğun istər, ölümün istəməz.
- Qardaş yaman gündə arxadır.
- Qardaş olaq, tən (yarı) bölək.
- Qardaşım xandır, xatunu sevinsin.
- Qardaşın necə adamdır? Yoldaş olmamışam.
- Qarğa çəmdək üstə yığılar!
- Qarğa döşün çəkməklə qaz olmaz.
- Qarğa gəldi kəklik yerişi yeriyə, öz yerişin də itirdi.
- Qarğa ilə dost olanın yediyi peyin olar.
- Qarğa, qarğa məndə qoz var!
- Qarğa qarğanın gözünü çıxartmaz.
- Qarğa qarğaya deyər üzün qaradır.
- Qarğa nədir qaşığı nə ola, birə nədir büzüyü nə ola?!
- Qarğa özü nədir ki, qarıltısı da nə ola?
- Qarğa özün quş bilir, xaşıl özünü aş.
- Qarğadan gözəl quş istədilər, balasını göstərdi.
- Qarğalar mənim toyuğumdu, yumurtasın görmərəm.
- Qarğanı yüz il bəslə, yenə tərlan olmaz.
- Qarğıdalı unu it qudurdar.
- Qarğış tökən alqış görməz.
- Qarğışlı baş çox yaşayar.
- Qarı dizinə döyməklə dəvə pambıqdan çıxmaz.
- Qarı düşmən dost olmaz, əyridi bir damarı.
- Qarı var - arpa unundan aş elər, qarı var - buğda unun daş elər.
- Qarın başa bəladır.
- Qarın başdan aşağıdır - deyiblər.
- Qarın doyuran aşı göz tanır.
- Qarın qardaşdan irəlidir.
- Qarın səndən aşağıdır.
- Qarınlar doyandan sonra yetimlər yada düşər.
- Qarnı tox olan qayğısız olar.
- Qarnım doyandan sonra bal da olsa yemərəm.
- Qarnım üçün deyil, qədrim üçündür.
- Qarnımdaykən qanımı yeyər, çölə çıxar canımı.
- Qarnın doymayan yerdə aclığını bildirmə.
- Qarışqadan ibrət al; yaz ikən qışı düşün.
- Qarışqanın il yığıntısını baqqal bir dəfəyə tərəziyə qoyar.
- Qarışqanın ölümü yetəndə qanad gətirər.
- Qarpız doyumluq üçün deyil, sərinlik üçündür.
- Qarpız kəsməklə ürək böyüməz.
- Qarpız qarın doyurmaz.
- Qarpız-qovun yata-yata böyüyər.
- Qarpız yediyi bəs deyil, hələ tumunu da çırtlayır.
- Qart köpək yedəyə gəlməz.
- Qaş düzəldən yerdə vurdu gözün də çıxartdı.
- Qaş-daşı sərraf tanır, nə bilər hər divanə.
- Qaşıq çömçədən irəli olub.
- Qaşıqla aş verib sapıyla göz çıxarma.
- Qaşına baxma, gözünə bax, ağzındakı sözünə bax.
- Qaşıyıram qanım çıxır, qaşımıram canım çıxır.
- Qaşqası böyük olanın sözü çox danışılar.
- Qatıq süzülü - şoru qalar, ayran süzülü - nəyi qalar?
- Qatır atasını görməsəydi, özünü xanzadə bilərdi.
- Qatır nə bilir xatır?
- Qatırdan soruşdular: dədən kimdir? Dedi: nənəm atdır.
- Qaydanı pozan peşiman olar.
- Qayğı ilə borc ödənməz.
- Qayış bilər kotan nə çəkir.
- Qaynanamı bağda ilan vuraydı, qaynatama Məkkə qismət olaydı. [1]
- Qayınananın gücü qızına çatar.
- Qaynayan qazan qapaq tutmaz.
- Qaz uçdu, qarğa qondu.
- Qaz vur, qazan doldur.
- Qazan daşanda çömçənin biri bir tümənə gedər.
- Qazan deyər: dibim qızıldır, Çömçə deyər: bulanmışam çıxmışam.
- Qazan qarası gedər, üz (namus) qarası getməz.
- Qazan qazana deyər: üzün qara olsun!
- Qazan olmayan yerdə güvəc də qazandır.
- Qazan üstüörtülü qaynar.
- Qazana nə qoysan çömçəyə o gələr.
- Qazanan qazandığını yesə xan, bəy acından ölər.
- Qazanc qudurdu, mayanı basdı.
- Qazanclı yük yüngül olar.
- Qazandığın darı olsun, çuvalın səbət?!
- Qazanmayınca qazan qaynamaz.
- Qazı ağadan alacağın olsun, nə verər, nə danar.
- Qazı da bilir, quzu da.
- Qazı evində girdəkan boldur, amma sayı var.
- Qazıdan qardaş olmaz.
- Qazının çörəyini qarışqa da yeməz.
- Qazının yanına tək gedən şad qayıdar.
Qe - Qə
- Qeyrəti olan torpağı qızıla döndərər.
- Qeyrəti olmayanın isməti də olmaz.
- Qeyrətli kişi bəlaya düşər.
- Qədirbilməzin başmağın cütləyəndə deyər: o yana dur, gözümü çıxartmışdın.
- Qəlb ki var, şüşədir, sındırma, yamamaq olmaz.
- Qəlb odur ki, qəlbindəkin deməyə...
- Qəlbdən - qəlbə yol olu.
- Qəlbi dolu olanın, dili uzun olar.
- Qəlblər örtülü olar.
- Qələbə birlikdədir.
- Qələbə sevinc gətirər.
- Qələm düşmən əlindədir.
- Qələm əyri yonulsa da doğru yazar.
- Qələm fikrin tərcümanıdır.
- Qələm qılıncdan itidir.
- Qələm sözdən kəskindir.
- Qələm tutan əl dilənməz.
- Qələm yazanı kağız udar.
- Qələm yazanı qılınc poza bilməz.
- Qələmə gətirən eşşəyin qabıq gəmirən qoduğu olar.
- Qələmin ucu - qılıncın gücü.
- Qələndər dərd əlindən dağa çıxıb, görən deyir: bəxtəvər yaylağa çıxıb.
- Qəlp mal yiyəsinə qayıdar.
- Qəlp odur ki, qəlbindəkini deməyə.
- Qəlyan çəkəni ilan vurmaz.
- Qəlyanı çəkənə ver.
- Qəm dağı yerindən qopardar.
- Qəm hara gedirsən? Qəmin yanına.
- Qəm insanı əridər.
- Qəm qəmi çəkər, qum nəmi.
- Qəm-qüssə adamı qocaldar, şadlıq cavanlaşdırar.
- Qəm səni yeyər, sən qəmi yeyincə.
- Qəmli ürək ölməsə də dirilməz.
- Qənaət xəzinədir.
- Qənaət tükənməz bir dövlətdir.
- Qərib dərdin tək ağlar.
- Qərib dostu olmayandır.
- Qərib it hürəndə özünə hürər.
- Qərib it hürəndə uzun hürər.
- Qərib it quyruğu döşündə gəzər.
- Qərib it yeddi məhəllədən qovular.
- Qərib iti yad məhəllədən qovarlar.
- Qərib itin quyruğu paçasının arasında olar.
- Qərib quşa yuvanı Allah yetirər.
- Qərib quşun yuvası olmaz.
- Qərib quşun yuvasını Tanrı öz əliylə tikər.
- Qəribə bir salam min tüməndən yaxşıdır.
- Qəribi baxışından tanıyarlar.
- Qəribi bu yerdə ağlamaq tutar.
- Qəribi vurmuşlar, "Vay, vətən" demiş.
- Qəribin boynu bükük olar.
- Qəribin dostu olmaz.
- Qəribin boynu uzun olar, dili qısa.
- Qəribin kimsəsi yox, Allahı vardır.
- Qəribin sözü gerçək olar.
- Qəribin yaxşılığını gizlədib, pisini yayarlar.
- Qəriblik ağıl artırar.
- Qəriblik cənnət olsa, yenə Vətən yaxşıdır.
- Qəriblikdə ölənin börkü nişanə gedər.
- Qəşənglik vardan olur, olmasa hardan olur.
- Qətrandan olmaz şəkər, olsa da cinsinə çəkər.
- Qəza bəd gələndə quymaq da diş çıxardar.
- Qəza ilə oyun olmaz.
- Qəza işin işlər, bizə qalar təşvişlər.
- Qəzadan qaçmaq olmaz.
- Qəzadan riza gərək.
- Qəzanın beş barmağı var, işini işlədəndə ikisini adamın gözlərinə soxar, ikisini qulaqlarına, birisini də ağzına, adam nə görər, nə eşidər, nə də danışa bilər.
- Qəzanın işini bilmək olmaz.
- Qəzəbin cana ziyanı var.
Qi - Qı
- Qiblə pakdı.
- Qisas qiyamətə qalmaz.
- Qismət də var, hümmət də var.
- Qismət göydən zənbillə enməz.
- Qismət olan qaşığa çıxar.
- Qismətdə olan gəlir.
- Qismət olsa gələr Yəməndən, qismət olmasa çıxar dəhəndən.
- Qismətdən artıq yemək olmaz.
- Qismətdən qaçmaq olmaz.
- Qiyamət günü mənim əlim olsun, sənin yaxan.
- Qiyamət o gün qopar, biri yeyər, biri baxar.
- Qiyamətdə haqqın əli olsun, batilin yaxası.
- Qiymətdə əvvəl qonşunu soruşarlar.
- Qiymətdən düşmək istəmirsənsə, heç kəsin qiymətdən düşməsinə çalışma.
- Qiymətli yük yüngül olar.
- Qıfıl oğru üçün deyil, doğru üçündür.
- Qıldığın namaz hürkütdüyün qurbağaya dəyməz.
- Qılıqlı quzu yeddi ana əmər, qılıqsız birindən də qalar.
- Qılınc bağlayanındır, at - minənin.
- Qılınc gücüylə müsəlman olub.
- Qılnc həmin qılıncdır, qul həmin qul deyil.
- Qılınc kəsməyəni çörək kəsər.
- Qılınc qınında paslanmaz.
- Qılınc öz qınını kəsməz.
- Qılınc yarası gedər, kök salar dil yarası.
- Qılınc yarası sağalar, sağalmaz dil yarası.
- Qılıncdar qılıncdan da ölər.
- Qılıncından qan damır.
- Qılıncının dalı da kəsir, qabağı da.
- Qılıncla oyun olmaz.
- Qılncsız qırğına getdik.
- Qıraqda qalan qotur olar.
- Qırağına bax bezin al, nənəsinə bax qızın al.
- Qırx arxın suyunu bir arxa calayır.
- Qırx bacanağı bir it parçaladı.
- Qırx beşə saxla saman, çəkmə aman.
- Qırx dayəsi olan uşaq aciz olar.
- Qırx gün toyuq olmaqdansa, bir gün xoruz olmaq yaxşıdır.
- Qırx gün saqqal dəlisi, qırx gün daraq dəlisi, qırx gün yaraq dəlisi.
- Qırx il yağış yağsa, mərmərə su keçməz.
- Qırx ildə bir dəfə arvad sözünə baxarlar.
- Qırx illik balığa üzmək öyrədir.
- Qırx qarğaya bir sapand daşı.
- Qırx yaş - cavanlığın qocası, əlli yaş - qocalığın cavanı.
- Qırxında öyrənən gorunda çalar.
- Qırqovul başını kola soxar, quyruğundan xəbəri olmaz.
- Qırqovul başını soxar kola, deyər: - Heç kim məni görmədi.
- Qırğı yerində qarğa oturub.
- Qırğını qarğı ilə tutmazlar.
- Qırmanı iynənin gözündən keçirir.
- Qır-saqqız olub, yapışıb yaxama.
- Qısıla-qısıla behiştə gedincə öyünə-öyünə cəhənnəmə gedəsən.
- Qışın qarı, yayın barı.
- Qız ağacı, qoz ağacı, hər keçən bir daş atar.
- Qız alan alana kimi, qız verən ölənə kimi.
- Qız alan göz ilə baxmasın, qulağı ilə eşitsin.
- Qız alanın ya bir çuval pulu gərək, ya da bir çuğal yalanı.
- Qız anadan görməyincə öyüd almaz.
- Qız anadan qorxmasa, öyüd almaz.
- Qız anadan olanda gözünü açar, deyər: - Bu bizim ev deyil.
- Qız anadan öyüd alar.
- Qız anası elçi gözlər.
- Qız aparanı yuxu tutmaz.
- Qız aydınlıqdır.
- Qız badamdır, balası - badam içi.
- Qız da oğlan da övladdır, hər ikisi bir-birindən şirin.
- Qız dediyin ağacda almadır, kim salar, o da aparar.
- Qız deyər: - Qırxım çıxmayınca, məni atmasalar, daha atmazlar.
- Qız evi, naz evi.
- Qız evin qonağıdır, vaxt gələr, gedər.
- Qız evində toydur, oğlan evinin xəbəri yox.
- Qız evindən oğul bucağı yaxşıdır.
- Qız evlərdə tanınar, ipək dəzgahda.
- Qız ərə vermək bacılar işi deyil, hacılar işidir.
- Qız əti haamar, oğlan əti damar.
- Qız gedəridir, oğlan ürək başıdır.
- Qız gələr gəlin olar, meh əsər sərin olar.
- Qız gözəl gərək, oğlan - igid.
- Qız güldür, oğlan - bülbül.
- Qız idim, geydirdilər əbr-vəfa köynəyini, nişanlandım, geydirdilər zövqü-səfa köynəyini, gəlin oldum, geydirdilər cövrü-cəfa köynəyini.
- Qız idim, soltan idim, ərə getdim kəniz oldum, tazıya çul oldum.
- Qız ilə qızıl gizlin gərək.
- Qız kəsilməmiş qarpıza bənzər.
- Qız köçəri quşdur.
- Qız qaldığca qızıla dönər.
- Qız qapısı - şah qapısı, mini gələr, biri razı gedər.
- Qız qarıyanda dayısınin boynuna düşər.
- Qız qızanda tez soyuyar, vay ondan ki, dul qıza.
- Qız qızıl alma, qızı gözdən salma.
- Qız qızıldır, qədrini bilsin gərək.
- Qız qundaqda, cehizi sandıqda.
- Qız nəvəsi şirin olar.
- Qız özgə çırağını yandırar.
- Qız özgə əmanətidir.
- Qız sevəndə tez sevər, vay o günə dul sevə.
- Qız səsi qızıl səsi, kəfgir səsi.
- Qız uşağı evin yaraşığıdır.
- Qız ürəyi - çiçək ləçəyi.
- Qız üz qızardar.
- Qız var ki, qoz ağacına bənzər, hər gələn bir daş atar.
- Qız yükü - duz yükü.
- Qıza dedilər: - Gözəlsən! Dedi:- Hələ dayanın, əl-üzümü yuyum.
- Qızdı - qızıldır, min tümən azdı.
- Qızdır, qızıl parçası. Torpağa düşər parıldar.
- Qızdır, qızıldır, oğlan nə çoxdur.
- Qızdır, qızıldır. Yüz tümən azdır. Min tümən gətir, Bu qızı götür.
- Qızı anası öyrədər.
- Qızı ata mindirdilər. Dedi: - Ya nəsib!
- Qızı otaqlıya yox, papaqlıya ver.
- Qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya nağaraçıya.
- Qızı özxoşuna qoysan, ya mütrübə gedər, ya da zurnaçıya.
- Qızı saldın beşiyə, cehizi çək eşiyə.
- Qızı vermisən, özünə oğul qazanmısan.
- Qızıl açar, dəmir qapılar açar.
- Qızıl arvadın, qılınc ərindir.
- Qızıl atəşdə, insan zəhmətdə bəlli olar.
- Qızıl əli bıçaq kəsməz.
- Qızıl görəndə Qeysər də yoldan çıxar.
- Qızıl Xızırı oynadar.
- Qızıl inək qaraqabaq gəlinə süd verməz.
- Qızıl qəfəsdən hər quşun tikdiyi yuva xoş.
- Qızıl qızıl gətirər, xəzinə - xəzinə.
- Qızıl palçıqda da parıldar.
- Qızıl poladdan keçər.
- Qızıl taxtım olunca, qızıl baxtım olsun.
- Qızıldan çarıq geysən, yenə adı çarıqdır.
- Qızıldan taxtın olunca bir quruca baxtın olsun.
- Qızılquş əldə gəzər, gözəl qız - dildə.
- Qızılquşun ayağında qumro olar.
- Qızıllı əli bıçaq kəsməz.
- Qızım sənə deyirəm, gəlinim, sən eşit.
- Qızın döyməyən, dizin döyər.
- Qızın isməti, atanın dövləti.
- Qızını vermə dəəli dəvəçiyə, dəvəsi gedər, dəlisi qalar.
- Qıznan qızıl gizli gərək.
Qo
- Qoca at da arpa yeyər.
- Qoca ayrı, qocaman ayrı.
- Qoca evin sütunudur.
- Qoca qurd yuvasından əl çəkməz.
- Qoca öküzü oldürmək olar, öyrətmək olmaz!
- Qoca tülkü hiyləbaz olar.
- Qoca tülkü tora düşməz.
- Qocadan demək, Cavandan əmək.
- Qocalıq gəldi getməzdir, cavanlıq getdi gəlməzdir.
- Qocalıq soruşmaz - gələr.
- Qocalıqda yorğalıq.
- Qocanın biliyi, cavanın biləyi.
- Qocaya gedən quyruq yeyər, cavana gedən yumruq yeyər.
- Qocaya gülən özünə gülər.
- Qocaya hörmət elə, sən də qocalacaqsan.
- Qoç döyüşünə qoç dayanar.
- Qoç igid qurddan çəkinməz.
- Qoç igiddən qoç törər.
- Qoçdan qoç törər.
- Qoçun buynuzu qoça ağırlıq eləməz.
- Qoduq böyüyər, çulu böyüməz.
- Qoduq böyüyər eşşək olar.
- Qoduq hürkəndə anasından qabağa düşər.
- Qohum gəlməyə-gəlməyə yad olar, yad gələ-gələ qohum olar.
- Qohumun kimdir? Yaxın qonşun.
- Qol əti qolda gedər, bud əti budda gedər.
- Qoldan tutan azdır, yaxadan tutan çox.
- Qolun sınığı boyuna yükdür.
- Qoltuğuna qarpız yerləşmir.
- Qonaq bərəkət gətirər.
- Qonaq bir gün olar.
- Qonaq, çörək yeyirsən?
- Qonaq dur altını süpürüm.
- Qonaq evinə motal yüklü gələnbuğda yüklü gedər.
- Qonaq əvvəl gələndə gül üstə oturar, sonra gələndə çul üstə, üçüncü dəfə gələndə kül üstə.
- Qonaq güclü olsa, ev yiyəsin evdən qovar.
- Qonaq qonağı istəməz, ev yiyəsi heç birin.
- Qonaq qonağın hesabın könlündə saxlar.
- Qonaq özgə evində səliqəli olar.
- Qonaq sevənin süfrəsi boş olmaz.
- Qonaq umduğun yeməz, olduğun yeyər.
- Qonaqsan - xoş gəlmisən, niyə əliboş gəlmisən?
- Qonağa "get" deməzlər, altından palazı çəkərlər.
- Qonağa hörmət elərləe, əyərçi kafər ola.
- Qonağa üz versən, taxta-boxçanı gəzər.
- Qonağı evə qoyan yox, şahqatarın mıxdan asır.
- Qonağı gəlməyən evlər yıxılsa yaxşıdır.
- Qonağı xan olanın anbarında arpa qalmaz.
- Qonağı qonşuya tanıdarsan, hər ikisindən olarsan.
- Qonağın ağzına baxarlar, atına yem verərlər.
- Qonağın könlündən keçən, ev yiyəsinin könlündən keçməz.
- Qonağın ruzusu özündən qabaq gələr.
- Qonağını əzizləyən itə də sümük atar.
- Qonşu aşı dadlı olar.
- Qonşu çırağı qonşuya işıq salmaz.
- Qonşu iti qonşuya hürməz.
- Qonşu, qonşu, gəl savaşaq.
- Qonşu qonşu olsa, kor qız ərə gedər.
- Qonşu qonşudan tez durmaq öyrənər.
- Qonşu qonşunun itiyini bayatı çağıra-çağıra tapar.
- Qonşu qonşuya baxar, canını oda yaxar.
- Qonşu qonşuynan boğuşdu, qaraçıya fürsət düşdü.
- Qonşu muncuğun oğurlayan gorda taxar.
- Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!
- Qonşu payı dolu gələr, dolu gedər.
- Qonşu payı qarın doyurmaz.
- Qonşuda bişər, bizə də düşər.
- Qonşuda qız sevənin ürəyində yağ olmaz.
- Qonşum sağ olsun, ocağından od verməsin.
- Qonşum şah, mən də şah.
- Qonşun tox, sən də tox.
- Qonşuna genəş, bildiyini əldən vermə.
- Qonşunu iki inəkli istə ki, özün də bir inəkli olasan.
- Qonşunun haqqı axirət haqqıdır.
- Qonşunun quzusu qonşuya qoç gorünər.
- Qonşunun şamından işıq düşməz.
- Qonşunun toyuğu, qonşunun gözünə qaz görünər.
- Qonşuya ümid olan şamsız qalar.
- Qorx payızdan - qabağınca qış gəlir, Qorxma qışdan - qabağınca yaz gəlir.
- Qorx Tanrıdan qorxmayandan.
- Qorxaq gündə yüz yol ölər, igid ömürdə bir yol.
- Qorxaq qaçar hay gəlməmiş, cırmanar keçməyə çay gəlməmiş.
- Qorxaq nə zərər eylər, nə mənfəət.
- Qorxaq öz kölgəsindən də qorxar.
- Qorxan bəzirgan olmaz.
- Qorxan gözə çöp düşər.
- Qorxan öküz cütə getməz.
- Qorxu adama yalan söylədər.
- Qorxu başa bəladır.
- Qorxursansa pişikdən, niyə çıxırsan deşikdən.
- Qorunan baş salamat olar.
- Qoyma başın balışa, Ver özünü yarışa.
- Qoyun olasan, ot yeməyəsən.
- Qoyunu qurda tapşırma.
- Qozbeli qəbir düzəldər.
Qu - Qü
- Qudurasan, qurbağa, gedir ilan vurmağa.
- Qumar pulu ilə məscid tikilməz.
- Qurbağa gölünə daş atma.
- Qurban olum zərgərə, saldı məni pərgara.
- Qurbanı biz elədik, yağış Qarabağa yağdı.
- Quda qudurar, qıznı aparar.
- Qurd acgöz olar.
- Qurd adını dəyişər, xasiyyətini dəyişməz.
- Qurd balası qurd olar, eşşək balası - qoduq.
- Qurd danaya baxan kimi baxır.
- Qurd ilə qoyunun nə aşnalığı?
- Qurd ilə qiyamətə qalmaz.
- Qurd keçiyə dəyməsə, keçi Məkkəyə gedər. [2]
- Qurd qaranlıq sevər.
- Qurd qaranlıq yer axtarar.
- Qurd qarıyanda köpəyə gülünc olar.
- Qurd qoyunla gəzir.
- Qurd qurda dal çevirməz.
- Qurd nə bilir qatır bahadır?!
- Qurd öz örüşündə ac qalmaz.
- Qurd sürüyə gələndə tək qoyunlunun qoyununu aparar.
- Qurd yuvasından sümük əskik olmaz.
- Qurda qoyun tapşırmaq olmaz.
- Qurda rəhm etmək qoyuna zülm etməkdir.
- Qurddan qorxan qoyun saxlamaz.
- Qurddan qurd törəyər.
- Qurddur, qoyun dərisinə girib.
- Qurdla qoyun bir yerdə keçinməz.
- Qurdla qiyamətə qalmayacaq ki!
- Qurdu qoyun dərisində göstərir.
- Qurdun adı, yesə də, qurddur, yeməsə də.
- Qurdun səbəbinə quş da yeyər.
- Quru ağacın meyvəsi olmaz.
- Quru palçıq divara yapışmaz.
- Qurumuş ağacın kölgəsi olmaz.
- Quş dənə, milçək şirəyə gələr.
- Quş dimdiyi ilə, insan biliyi ilə.
- Quş dimdiyindən, insan dilindən tələyə düşər.
- Quş qanadı ilə tanınar, insan adı ilə.
- Quş qanadına arxalanar, uşaq atasına.
- Quşa qızıl qəfəs zindandır.
- Quşdan qorxan darı əkməz.
- Quşu quş ilə tutarlar.
- Quşu yuvadan tutarlar.
- Quyuya girərkən ordan çıxmağı da fikirləş.
- Quyuya su tökməklə quyu dolmaz.
- Quzğun balasıını bülbül sanar.
- Quzğun kimi leş yemə, şahin ol kəklik ovla.
- Quzu çoban üçün deyil, çoban quzu üçündür.
- Quzu otaranımız da var, yun darayanımız da.
- Quzusu gümrah olan çoban papağını yan qoyar.
- Quzusuna qıymayan kabab yeyə bilməz.
- Qürbət - adı bəd.
- Qürbət cənnət olsa da, yenə vətən yaxşıdır.
- Qürbət görməyən adam Vətən qədrini bilməz.
- Qürbət yerdən vətən olmaz.
- Qürbətdə xan olunca, Vətənində dilən, gəz.
- Qürbətdə keçən ömür, nə dəmirdir, nə kömür.
- Qürbətdə keçən ömür - ömür sayılmaz.
- Qürbətdə ölənin papağı nişanə gedər.
- Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar.