Xilaskar
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Batan gəminin kapitanı kimi idim. Sərnişinlərin hamısı ümid dolu gözlərini mənə dikmişdilər. Amma özüm gəmimdən də çox sınmışdım. Bir nicat qayığına ehtiyacım var idi. Məni uzaq bir yerlərə aparacaq xilaskar qayığa. Mənim payım
- … Bu gün artıq dərk etmək zamanıdır ki, nə teoloq, nə keşiş, nə də papa vəd etdikləri ilahi kəlamla nəinki səhvə yol verir, həm də yalan danışırlar – daha “günahsızlıqdan”, yaxud cəhalətdən yalan danışıb-danışmamaq şəxsən onun ixtiyarında deyil. Adi bəndələr kimi keşiş də yaxşı bilir ki, “Allah” deyilən bir şey yoxdur, “günahkar” və “xilaskar” da boş şeydir. – onu da yaxşı bilir ki, “azad iradə”, “mənəviyyat qanunları” da əslində uydurmadan başqa bir şey deyildir. Fridrix Nitsşe
D
[redaktə]- Dostunu unudan onun üçün nankor ola bilər, amma Xilaskarını unudan özünə qarşı amansızdır. Günah içində yaşayan və xoşbəxtlik axtaran, alaq otları əkib anbarını buğda və arpa ilə doldurmağı düşünən insan kimidir. Con Bunyan
E
[redaktə]- Elmə xilaskar kimi baxmaq robotdan mərhəmət diləmək kimi bir şeydir. Tur Xander
H
[redaktə]- Hər kəsdən, hər şeydən ümidinizi kəsdiyiniz bir anda bəlkə də xilaskar sizsiniz. Küsməkdən, taleyə boyun əyib bir küncə çəkilməkdən başqa daha bir yol da var, mübarizə aparmaq. Anooshirvan Miandji
M
[redaktə]- Mən inanıram ki, Müqəddəs Kitab Tanrının insana verdiyi ən yaxşı hədiyyədir. Dünyanın Xilaskarından olan bütün yaxşı şeylər bu kitab vasitəsilə bildirilir. Avraam Linkoln
- Mənim adım Salvador Xilaskardır. Çünki, mənim vəzifəm dözməyə məcbur olduğumuz təhlükəli texnikalar və bacarıqsızlıq dövrlərində incəsənəti boşluqdan xilas etməkdir. Salvador Dali
S
[redaktə]- Sığınacağınızı mənə deyin və şəxsiyyət vəsiqənizi dolduracağam. Bir adam depresiyaya düşdükdə meyxanaya gedirsə, sığınacağı içki şüşəsidir. Bir insan depresiyaya uğrayanda səcdə edərsə, o adam öz xilaskarını tapmışdır. Həsən Nail Canat
- Süzgəc-yaddaş - şüur axınında xilaskar: o, insan xarakterini dəyər münasibətləri və keyfiyyət meyarları təməlində möhkəmləndirir. Rahid Ulusel
Y
[redaktə]- Yaxşı ol və yaxşılığı özünə məslək seç, çünki başqa xilaskarın olmayacaq. [1] Anri Esten
Z
[redaktə]- Zəhmət çəkmədən istedadın xilaskar qüvvələrinə inanmıram. Fyodor Şalyapin
İstinadlar
[redaktə]- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.509