Almaz

Picture of a diamond.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Almaz kimi ol. Yandığın zaman, nə yerdə külün, nə də göydə tüstün qalsın. Arif Nihat Asya
  • Almaz yonulmazsa, insan yanılmazsa mükəmməlləşməz. Konfutsi
  • Almazı ancaq almaz cilalaya bilər. Henrix Heyne
  • Almazı yerin dərinliyində axtardığımız kimi, həqiqəti də düşüncələrimizin dərinliyində axtarmalıyıq. Viktor Hüqo
  • Azadlığı almaz zəncirlərindən üstün tuturam. Mari Monteqyu

B[redaktə]

  • Bədənə yerləşdirilən ruh cilalanmamış almaz kimidir. Əgər o cilalanmasa parıldamaz. Aydındır ki, ağıl bizi heyvanlardan fərqləndirir və savadlılıq bu fərqi daha da artırır və başqalarına nisbətən, heyvanlardan daha da uzaqlaşmağımıza kömək edir. Daniel Defo
  • Bəlkə də kömür parçasına görə zaman demək, almaz deməkdir. Cübran Xəlil Cübran
  • Bir qüsuru olan bir almaz, mükəmməl olan adi bir daşdan yaxşıdır. Çin atalar sözləri
  • Bir tikə çörək insan üçün almaz və qızıl dağından daha qiymətlidir, Amin. Qriqori Rasputin
  • Biz istirahət edəcəyik! Mələkləri eşidəcəyik, almaz kimi parıldayan səmanı görəcəyik, bütün yer üzündəki pisliklərin, bütün əzablarımızın necə mərhəmət içində boğulacağını, bütün dünyanı özü ilə dolduracağını və həyatımızın sakit, mülayim olacağını, şirin, nəvaziş kimi. İnanıram, inanıram ... Vanya dayı
  • Bütün daşlar almaz olmaq üçün mübarək deyil. Sinqapur atalar sözləri

C[redaktə]

  • Cızıq bir almaz, cızıq olmayan bir çaxmaq daşından daha yaxşıdır. Konfutsi

Ç[redaktə]

  • Çalış ki, kipriyin olsun almaz tək,
    Ayıq ol, ölkənin keşiyini çək! Nizami Gəncəvi

D[redaktə]

  • Dünyada üç şeyin üzərində işləmək çətindir: almaz, polad və insan ruhu. Bencamin Franklin

H[redaktə]

  • Hədiyyə edilmiş almaz özünüz aldığınızdan daha parlaq parıldayır. Mey Uest
  • ... Həqiqət almaz kimi möhkəm, çiçək kimi zərifdir. Mahatma Qandi
  • Həqiqət almaz kimidir: qaranlıqda daha çox parıldayır. Frensis Bekon

O[redaktə]

  • Onda ki, yalan taxta çıxır, Saf almaz saxta çıxır. Əbu Turxan

Ö[redaktə]

  • Ölüm görünməz əli ilə mərhumun keçmişindəki ləkələri silir və onun xatirəsi bir almaz kimi parlamağa başlayır. Jorje Amadu

P[redaktə]

S[redaktə]

Ş[redaktə]

  • Şüşə əli kəsir, almaz isə şüşəni kəsir.

T[redaktə]

  • Tərif də qızıl və almaz kimi yalnız az olanda qiymətli olur. Samuel Conson
  • Türk qadınlarının ən böyük bəzəyi Türk olmaqlarıdır. Onlar bəzənmək üçün almaz və ya zümrüd geyinmirlər, bəlkə üzərlərində daşıdıqları o daşları bəzəmiş və qiymətləndirmiş olurlar. Çünki hər Türk qadını canlı bir inci və qiymətsiz bir brilyantdır. Lady Mary Vortley Montagu

Ü[redaktə]

  • Ümid qızıl kimidir, heç bir mühitdə paslanmaz. Ümid almaz kimidir, onu heç nə kəsə bilməz. Demokrit

İstinadlar[redaktə]