Viktor Hüqo
Görünüş
Viktor Hüqo | |||
Doğum tarixi | 26 fevral 1802 | ||
Doğum yeri | Bezanson | ||
Vəfat tarixi | 22 may 1885 | ||
Vəfat yeri | Paris | ||
Dəfn yeri | Panteon | ||
|
Viktor Mari Hüqo (1802–1885) — fransız yazıçısı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ailə cəmiyyətin kristalıdır.
- Ailəni dağıtmağa çalışan hər hansı ictimai quruluş yararsızdır. Ailə – hər bir cəmiyyətin büllurudur.
- Ağıl da təbiət kimi boşluq sevmir.
- Ağıllı o kəsdir ki, özünü görə bilir.
- Ağlamaq üçün gözdən yaşmı axmalıdır, dodaqlar gülərkən insan ağlaya bilməzmi ?
- Almazı yerin dərinliyində axtardığımız kimi, həqiqəti də düşüncələrimizin dərinliyində axtarmalıyıq.
- Aristokratlar qadınların təhqir bildiyi bir şey — qocalıqla fəxr edir. Onların hər ikisi cavan qalmaq illüziyasını yaşayır.
- Avropalılar arasında hər hansı bir müharibə vətəndaş müharibəsidir.
B
[redaktə]- Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır.
- Bekarçılıq — uşaqların xoşbəxtliyi və qocaların bədbəxtliyidir.
- Bəli, tərəqqinin vəhşiliklərinə inqilablar deyilir. Onlar başa çatdıqda, biz bir şeyi anlayırıq: insan övladı pis idarə olundu, amma irəli getdi.
- Bəlkə də yalançı dostlarına bir təşəkkür borclusan; sənə gerçək dostlarının dəyərini xatırlatdıqları üçün.
- Bəzən ala biləcəyin ən böyük intiqam bağışlamaqdır və bəzən də veriləcək ən yaxşı cavab gülüb keçməkdir.
- Bir-birinizi hər zaman ürəkdən sevin. Dünyada demək olar ki, sevgidən başqa bir şey yoxdur.
- Bir gün mən küçədə kasıb sevən gördüm. Onun üzərində köhnə papaq və dirsəkləri yeyilmiş palto vardı, lakin onun qəlbində ulduzlar parıldayırdı.
- Bir qadın səninlə danışarkən danışdıqlarını gözlərinlə birlikdə dinlə.
- Bir məktəb açan bir həbsxana bağlayar.
- Bir millət tək bir insan və tək bir ruh ola bilməlidir.
- Bir millətin böyüklüyü, əhalisinin çoxluğu ilə deyil, ağıl və fəzilət sahibi insanlarının sayıyla müəyyən olur.
- Bir sevgilisi olan qadın mələkdir, iki sevgilisi olan qadın canavardir, üç sevgilisi olan qadın doğrudan da əsl qadındır)
- Bir vətəndaşın azadlığı obiri vətəndaşın azadlığının qurtardığı yerdən başlayır.
- Biz qışqıraraq dünyaya gəlirik, inilti ilə ölürük. Yaşamaq üçün geriyə gülmək qalır.
- Bizim hərəkətlərimiz bizi ən uca göylərə qaldırar və eyni zamanda endirə bilər.
- Bizim xəyallarımız bizə ən uyğun olanıdır. Hər bir xəyal öz xüsusiyyətlərinə uyğun olaraq tərtib edilir.
- Boşluq həmişə viranəlik və rüsvayçılıqla müşayiət olunur.
- Böyük insanlar nadirən tənhalıqda üzə çıxır.
- Böyük təhlükələrin öz gözəlliyi var: O tanış olmayan insanlara qardaşlıq həyatı verir.
- Bu günümüzün necə olmasından asılı olmayaraq, bizim sabahımız sülhdür.
C
[redaktə]- Gerçəklik kimi ölən, bərqərar olmaq kimi canlıdır.
- Camaatı teatrda cəlb eləməyin iki yolu var: dahilik və həqiqilik vasitəsiylə. Dahilik kütlələri, həyatilik isə ayrı-ayır adamları cəlb eləyir.
- Cəhalət (biliksizlik) — bu alaqaranlıqdır, orada pislik axtarılır.
- Cəmiyyət iki qrup insanları sevmir: Ona qarşı çıxanları və Onu müdafiə edənləri.
- Cəmiyyətdə yaxşılıq və pislik fərdlərlə ortaya çıxır. Cəmiyyəti tənqid etmək yox, çatışmazlıqlarını aradan qaldırmaq üçün çalışmaq lazımdır.
- Cəsarət qalibləri, birlik yenilməzləri yetişdirir.
Ç
[redaktə]- Çalışmaq həyat, düşünmək işıqdır.
- Çalışmaq — uçub gedə bilən bir vərdişdir: tərk etmək asan, yenidən başlamaq isə çətindir.
- Çəkicdən başqa heç nəyi olmayanın gözləri hər yerdə ancaq mismar görər.
D
[redaktə]- Dahi insanlar nadir hallarda təklikdə görünür.
- Dahilər Parisdə ölmək üçün əyalətdə doğulur.
- Daxili gözəlliyi olmayan heç bir xarici gözəllik tam hesab edilə bilməz.
- Diplomat sizə hər şey verər, öz hisslərindən başqa.
- Diqqət, ağlın ən böyük uşağıdır.
- Dünya qüvvələrindən daha böyük qüvvə vardır: O Vaxtı gəlmiş ideyadır.
- Dünyada ən böyük xoşbəxtlik, əmin olmaqdır ki, sizi sevirlər, sizin özünüzə görə sevirlər, daha dəqiq desək, sizə rəğmən sevirlər.
- Dünyada ən böyük səadət sevilməkdə əmin olmağındır.
- Düşmənin bıçaq zərbələrinə biganə qala bilərsiniz, amma sevilən birinin sancağı ağrılıdır.
- Düşüncədə iradə var, xəyalda isə iradə yoxdur.
E
[redaktə]- Elm adamlarının inkişafı pillə-pillə, sənət adamlarının inkişafı isə birdən-birə və ani baş verir.
- Elə alçaq bir qapıdır ki aclıq, keçmək zəruri olan kimi, insan nə qədər böyükdürsə, o qədər çox əyilir.
- Eşq iki ikən bir olmaq deməkdir.
- Eşq nədir? Küçədə çox kasıb bir gənclə tanış olmuşdum. Eşqə düşmüş gənclə. Papağı köhnəlmiş, paltosu cırılmış, ayaqqabısı yırtılmışdı. Ayaqqabısı su keçirirdi, könlü ulduzlu idi.
- Eşq uğrunda həyatımı verərəm, hürriyyət uğrunda isə eşqimi də fəda edərəm.
Ə
[redaktə]- Ədalətsizlik — iğtişaş və hərc-mərclikdən yaxşıdır.
- Əfv insanlıq dilinin ən şirin kəlməsidir.
- Əgər qadınlar qocalıq əlamətləri ilə yanaşı pislikləri ilə də mübarizə aparsalar, mələklərdən 75% daha yaxşı olardılar.
- Ən çox fantaziyalarımız bizə bənzəyir. Hər kəsin arzusu onun naturasına uyğun biçilib.
- Ən mükəmməl ədalət vicdandır.
- Əriməyən buz olmadığı kimi ömürlük xoşbəxtlik də yoxdur.
- Əsl insanın vəzifəsinin yarısı vətənə, yarısı isə xalqa xidmət etməkdən ibarətdir.
F
[redaktə]- Faydalı olmaq yalnız faydalı olmaq, gözəl olmaq yalnız gözəl olmaqdır, amma faydalı və gözəl olmaq böyük olmaqdır.
- Fövqəladə hallar həmişə irəliləyiş üçün zəruri olub. Lampanı yaradan qaranlıq idi. Kompası yaradan duman idi. Bizi kəşfiyyata sövq edən aclıq idi. Və bizə işin əsl dəyərini öyrətmək üçün depressiya lazım idi.
G
[redaktə]- "Getmə" deyə biləcək qədər güclü olmalıdır insan həyatda. Çünki heç kim, itirdiklərini unuda biləcək qədər güclü deyil əslində.
- Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı — mümkünsüzlükdür. Qorxaq insan üçün — naməlumluq. Düşüncəli insan üçün — ideal.
- Gəlin elə yaşayaq ki, biz öləndə hətta tabutçu belə heyfsilənsin.
- Gəncliyə, yaşlılıqdan çox hörmət etməliyik.
- Gözəl qadın heç vaxt ağıllı qadının əldə etdiyini əldə edə bilməz.
- Gözlərin ən gözəli, bəzən ən yalançılarıdır.
- Gözü olan o adamdır ki, özünü görə bilsin.
- Güçün kimin tərəfində olmasının mənim üçün əhəmiyyəti yoxdur. əhəmiyyətli olan odur ki, qanun kimin tərəfindədir.
- Gülmək üçün xoşbəxt olmağı gözləməyin, bəlkə də gülmədən ölərsiniz.
- Gülüş — bu günəşdir, o İnsan üzündən qışı qovur.
H
[redaktə]- Hamı ölür, amma hamı yaşaya bilmir.
- Hansı sərvətdir ki, insanlar onun qədrini bilmirlər? – Təvazökarlıq.
- Harada düşüncə varsa, orada qüdrət var.
- Heç kim itirdiklərini unuda biləcək qədər güclü deyil.
- Heç kimə və heç nəyə inanmayan adam bədbəxtdir.
- Həqiqi sevgi doymaq bilmir. Həmişə ruhi olaraq o, soyuya bilməz.
- Həqiqi sevgi səhər şəfəqi kimi işıqlı, qəbir kimi laldır.
- Həm gözəl insan olmaq, həm də işə yaramaq — böyük adam olmaq deməkdir.
- Həmişə bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən başqa demək olar ki, heç nə yoxdur.
- Hər açılan məktəb bir həbsxananın bağlanması deməkdir.
- Hər bir mədəniyyət teokratiyadan başlayıb, demokratiyada başa çatır.
- Hər hansı birinin səndən nifrət etməsinin əsl səbəbi; sənin kimi olmaq istədiyi halda əsla sənin kimi ola bilməyəcəyini bilməsidir.
- Hər kəs ölər amma hər kəs həqiqətən yaşamaz.
- Hər qadına sahib olmağa çalışan adam bir qadına həsrət qalar! Bir qadına sahib olan adam; hər qadını özünə heyran buraxar.
- Hətta yarpaqlar arasında oxuyan bir quşcığaz da tanrının varlığını sübut edir.
- Həyat — güldür.Sevgi — nektar.
- Həyat, fəlakət, təklik, üz üstə buraxılmışlıq, yoxsulluq özünə görə qəhrəmanları olan döyüş sahələridir.
- Həyat nəğmədir, onun nəqərati isə ölümdür.
- Həyatda ən uca şey xoşbəxtlikdir — bu bizim sevildiyimizin əminliyidir, bizi necə varıq elə sevilirik və ya baxmayaraq ki biz beləyik, biz sevilirik.
- Həyatdakı ən böyük xoşbəxtlik olduğun kimi sevilməkdir.
- Həyatın bütün dərdlərinin çarəsi kitablardadır…
- Həyatın ən yüksək xoşbəxtliyi bizim sevildiyimizə inamdır; özümüz üçün sevdik, daha doğrusu, özümüzə rəğmən sevdik.
X
[redaktə]- Xaos nizam yaratmır. Memarın gözü xaos olsa, bina Babil qülləsi olar.
- Xəyanət insanın özünü dərdə salır.
- Xoş görmək və bağışlamaq sevginin təməlidir.
- Xoşbəxtliyə malik olmaq azdır, xoşbəxtliyə layiq olmaq lazımdır.
- Xoşbəxtliyin yolu sevgi və insanlara hörmətdən keçir.
İ
[redaktə]- İblisin başqa bir adı da yalandır.
- İdeya — söz meşəsində nadir ovçudur.
- İlk sevgi və son sevgi arasındakı fərq; insanın ilk sevgisini son sevgisi sanması, son sevgisini isə ilk sevgisi gözüylə görməsidir…[1]
- İnsan bədəni xarici görünüşdən başqa bir şey deyil və reallığımızı gizlədir. Reallıq ruhdur.
- İnsan xeyirxah, təmiz, ədalətli, namuslu olmaq üçün doğulur.
- İnsan müdrikliyində üç açar var, biri nömrələri açmaq üçün, biri hərfləri açmaq üçün, digəri isə musiqi notlarını açmaq üçün. Bilik, düşüncələr, fantaziyalar onun içindədir.
- İnsan sevgini izah edə bilirsə, deməli o heç kimi sevməyib.
- İnsanda bir zülmkarlıq var — cəhalət.
- İnsanda həmişə nəsə çatışmır. Xoşbəxt olanda cənnət istəyir, cənnətdə olanda açıq səma arzulayır. Sevənlər, bütün bunları sevginizdə tapmağı öyrənin!
- İnsanın böyüklüyü onun boyu ilə ölçülmədiyi kimi xalqın böyüklüyü də onun sayı ilə ölçülmür. Yeganə ölçü vahidi əqli inkişaf və mənəvi səviyyə ola bilər.
- İnsanın daxili aləmində olan xeyirxahlıq — günəşdir.
- İnsanın daxilindəki yaxşılıq — bu günəşdir.
- İnsanın əzəməti onun boyu ilə ölçülmədiyi kimi, millətin əzəməti də onun sayı ilə ölçülmür.
- İnsanın irəli getməsi üçün daim zirvələrdə onun qarşısında şərəfli şücaət nümunələri olmalıdır… Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı qeyri-mümkündür. Ürəyi zəif olanlar üçün — naməlum. Düşüncəli və cəsurlar üçün — idealdır. Təcili ehtiyac var, tapşırıq böyükdür, vaxt yetişib. Qələbəyə doğru irəli!
- İnsanın siması onun daxili aləmini əks etdirir.
- İnsanlarda güc deyil, iradə çatışmır.
- İnsanları maarifləndirmək, onları yaxşılaşdırmaq deməkdir; xalqı maarifləndirmək onun mənəviyyatını yüksəltmək deməkdir; onu savadlı etmək onu mədəniləşdirməkdir.
- İş həyatı hər vaxt şirinləşdirər. Amma hər kəs şirin sevməyə bilər.
- İşığı heç kim kor qədər sevə bilməz.
K
[redaktə]- Kasıblıq, insanın sözdə Dostlarını uzaqlaşdırır.
- Kimə qəzəb hissi əlçatandırsa ona sevgi hissi də əl çatandır.
- Kişilərdə əsl sevginin ilk əlaməti qorxaqlıq, qadınlarda isə cəsarətdir.
- Kitablar onu yazan insanların ətrini daşıyır.
- Kitablar soyuq, amma etibarlı dostlardır.
- Kitabı müəllif, onun aqibətini isə cəmiyyət yaradır.
Q
[redaktə]- Qadın müharibə üçün bəhanə, cinayət üçün səbəbdir.
- Qadına heç vaxt onun çətin başa düçəcəyi sözü demək lazım deyil. Çünki o, bu haqda fikirləşəcək və onun fikri nadir olmayan hallarda səhv yönə olacaq.
- Qadına sevgi bizim üçün böyük, heç nə ilə əvəz olunmayan əhəmiyyətə malikdir; o, ət üçün duz kimidir; ürəyə hoparaq onu xarab olmaqdan qoruyur.
- Qadınlar bir çox şeyi bağışlayarlar, ancaq bağışladıqları şeyləri heç vaxt unutmazlar.
- Qadınlar, özlərinə edilən bir çox şeyi bağışlaya bilərlər; amma bağışladıqları şeyləri heç bir zaman unutmazlar.
- Qadınlar zəifdir, amma analar qüvvətlidir.
- Qadını gözəl edən Allahdır, sevimli edən şeytan.
- "Qara bir işıq görürəm".Son sözləri
- Qaranlıq içində olan qəlbdə günah doğar.
- Qələbə çalmaq axmaq məşğuliyyətdir. Qalib gəlmək yox, inandırmaq — budur şərəfə layiq.
- Qəzəb həyəcanlandıqda buna paxıllıq deyilir.
- Qısqanc olmayan eşq nə doğrudur, nə də saf.
- Qorxu üzərində qələbə bizə güc verir.
- Qurbağa başqa bir qurbağanı dünyaya gətirərək əsər yaradır. Siz şübhə edirsiniz? Sizdə eynisini etməyə çalışın.
- Quşda qanad, insanda ümid.
- Qürur bütün qəhrəmanların Axilles dabanıdır.
M
[redaktə]- Məhəbbət ağac kimidir: öz-özünə bitərək varlığımızın ən dərin qatlarına kök atır və bəzən ürəyimizin xarabalığında da çiçəkləyib yaşamaqda davam edir.
- Məktəb müəllimləri insan zəkasında bağbanlardır.
- Mənəviyyat — çiçəkli bir haqqdır.
- Mənəviyyat həqiqətlərin çiçək açmasıdır.
- Mənə yalan danışmağını istəyərdim, halbuki. Çünki insan ancaq; itirməkdən qorxduğu bir şey üçün yalan danışardı.
- Mənə yağışı izah etmə, yağ!
- Məni məhv edən şey; mənə yalan danışmış olmağın deyil, sənə bir daha inanmayacaq olmamdır.
- Mənim üçün əhəmiyyəti yoxdur ki, güc kimin tərəfindədir; əhəmiyyəti olan odur ki, qanun kimin tərəfindədir.
- Məntiq mərhəmət tanımır.
- Məşhur adam olmaq xoşbəxtlikdir, faydali olmaq isə hər kəsin borcudu.
- Məşhur olmağı sevirəm – bu mənim xoşbəxtliyimdir. Amma lazım olmaq istəyirəm – bu mənim borcumdur.[2]
- Məşhurluq — bu şöhrət dəyişdirilən qəpik kimidir.
- Musiqi bir sənətdir. Şeir sənəti üçün eynidir, xəyallar düşünmək üçün, dalğalar okeanı üçün — üstündəki bulud okeanı.
- Musiqi sözlərlə deyilə bilməyəni, amma deyilməsi lazım olanları ifadə edir.
- Musiqini sevdirən bir səbəb də onun insanı duyğu və xəyal aləminə aparmasıdır.
- Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.
- Müqəddəs olmaq müstəsnalıqdür, ədalətli olmaq isə qaydadır.
- Mütəfəkkirin ən ağrılı narahatlıqlarından biri də odur ki, o, kölgənin insan ruhu üzərində dayandığını görür və o, uyuyan Tərəqqisini oyada bilmədən qaranlıqda əl-ələ verir.
N
[redaktə]- Nadanlıq çalasının üstünü örtsəniz cinayətlərin də kökünü kəsmiş olarsınız.
O
[redaktə]- Oxumaq ehtiyacı bant kimidir, bir dəfə alovlandısa, artıq sönməz.
- Oxumaq qidadır. Oxuyan insanlıq, bilən insanlıqdır.
- Ot olub yeyilməkdənsə, diş olub yemək yaxşıdır.
Ö
[redaktə]- Öldükdən sonra yaşamaq istəyirsinizsə, ya oxumaya dəyər şeylər yazın, ya da yazmaga dəyər bir həyat yaşayın.
- Ölmək bir şey deyil, yaşamaq qorxuludur.
- Ölüm heç nədir, yaşamaq qorxuncdur.
- Ölüm hökmü barbarlığın özünəməxsus əlamətidir.
- Övladlarını sevməyən atalar ola bilər; amma, nəvəsini dəli kimi sevməyən baba ola bilməz.
- Öyrəndikdən və sevdikdən sonra daha çox əzab çəkəcəksiniz.
- Özünü idarə edə bilməyən başqasının əmri altında yaşamağa məhkumdur.
P
[redaktə]- Peşman olmuş bir günahkarın göz yaşları yüz möminin duasından daha artıq sevinc gətirir.
- Populyarlıq pula dəyişdirilmiş şöhrətdir.
R
[redaktə]- Ruhu ləkələyən daim vücuddur.
- Ruhunu itirən dünyanı qazansa nə çıxar?
S
[redaktə]- Sabahlar həmişə gözəl olacaq deyilir. Amma bu günlər, dünənin sabahları deyilmidir?
- Sevdiyin qızın sifəti bütün başqa sifətlərdən qəşəng görünür.
- Sevgi ağac kimidir; o, özü-özünə böyüyür, bütün varlığımız boyu dərin köklər atır və çox vaxt yaşıllaşmaqda və hətta bizim ürəyimizin dağıntıları üzərində çiçəklənməkdə davam edir.
- Sevgi iki olarkən bir olmaq deməkdir.
- Sevgi nədir? Küçələrdə aşiq olan çox kasıb bir gənclə qarşılaşdım. Onun papağı köhnə, paltosu köhnəlmişdi, su ayaqqabılarından, ulduzlar isə ruhundan keçirdi.
- Sevginin ilk əlaməti: kişilərdə — qorxaqlıq, qadınlarda — cəsarət.
- Səfalətin elə bir dərəcəsi var ki, yoxsul oraya düşəndə artıq hissiz qalır, nə zülmdən şikayət, nə mərhəmətə təşəkkür edir.
- Səni o qədər xəyal etdim ki, axırda xəyal oldun.
- Susmaq — insanın bütün dərdlərini özündə sınayan ruhun sığıntısıdır.
- Sülh bəşəriyyətin xilası, müharibə isə onun cinayətidir.
- Sülh hər şeyi həzm edən xoşbəxtlikdir.
Ş
[redaktə]- Şeir elə bir orkestrdir ki, bütün təbiətin və insanların səsini əks etdirir.
- Şeir gizli sözlərin bəyan edilməsinin bir növüdür.
- Şərəfsiz şair poetik istedaddan məhrum olan hər hansı başqa bir şərəfsizdən daha mənfur, daha rəzil və günahkar bir vücuddur.
T
[redaktə]- Tale heç vaxt bir qapını açmadan digərini bağlamaz.
- Tənbəllik iki uşaqlı bir anadır, oğlulunun adı oğurluq, qızının adı aclıq.
- Tərbiyə – nəfslə, təhsil – biliklə bağlıdır. İnsan yetkinləşdikcə bu iki proses bir-birini tamamlayır.
- Tərəqqi bir mərhələdə əldə edilmir.
- Tərəqqi məqsəddir, ideal isə nümunə.
- Tolerantlıq ən yaxşı dindir.
U
[redaktə]- Utanmazlıq bəzən ayıbı gizlədir.
- Uşağını itirən bir ana üçün hər gün ilk gündür; bu iztirab qocalmaz.
Ü
[redaktə]- Üslub büllur şüşəyə bənzər, onun parıltısı təmizliyindən asılıdır.
V
[redaktə]- Vətənini rüsvay etmək – ona xəyanət etmək deməkdir.
- Vicdan — bizdə fitrən mövcud olan biliklərin məcmusudur.
- Vicdan əzabı çəkmək səhrada susuz qalıb ölməkdən betərdir.
- Vicdan məhkəməsi ən ali məhkəmədir.
- Vicdanın oyanması qəlbin əzəmətini göstərir.
Y
[redaktə]- Yaxşı qadınla yaxşı kişi birlikdə yaşaya bilmirlər. Çünki qadınlar pis kişilərə aşiq olub yaxşılarla dərdləşərlər.
- Yaxşı olmaq asandır, çətin olan ədalətli olmaqdır.
- Yer üzündə uşaq qığıltısından təntənəli himn yoxdur.
- Yerini vaxtında tərk etməyi bilmək, gerçək yetkinlikdir.
- Yuxusuzluq — bu gecənin insan üzərindəki zorakılığıdır.
- Yumşaq olma əzilərsən, sərt olma qırılarsan.
Z
[redaktə]- Zamanı çatan bir fikrin gücünə heç bir ordu tab gətirə bilməz.
- Zülmətdən nura doğru yüksələn bütün yollardan ən nəcibi və ən çətini aristokrat və monarxist doğulub, demokrat olmaqdır.
Istinadlar
[redaktə]Skript xətası: "Əlaqəli layihələr" modulu mövcud deyil.
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.