İl
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Altmış il əvvəl “optimist” və “axmaq” sözləri sinonim deyildi. Mark Tven
B
[redaktə]- Bazardan qalsan - hər gün qalarsan, əkindən qalsan - bir il. Özbək atalar sözləri
- Bir il qabaq fəzilətli bir adam idim. İndi isə Nyu-York adətləri ilə tanış olduqdan sonra milyonerin vicdanından çox olmayan vicdanım qalıb. Mark Tven
- Bir il tut əkən ər, yüz il ipək "dərər". Özbək atalar sözləri
- Bir insan 1976-ci il təvəllüdlü bir qıza "Yetmiş altı? Yadımdadır, həmin il quraqlıq olmuşdu" deyirsə, həmin insan qocadır. Frederik Beqbeder
- Birinci il mebel alırlar. İkinci il mebeli yerləşdirirlər. Üçüncü il mebeli bölürlər. Frederik Beqbeder
- Bizlər inkişaf etmiş ölkələrin 50 ya da 100 il gerisindəyik və bunu 5 il içində düzəltməliyik. Ya bunu edərik ya da bizi yox edərlər. İosif Stalin
- BMT-nin Finlandiya, Rusiya, Misir, CAR-da müxtəlif dildə danışan, müxtəlif sahələrdə işləyən, müxtəlif tərzdə geyinən, müxtəlif valyutadan istifadə edən, müxtəlif tanrılara dua edən və müxtəlif şeytanlardan qorxan, müxtəlif ümidlər və xəyallar quran yüzlərlə kişi və qadınlar arasında apardığı sorğu nəticəsində məlum olub ki...birgə yaşayışdan üç il sonra boşanma əyrisi çox sürətlə yuxarı qalxır. Bu ümumi cəhət daha bir təhqirdir. Frederik Beqbeder
- Bundan iyirmi il sonra etmədiyiniz şeylərdən ötəri, etdiklərinizdən daha çox peşman olacaqsınız. Dəmir alın və etibarlı limanlardan çıxın artıq... Mark Tven
Ç
[redaktə]- Çoxlu il – çoxlu kin. Yapon atalar sözləri
Ə
[redaktə]- Əlbəttə elə olur ki, insan həqiqəti əldən verir. Ancaq zəif, axmaq, yöndəmsiz bir yalan heç iki il də tab gətirə bilməz. Böhtan isə istisna təşkil edir. O, praktiki olaraq əlçatmazdır. Mark Tven
H
[redaktə]- Hesab edirəm ki, ölməyincə, daha dəqiqi, illərlə torpaq altında yatmayınca əsl özümüz və sona qədər səmimi olmaq gücündə deyilik. Əgər insanlar öldükləri yerdən başlasaydılar, daha tez səmimi olardılar. Mark Tven
İ
[redaktə]- İl baharından bilinər. Azərbaycan atalar sözləri/İ
- İl xırmansız olmaz. Azərbaycan atalar sözləri/İ
- İl qocaltmır, qayğı qocaldır. Tatar atalar sözləri
- İl ötər, ay dolanar, şənbə düşər novruza[1]. Azərbaycan atalar sözləri/İ
- İl var bir günə dəyər, gün var min aya dəyər. Azərbaycan atalar sözləri/İ
- İlin axır çərşənbəsi kimiyə düşər, kimiyə yox[1]. Azərbaycan atalar sözləri/İ
- İlin planı, təzə ilin birinci günü utular, günün planı - səhər tezdən. Yapon atalar sözləri
- İnsana danışmağı öyrənmək üçün iki il, dilini dinc qoymağı öyrənmək üçün isə altmış il lazım gəlir. Lion Feyxtvanger
M
[redaktə]- Mənim ölkəmin hökuməti sadəlövh düzgünlüyə nifrət edir, rüşvətxorluğu isə mükafatlandırır. Mənə elə gəlir ki,dövlət qulluğunda bir-iki il xidmət etsəm, məndən yaxşı cib oğrusu çıxar. Mark Tven
Ö
[redaktə]- Özgənin dərdinə istəsən lap üç il də dözmək olar. Yapon atalar sözləri
Ü
[redaktə]- Üç ildən sonra kişi və qadın ya ayrılmalı, ya intihar etməli ya da elə etməlidirlər ki, uşaqları olsun. Öz məğlubiyyətlərinin altından imza atmaq üçün üç üsul. Frederik Beqbeder