Məzmuna keç

Ədavət



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıllı adamlar kin və ədavəti alovlandırmır, onu boğub məhv etməyi üstün tuturlar. Kəlilə və Dimnə
  • Elm və din doğma bacıdırlar. Əgər onlar arasında ədavət, düşmənçilik toxumu səpilməsə, onlar heç vaxt bir-biri ilə mübahisə etməzlər. Əksinə, elm və din bir-birini tamamlayır və gücləndirir. Mixail Lomonosov
  • Ədavət evə kasıblıq səpər. Yapon atalar sözləri
  • Ədavət qəlb üçün böyük yükdür. Yəni düşmənçilik ürəyi bütün işlərdən geri qoyar. Əli
  • Həqiqi elm nə rəğbət bilir, nə ədavət - onun yeganə məqsədi ədalətdir. Arturo Qraf
  • İdarəetmənin dörd üsvayçı üsulu: qabaqcadan xəbərdarlıq etmədən işdən qovmaq - bu, qəddarlıqdır; möhlət vermədən işçidən nəticə tələb etmək - bu, zorakılıqdır; işçi ilə ədavət aparmaq - bu, nadanlıqdır; işçinin əməkhaqqını kəsmək - bu, ədalətsizlikdir. Konfutsi
  • İstəsən güzgütək saf olsun ürək,

Sinəndən on şeyi atasan gərək:
Haram, qeybət, kin, paxıllıq, tamah,
Kibr, riya, həsəd, ədavət, kələk. Xaqani Şirvani

  • Söz böyük şeydir, ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olar, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar ədavət və düşmənçilik də. Lev Tolstoy

İstinadlar

[redaktə]