Məzmuna keç

Cənab



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axı hətta kiçicik qırxayaq da, cənab Lortiq, bəzən öz yaxınına kömək edir, bunun üçün heç bir ödəniş tələb etmir, baxmayaraq ki, bir neçə artıq ayaqdan başqa heç nəyi yoxdur. Qırılmış dostluq
  • - Cənab Çorçill, deyə bilərsiniz, sizin bu uğurunuzun sirri nədədir? - Gücə qənaətdə: otura bilirsənsə durma, uzana bilirsənsə, oturma. Uinston Çörçill
  • Cənab jurnalistlər, xoşbəxtlikdən, nə düşündüyümü bilmək üçün sizin qəzetlərinizi oxuyuram. Şarl de Qoll
  • - Cənab Linkoln, ayaqqabılarınızı özünüz təmizləyirsiniz?

- Bəli. Bəs siz kimin ayaqqabısını təmizləyirsiniz? ( Sitatın izahı: Xarici diplomat Linkolun öz kabinetində ayaqqabılarını təmizlədiyini görəndə meydana gələn qısa dialoq) Avraam Linkoln

  • Cənab Öcalan almış olduğu "kəllə"lərin hesabını verir, mən isə düşüncəmə görə 4 ay həbsdə yatdım.[1][2] Rəcəb Tayyib Ərdoğan
  • Cənab və ya Usta əvəzinə iki nəfər arasında həqiqətən uyğun bir müalicə ... bədbəxtlikdə yoldaşım olmalıdır. Nə qədər qəribə səslənsə də, faktlarla razılaşır və qarşıdakı insanı ən düzgün şəkildə təqdim edir, eyni zamanda bu ən vacib şeyi bizə xatırladır - hər birimizin başqalarından ehtiyac duyduğu dözümlülük, səbir, qonşuluq və məhəbbət borclu olduğumuz bir başqasına. Artur Şopenhauer
  • İyirminci ilin aprel çevrilişi günlərində Müsavat hökumətinin Daxili İşlər nazirinin müavini Şəfi bəy Rüstəmbəyov Əlağa Şıxlinskidən soruşmuşdur:

- Hə, cənab general, qaçmırsınızmı? - Öz vətənimdən niyə qaçım ki? - Sizi öldürərlər. Ağır təbiətli general təmkinini pozmadan cavab vermişdir: - Gələnlər ağıllı adam olsalar, məni öldürməzlər, çünki mən onların işlərinə yararam. Axmaqlardan isə, heç yerdə canını qurtara bilməzsən. Buna görə də, Vətənimin adama ehtiyacı olduğu bir zamanda, mən onu qoyub heç yerə getmərəm. Əliağa Şıxlinski

  • Mən Xeyirin Şərə yalnız axirətdə qalib gələcəyini iddia edən məşhur alman filosofu cənab Kantla heç vaxt razılaşa bilmərəm. Xeyir Şərə hər gün, hər saat, hər an qalib gəlir. Hətta ola bilsin ki, Şər bizim təsəvvür etdiyimizdən daha zəifdir. Qarşımızda inkaredilməz sübutlar var, əgər qələbə xeyirin yanında olmasaydı, bəşəriyyət inkişaf edə, çoxala, vahid millət ola, kəşflər, ixtiralar edə, yarada, fəzanı fəth edə, insan hüquqlarını elan edə bilməzdi.İşin bir tərəfi budur ki, Şər gurultulu, yüksək səslidir və insan onu kədərləndirəni sevindirəndən daha çox xatırlayır. Şairimiz Əbül-Əla çox haqlıdır: ölüm vaxtının kədəri doğum vaxtının sevincindən yüz qat artıqdır. Nəcib Məhfuz
  • Müharibə vaxtı Çörçill həmişə saat 9-dan yatmağa gedərmiş. Biri dəfə də ondan: “Cənab Çörçill, ölkədə müharibə var, siz niyə yatırsınız?” – soruşurlar. Çörçill də: “İngiltərənin sabah sağlam və dinc Çörçillə ehtiyacı var”, — deyə cavab verib. Uinston Çörçill
  • “Yalan danışmaq yaramaz” – bunun təmiz almancası gərək ki, belə olar: cənab filosof, həqiqəti söyləməkdən özünüzü qoruyun... Fridrix Nitsşe
  • Yenidən doğulmaq nə deməkdir? Bu artıq mənim həyatım deyil. Bu artıq başqasının həyatıdır. Hər kəsin yaşamaq üçün ancaq bir həyatı olur (əlini sinəsinə qoyur) və o, burdadır. Onu cəmi bir dəfə əldə etdim. Bu mənim həyatımdır. Başqasına əmanət edə bilmərəm, yenisini oğurlaya bilmərəm, başqası üzərində zorlaya bilmərəm, unuda və silə bilmərəm. Qəzəblənə bilmərəm, gülə bilmərəm, gözəlləşdirə bilmərəm! Heç nə edə bilmərəm! Mən həyatımdakı tək şansı qəbul etməliydim, mənası yoxdur necə qəddar, necə amansız, necə haqsız idi! Cənab, məni başa düşmürsüz? Buna görə də döyüşməliyəm. Döyüşməyə davam etməliyəm! Çünki... çünki mən heç vaxt (əlini partaya çırpır) bu cür həyatı qəbul edə bilmərəm! Angel Beats!

İstinadlar

[redaktə]