Məzmuna keç

Camış

Camış

Asiya camışları (lat. Bubalus) — Boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid heyvan cinsi. Azərbaycanda camış ən qədim zamanlardan bəri yetişdirilir. Dağıstan MR, Kuban, Qara dəniz sahilləri, Krım və Dunay çayı ətrafında da camışçılıq inkişaf etmişdir. Vəhşi camışlara Hindistanın bəzi tropik meşələrində, xüsusən şərq bataqlıqlarında, mərkəzi əyalətlərində, habelə Seylon adasının şərqində indi də rast gəlmək olur. Təbii xassələrinə görə camış susevər (hidrofil) heyvandır. Camış əhliləşdirilmiş halda Malay adaları, Çin, Yaponiya, İran, Misir və Türkiyədə xeyli miqdarda yayılmışdır. Cənubi Avropada camışlar Bolqarıstan, Ruminiya, Albaniya, Macarıstan, Yunanıstan, Yuqoslaviya və başqa Balkan ölkələrində, hətta az miqdarda Çexoslovakiyada, Cənubi İtalyanın Kalabriya hissəsində və Siciliya adasında da yetişdirilir.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Əgər əkinin ortasında camışlar otlayırsa, əkin kənarından keçi balalarını qovmaq mənasızdır. Avar atalar sözləri

İstinadlar

[redaktə]