Cazibədar
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bizim çox gözəl, cazibədar dilimiz var. Bəlkə də, biz bu dildə danışdığımıza görə öz dilimizin zənginliyini və gözəlliyini hələ tam dərk edə bilməmişik. Ancaq bilin ki, bu, həqiqətdir. Ona görə də onu heç bir şeyə dəyişmək olmaz. Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən ana dilimi çox sevirəm və bu dildə danışmağımla fəxr edirəm. Heydər Əliyev
C
[redaktə]- Cazibədar adam savadlı adamdan daha çox şey bilir. Sloven atalar sözləri
- Cinayətkarların əksəriyyətində, xüsusilə gənclərdə çox güclü günahkarlıq hissi mövcuddur. Həmin günahkarlıq hissi cinayətin həyata keçirilməsindən uzun müddət əvvəl o insanda yaranır. Yəni bu hiss cinayətin səbəbi yox, əksinə, onu motivasiya edən impulsdur. Bu halda insanın törətdiyi cinayət əslində daxilindəki şüuraltı günahkarlıq hissini birbaşa real bir obyektlə əlaqələndirərək, bir az da olsa, rahatlanmaq cəhdidir. Ziqmund Freyd
Ç
[redaktə]- Çıxışın cazibədar başlanğıcı və cəlbedici sonluğu lazımdır. Yaxşı bir natiqin vəzifəsi bu iki şeyi mümkün qədər yaxınlaşdırmaqdır. Gilbert Çesterton
G
[redaktə]- Gözəl danışan və cazibədar xarici görünüşü olan nadir halda əsl insan olur. Konfutsi
H
[redaktə]- Heç bir eqoist həyəcan, gözəl və sakit təbiətin sakitləşdirici, cazibədar təsirinə mane ola bilməz. Lev Tolstoy
- Heç kim, qollarında bir uşaq tutan ana qədər cazibədar və bir neçə uşaq arasındakı bir ana qədər hörmətli deyil. Höte
X
[redaktə]- Xarici gözəllik o zaman daha cazibədar olur ki, daxili gözəlliyi təzahür etdirir. Uilyam Şekspir
İ
[redaktə]- İnsanlar nadir hallarda çatışmamazlıqların nümayiş etdir, əksinə onlara cazibədar don geyindirib ört- basdır etməyə çalışırlar. Onore de Balzak
M
[redaktə]- Mən böyük bir şəhərin nə qədər cazibədar olduğunu dumanlı şəkildə anlamağa başladım: zənginlik, zəriflik, rahatlıq – qadını gözəlləşdirə biləcək hər şey. Teodor Drayzer
- Müəyyən bir şeyə möhkəm meyl edəndə insanlar çox cazibədar olurlar. Müəyyən yerə gedir, nə isə bir şey axtarır, əzab-iztirab keçirirlər. Lakin məqsədlərinə çatıb dayanırlarsa, artıq onlar da maraq doğurmur, hətta nifrət qazanırlar. Maksim Qorki
O
[redaktə]- O gözəldir, amma bu gözəllikdə təkdir, görünüşü onu digərlərindən ayırır, maneədir. Əslində bir çox cazibədar qadınların kompleksidir. Kişilər onlara sahib olmaq istəyir, amma birlikdə yaşamağı heç düşünmürlər, cəsarətləri də yoxdur, bu qadınları ciddiyə almırlar. Onlar qazanclardır, növbəti kuboklardır. Monika Belluçi
- Onun dəmir kimi möhkəm xarakteri, cazibədar qadın çöhrəsi, qəddar kişi ruhu var. Artur Konan Doyl
R
[redaktə]- Rəssamın intim arzuları və fantaziyaları yalnız transformasiya yolu ilə incəsənət əsərlərinə çevrilir, bu arzularda ədəbsiz olanlar yumşalır, onların şəxsi mənşəyi maskalanır və gözəllik qaydalarına riayət olunması nəticəsində başqa insanlara zövqün cazibədar payı təklif olunur. Ziqmund Freyd
S
[redaktə]- Sənin qarşında dünyanın ən cazibədar kişisi dayanır, nəyin var kraliçam? Coni Bravo
- Sərvətə malik olan insan ədəbli, alim, ayələri bilən, düşünən, bəlağətli və cazibədar hesab edilir. Bütün bu keyfiyyətlər rifahdan asılıdır. Çanakya
Ü
[redaktə]- Üzdən nə qədər cazibədar olsalar da, arıq bədəni, ensiz arxası, nazik və uzun ayaqları olan qadınlara aludə olmayın. Belə qadınlar yataqda sizə az sevinc gətirəcək, amma çox şey tələb edəcəklər. Çünki onlar doymaz bir məxluqdur. Seçimi geniş arxası, iri ombası, orta boydan aşağı, möhkəm bədəni olan qadınlarda etmək lazımdır. Leonardo da Vinçi
Y
[redaktə]- Yalan həqiqətdən daha cazibədar, daha təsiredici, daha sirlidir və buna görə də insanlar buna üstünlük verirlər. Per Laqerkvist
- Yaş qadın üçün əsas deyil: 20 yaşda valehedici, 40 yaşında və ömrünün sonuna qədər cazibədar olmaq olar. Koko Şanel